» » » İmam Sadiqdən (ə) hədislər


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Mayıs 2024    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
İmam Sadiqdən (ə) hədislər
+5
Müəllif: Fatimə Nuri Xuda | 26-02-2016, 14:00 | Baxılıb: 1 151
 
 
 İmam Sadiqdən (ə) hədislər

Bir nəfər Həzrət Sadiqə (ə) ərz etdi: "Siz bütün insanları adam surətində görürsünüzmü? " Həzrət cavab verdi: "Səkkiz dəstə insanı kənara at. Həmin kəslər bunlardır: 
1. Dişlərini yumayan. 
2. Dar yerdə bardaş qurub oturan. 
3. Lazımsız və heç bir faydası olmayan işlərə girişən. 
4. Heç bir mə`lumatı olmadan mübahisə edən. 
5. Heç bir ağrısı olmayıb nalə edən. 
6. Heç bir bəla üz verməmiş pərişan olan. 
7. Dostlarının müttəfiq olduqları hər hansı bir məsələdə onlara müxalif olan. 
8. Ata-babaları heç bir iftixara layiq olmadığı halda onları öyən.
Belə kəslər barədə Allah-təala buyurur: "Onlar heyvan kimidirlər, bəlkə ondan da aşağıdırlar.”
Məhəmməd ibn Müslim deyir: Bir gün İmam Sadiqə (ə) ərz etdim: "Sənə fəda olum, necə olur ki, biz, kafirlərin cəhənnəm əhli olduqlarını iddia edirik, lakin özümüzün cənnət əhli olduğumuzu iddia edə bilmirik.” O həzrət buyurdu: "Bu sizin özünüzün (dini məsələlərdə) zəif olduğunuzdan irəli gəlir. Əgər böyük (kəbirə) günahları yerinə yetirmirsinizsə, siz də behişt əhli olmağınızı iddia edə bilərsiniz.” Mən soruşdum: " Böyük günahlar hansılardır?” Həzrət (ə) buyurdu: "Allaha şərik qoşmaq, ata-anaya zülm etmək, İslam şəhərinə mühacirət etdikdən sonra küfr şəhərinə qayıtmaq, pakdamən bir qadına böhtan atmaq, döyüşdən qaçmaq, yetimin malını zorla yemək, İslamın hökmündən xəbərdar olduğu halda riba (faizə pul) almaq və mö`mini öldürmək.” (Böyük günahların sayı qırx və bir az da çoxdur. Lakin burada səkkizi göstərilib.
Məscidləri alqıdan, satqıdan, dəlidən, günahdan, itmiş bir şeyi e`lan etməkdən, qəzavətdən , hədd icra etməkdən (yə`ni, günahkarı cəzalandırmaqdan) və səs-küydən qoruyun.
◘Çox gözəl olar ki, mö`min bu səkkiz xüsusiyyətə malik olsun; pərişanlıq zamanı soyuqqanlı, dəyişməz və mətanətli olsun, müsibətlər zamanı səbirli və dözümlü olsun, ne`mət zamanı şükürlü olsun, Allahın verdiyi ruziyə qane olsun, düşmənlərə zülm etməsin, dostlarının boynuna ağır vəzifələr qoymasın, bədəni onun əlindən əziyyətdə olmasın, camaat onun tərəfindən amanda olsun. Elm mö`minin dostudur. Helm isə silahdaşı və vəziri, səbr qoşununun əmir və sərkərdəsi, mehribanlıq və mərhəmət qardaşı, mülayimlik və yumşaqlıq isə atası.
Bir gün İmam Cə’fər Sadiq (ə) şagirdlərinin birindən soruşdu: Mənim məktəbimdə nə öyrənmisən? Şagird dedi: Səkkiz məsələ. İmam buyurdu: Bir-bir say görüm hansılardır. O dedi: Birincisi, başa düşdüm ki, ölüm zamanı hər kəs istədiyi və sevdiyi şeydən ayrılır. Ona görə də bütün sə`y və himmətimi ölüm vasitəsilə ayrılmayacağım şeylərə sərf etdim. Yə`ni, tənhalığın həmdəmi olan xeyir əməllər qazanmağa çalışdım. Bu barədə Qur`an buyurur: Hər kəs etdiyi yaxşı işin mükafatını alacaq. Həzrət buyurdu: Əhsən sənə, vallah! O yenə dedi: İkincisi, fikir verib gördüm ki, insanların bə`zisi var-dövləti ilə fəxr edir, bə`zisi qohumları ilə, bə`zisi övladları ilə. Halbuki, bunların heç biri iftixar olunmağa layiq bir şey deyil. Ən böyük iftixar olunacaq şey təqvadır. Çünki Allah-təala Qur`anda buyurur: Sizin Allah yanında ən üstününüz ən təqvalı olanınızdır. Buna görə də, Allah yanında əziz olmaqdan ötrü çalışdım. Həzrət buyurdu: Əhsən sənə, vallah! Şagird davam elədi: Üçüncüsü budur ki, bir yandan insanların nəfsani istəklərə uymasını müşahidə edib, digər tərəfdən də Qur`anın "Hər kim Allahın məqamından qorxub öz nəfsinin istəklərindən