» » » Zahidlərin dediklərindən


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Zahidlərin dediklərindən
    +5
    Müəllif: Fatimə Nuri Xuda | 1-03-2016, 18:30 | Baxılıb: 1 128
     
     
    Zahidlərin dediklərindən

    ◘Bir zahid bir qaziyə deyir: "Mən istərdim sən bu vəzifədən uzaq olasan. Lakin indi ki, bunu öz öhdənə almısan, onda səkkiz şeyə riayət et: Danlaqdan qorxma, tə`rifə ürək bağlama, işdən çıxarılmaqdan qorxma, hökmü bilsən də məşvərət etməkdən imtina etmə, haqq sənə mə`lum olsa, onu bəyan etməkdən ötrü bir an da yubanma, qəzəbli halda qəzavət etmə, nəfsani istəklərə uyma və nə qədər ki münaqişə tərəflərinin hər ikisi hazır olmayıb, bir tərəfə qulaq asma.”
    ◘Səkkiz şey səkkiz şeyin bəzəyidir: heysiyyət, izzəti-nəfs fəqirliyin, şükr var-dövlətli olmağın. Səbr bəlanın, təvazö nəcabətin, helm alimin, özünü kiçik tutmaq elm öyrənənin, ağlamaq qorxunun, xüşu da namazın.
    ◘Hər kəs səkkiz şeyi tərk etsə, səkkiz şey əldə edər. Boş-boş və faydası olmayan danışığı tərk edən hikmət əldə edər, yersiz baxışları tərk edən qəlbin xüşusunu əldə edər, çox yeməkdən çəkinən şəxs ibadətin ləzzətini dadar, dünya məhəbbətini qəlbindən çıxaran kəsə axirət məhəbbəti nəsib olar, başqaların eyiblərini axtarmaqdan çəkinən şəxsin diqəti öz eyiblərinə yönələr və onları islah etməklə məşğul olar, Allahın zatı barədə düşünməkdən çəkinən kəs nifaqdan amanda olar, camaatla düşmənçilik etməyən kəs onların məhəbbətinə nail olar və hər kəs bədənini bəsləməkdən əl çəksə, asayiş əldə edər.
    ◘Səkkiz xüsusiyyətin ardınca gəzdim, bütün dünya və axirət xeyrini həmin şeylərdə tapdım: 
    1. Qüdrət və məqam əldə etmək istədim, onu elmdən başqa bir şeydə görmədim. Elm və bilik ardınca gedin ki, həm dünyada, həm də axirətdə əzəmət sahibi olasınız. 
    2. Böyüklük axtardım, bunu təqvadan başqa bir şeydə görmədim. Təqvalı olun ki, böyüklük əldə edəsiniz. 
    3. Var-dövlət əldə etmək istədim, bunu qənaətdən başqa bir şeydə görmədim. Qənaət edin ki, ehtiyacsız olasınız. 
    4. Asayişi əldə etmək istədim. Bunu nalayiq və fərsiz insanlardan uzaq olmaqda gördüm. Bu cür insanlarla yoldaşlıq etməkdən uzaq olun ki, rahatlıq əldə edəsiniz və Allahın əzabından amanda qalasınız. 
    5. Salamatlıq ardınca gəzdim, bunu Allaha itaətdən başqa bir şeydə görmədim. Allaha itaət edin ki, salamat qalasınız. 
    6. Xüzu və təvazö ardınca gəzdim, bunu haqqı qəbul etməkdən başqa bir şeydə görmədim. Haqqı qəbul edin ki, təkəbbürdən uzaq olasınız. 
    7. Həyatın ləzzətini axtardım, bunu nəfsani istəkləri tərk etməkdə gördüm. Nəfsin istəklərini tərk edin ki, həyatın ləzzətini da dadasınız. 
    8. Camaatın tə`rifinin ardınca getdim, bunu səxavətdən başqa bir şeydə görmədim. Səxavətli olun ki, yaxşı ad qazanasınız.
    ◘Rum hakimi Qeysər bir keşişdən soruşdu: 
    –Ən böyük hikmət nədir?
    –Keşiş cavab verdi:
    –Öz qədir-qiymətini bilmək.
    –Ən kamil əql hansıdır?
    –Elmin hüdudlarını aşmamaq.
    –Ən böyük helm nədir?
    –Söyüş qarşısında səbr etmək.
    –Heysiyyətin ən böyük qoruyucusu nədir?
    –Abırı qorumaq.
    –Ən kamil mal-dövlət hansıdır?
    –Haqqı ödənilmiş mal (yə`ni, vacib vergiləri ödənilmiş mal)
    –Ən yaxşı səxavət nədir?
    –Təqva və ixlas.
    –Ən yaxşı sultan kimdir?
    –Qüdrətli olduğu halda helmi hər kəsdən artıq, qəzəb halında cəhli hər kəsdən az və qüdrətin davamlı olmasını yalnız və yalnız ədalətli olmaqda görən sultan.