çəkinsə, behişt onun yeridir” buyurduğunu görüb öz nəfsani istəklərimdən uzaq olmağa, ona uymamağa çalışdım ki, Allahın razılığı yolunda sabitqədəm olum. İmam buyurdu: Əhsən sənə, vallah! Şagird: Dördüncüsü budur ki, gördüm hər kəs malik olduğu dəyərli şeylərin əlindən çıxmamasından ötrü var-gücü ilə çalışır və Allah buyurur: Kimdir o şəxs ki, Allaha gözəl bir borc versin, Allah da həmin borcu ona iki qat edib daha da dəyərlisini ona qaytarsın. Mən də iki bərabər əvəzi seçdim və Allahın sandığından daha e`tibarlı sandıq görmədim. Buna görə də nəzərimdə dəyərli olan hər bir şeyi həmin sandıqda ehtiyat saxlamağı qərara aldım. İmam buyurdu: Əhsən sənə, vallah! Şagird daha sonra dedi : Beşincisi budur ki, camaat ruzi barədə bir-birinə paxıllıq edir, halbuki Allah Qur`anda buyurur: Biz dünya həyatında onların ruzilərini öz aralarında bölüşdürdük və bir iddə insanı başqalarından üstün etdik ki, bir-birilərinə nisbətən imtiyaz sahibi olsunlar və sənin Pərvərdigarının rəhməti onların cəm etdiklərindən üstündür. Buna görə də heç vaxt heç kəsə paxıllıq etmədim və heç vaxt da əlimdən çıxan bir şeydən ötrü təəssüflənmədim. İmam buyurdu: Əhsən sənə, vallah! Şagird: Altıncı budur ki gördüm camaat bir-birinə düşmənçilik edir, kin bəsləyərək intiqam almağa çalışır, Allah isə Qur`anda buyurur: Şeytan sizin düşməninizdir, elə isə siz də onu düşmən tutun. Mən də şeytanla düşmən olmağı qərara aldım. Həzrət buyurdu: Əhsən sənə, vallah! Şagird dava elədi: Yeddinci budur ki, gördüm camaat halal-harama baxmadan ruzi əldə etməkdən ötrü özünü oda-közə vurur, halbuki, Allah-təala buyurur: «Mən insanları və cinləri yalnız Mənə ibadət etmələrindən ötrü yaratdım. Onlardan ruzi tələb etmirəm və onlardan yemək istəmirəm. Əksinə, ruzi verən də, əzəmətli qüdrət sahibi olan da Allahdır.» Başa düşdüm ki, Onun və`dəsi haqq və dedikləri doğrudur və buna görə də Onun və`dəsinə və sözünə arxayın olub haram dalınca getmədim. Bütün sə`y və himmətimi öz vəzifəmi icra etməyə sərf etdim. Həzrət buyurdu: Əhsən sənə, vallah! Şagird sözünün sonunda dedi: Səkkizinci budur ki, gördüm insanların bə`zisi bədənlərinin sağlamlığına, bə`zisi var-dövlətinə, bə`zisi də özləri kimi insanlara arxayın olur. Allah-təala isə Qur`anda belə buyurur: "Hər kəs Allah qarşısında təqvalı olsa, Allah onun üçün düşdüyü çətin vəziyyətlərdən çıxış yolu açar və güman etmədiyi yerdən onun ruzisini yetirər və hər kəs Allaha təvəkkül etsə, Allah ona bəsdir.” Buna görə də mən Allaha e`timad göstərib Ona təvəkkül etdim və gözümü başqa şeylərə yumdum. Həzrət (ə) buyurdu: And olsun Allaha! Tövrat, İncil, Zəbur, Qur`an və bütün asimani kitablar məhz bu səkkiz məsələni ehtiva edir.
 
Kitabın adı: Nəsihətlər (On dörd məsumun (ə) buyurduqları və min bir hikmətli söz)
Müəllif: Ayətullah Meşkini
 
 
Bölmə: Hədislər / Hədislər-yazılı
Şərhlər: 2
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)

| Şikayət et | | | |
Müəllif: Elya | Status: İstifadəçi Offline | 26 Şubat 2016 22:53 | Redaktor | Şərh yazdı
Cox deyerli hedilserdi emel edenlerden olaq insAllah Allah bizi dogru yoldan ayirmasin Amin.Allah senden razi olsun bacim ellerin var olsun cox sag ol Allah her zaman komeyin olsun Amin.
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Zəhra kənizi | Status: İstifadəçi Offline | 26 Şubat 2016 18:49 | İstifadəçi | Şərh yazdı
Allah razı olsun bacı Çox gözəl kitabdır Allah əcrinizi versin Allah bizləri bu səkkiz məsələyə əməl edənlərdən qərar versin amin ƏLLAHUMMƏ SƏLLİ ƏLA MÜHƏMMƏD VƏ ALİ MÜHƏMMƏD VƏ ƏCCİL FƏRƏCƏHUM 

--------------------
Не нравится 0 Bəyəndim
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.