    Nəticə

    Dili qorumaq barədə

    ◘Əziz qardaş! Dilinin bacardığın qədər qoru! Bu üzv Allahı zikr etməkdən ötrü, Qur`an oxumaq, insanları irşad etmək, dini və dünyəvi məsələlər barədə öz hacətlərini ödəmək üçün ötrü yaradılmışdır. Əgər dildən yaradılış hədəflərindən başqa şeylərdən ötrü istifadə etsən, böyük ziyana uğramış olarsan. Dilini səkkiz şeydən qoru: 
    1. Yalan söz danışmaqdan. İstər ciddi olsun istərsə də zarafatyana. Əgər yalan zarafata adət etsən, tədricən yalan deməklə həddi aşacaqsan. Bil ki, yalan kəbirə günahlardandır. 
    2. Verdiyin və`də xilaf çıxmaqdan. Məbada, yaxşılıq və`dəsi verib, sonra ona xilaf çıxasan! Gərək yaxşılığın əməldə olsun, dildə yox. Əgər naçar qalıb və`də vermiş olsan, heç vaxt ona xilaf çıxma. Yalnız, zəruri hallar istisnadır. Və`dəyə xilaf çıxmaq münafiqlik əlamətidir. İkiüzlülük də napak əxlaqdan irəli gəlir. 
    3. Qeybətdən. Bir çox hədislər əsasında mə`lum olmuşdur ki, qeybət etməyin çox böyük günahları var. 
    4. Camaatın narahatlığına və incikliyinə səbəb olan höcət və mücadilə etməkdən. Bil ki, bu, cəhl və nadanlıq əlamətidir. 
    5. Özünü tə`rifləməkdən. Bu çox pis xüsusiyyətdir. Allah-təala buyurur: "Özünüzü tə`rifləməyin ki, Allah təqvalıları daha yaxşı tanıyır.” Bir hikmət sahibindən soruşdular: "Xoşa gələn düz, lakin pis söz nədir? "Cavab verir: "Özünü tə`rifləmək.” 
    6. Müsəlmana lə`nət etməkdən. Bu işdən var gücünlə çəkin! 
    7. Allahın yaratdıqlarına nifrin etməkdən. Hətta, əgər sənə zülm etmiş olsa da. Çünki, hədislərdə gəlib: "Məzlum şəxsin intiqam üçün zalım barəsində etdiyi duanı Allah qəbul edər. Lakin gördüyü zülmdən artıq nifrin edərsə, həmin miqdarda zalımın onun boynunda haqqı var.” 
    8. Nalayiq zarafat və məsxərədən. Dilini bu cür narəva sözlərdən qoru. Çünki bu, insanın abrını aparar, onun alçalmasına, düşmənçiliyə, qəlblərdə kin və ədavətin cücərməsinə səbəb olar. Heç kəslə zarafat etmə, əgər səninlə də zarafat etsələr cavab vermə ki, qoy söhbətin mövzusu dəyişsin. O kəslərdən ol ki, özünü ağır apararaq ləğv və bihudə işlərdən uzaq gəzir.
    Bütün bunlar dilin afətləridir. Bunlardan xilas olmaqdan ötrü təklikdə olmaq və zəruri hallardan başqa bir söz deməkdən çəkinmək üçün ciddiyyət göstərmək lazımdır. Bu dildən özünü möhkəm qoru! Bu dil vasitəsi ilə hər iki dünyanın həlakətinə mə`ruz qalarsan.
     
    Kitabın adı: Nəsihətlər (On dörd məsumun (ə) buyurduqları və min bir hikmətli söz)
    Müəllif: Ayətullah Meşkini

     
     
    Bölmə: Hədislər / Hədislər-yazılı
    Şərhlər: 1
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Elya | Status: İstifadəçi Offline | 2 Mart 2016 18:54 | Redaktor | Şərh yazdı
    Allah senden razı olsun bacım çox deyerli hedislerdi sayende oxuyub ibret götürürük çox sağ ol ellerin var olsun Allah axiretini gözel etsin inşAllah.
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.