» » » Peyğəmbəri-Əkrəmdən (s) olan əhli-sünnət hədisləri


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Peyğəmbəri-Əkrəmdən (s) olan əhli-sünnət hədisləri
    +5
    Müəllif: Fatimə Nuri Xuda | 2-09-2015, 18:00 | Baxılıb: 1 091
     
    İkinci fəsil

    Peyğəmbəri-Əkrəmdən (s) olan əhli-sünnət hədisləri 

    ◘Hər kim ki, özünü iki şeydən qorusa Allah da bunun müqabilində onu iki şeydən qoruyub hifz edər: Dilini camaatın abır və heysiyyətini aradan aparmaqdan qoruyan şəxsi Allah da düz yoldan azmaqdan qoruyar. Qəzəbinin qarşısını alan kəsdən isə Allah Öz qəzəbini götürər. Dünya məhəbbəti ilə Allahı sevmək heç vaxt bir qəlbdə yerləşməz.
    ◘Qəlbləri nurlandıran şey Allahı yad etmək və  Quran oxumaqdır.
    ◘Rəvayət olunur ki, Peyğəmbərin (s) süfrəsində çörəklə yeməkdən ötrü iki növ xörək olardısa, Peyğəmbər (s) onların birindən qənaətlə istifadə edər, digərini isə ehtiyacı olana verərdi.
    ◘Kifayət edəcək qədər olan az var-dövlət insanı qəflətə salacaq çox var-dövlətdən yaxşıdır. İki dirhəm sahibindən çəkiləcək haqq-hesab bir dirhəm sahibindən çəkiləcək haqq-hesabdan uzundur.
    ◘Orta həddə yaşayan şəxs heç vaxt möhtac olmaz. Qənaət bitib-tükənməyən dövlətdir.
    ◘Tamahı az olan kəsin bədəni sağlam, qəlbi isə səfalı olar. Tamahkar insanın isə bədəni xəstə, qəlbi isə narahat olar.
    ◘Dünyadan ötrü elə çalış ki, sanki əbədi olaraq dünyada qalacaqsan, axirət üçün isə elə çalış ki, sanki ömrünün axırıncı günüdür. (Yəni, dünya işlərini təcilə, axirət işlərini isə təxirə salma. Çünki, əgər sabaha saxlasan, mümkündür, əcəl imkan verməsin.)
    ◘Peyğəmbər (s) öz səhabələrinə buyurub: "İstəyirsinizmi ki, sizə ən böyük günahın nə olduğunu deyim?” Dedilər: "Bəli, ey, Rəsuləllah!” Buyurdu: "Allaha şərik qoşmaq, valideynlərə zülm və əziyyət vermək.” 
    Sonra oturub dedi: "Diqqət edin! Bir də ki, yalan danışmaq və yalandan şahidlik etmək.” Peyğəmbər (s) bu sözləri o qədər təkrar etdi ki, dedilər: "Kaş bu qədəri kifayət edəydi.”
    ◘Ümmətimin iki təbəqəsi mənim şəfaətimdən məhrumdurlar; zülmkar hökmdar və aşkar günahkar.
    ◘Əli və Fatimə iki dərin elm dəryasıdır. Onlar arasında sədd var ki, qarışmazlar,16 o, mənəm. Onlardan ləl-cəvahir və mərcan çıxar ki, onlar da Həsən (ə) və Hüseyndir.
    ◘İman və həya bir kökdəndir. Əgər biri aradan getsə digəri də gedər.
    ◘Hər kəs elm öyrənməkdən ötrü iki addım atsa, iki saat alimin hüzurunda otursa və ondan iki kəlmə eşitsə Allah ona hər biri dünyanın iki bərabərində olan iki behişt əta edər.
    ◘Öz dinlərinə əhəmiyyət verən kəslər iki dəstədir: Alim və tələbə. Digər insanlar ağcaqanada bənzəyirlər ki, onların vücudunda heç bir xeyir yoxdur. (Yəni o kəslər ki, öz dinlərinə arxa çeviriblər.)
    ◘Hər kim elm dalınca olsa behişt də onun dalınca olar. Hər kim də ki, dünya malı əldə etmək dalınca olsa, atəş də onun dalınca olar. (Dünya malı əldə etmək dalınca gedənlər o kəslərdir ki, bütün fikri-zikri, səyləri dünya malı əldə etməkdir və halal-haram bilmirlər.)
    ◘İki ibdət var ki, onların savabı digər ibadətlərin savabından daha tez gəlib çatar: 1. Qohumlara yaxşılıq etmək. 2. Məzlum (zülm görmüş) insanın köməyinə yetişmək.
    İki günahın da cəzası bütün günahların cəzasından daha tez yetişər: 1. Qohumlardan əlaqəni tamamilə kəsmək. 2. İnsanlara zülm etmək.
    ◘Ən aşağı dərəcə də olsa təqvaya riayət et, Allahla da aranda pərdə saxla, hətta nazik də olsa. (Yəni pərdəni tamamilə aradan götürmə.)
    ◘Ləzzəti gedib günahı qalan iş ilə əziyyəti aradan gedib savabı qorunub saxlanan iş arasında fərq çoxdur! (Birinci işlər haram, ikinci işlər isə saleh əməllərdir.)
    ◘Məzlumun harayına yetişmək, qüssəli adamın qəmini aradan aparmaq günahların kəffarəsindən də böyükdür.
    ◘Xeyir işlər yerinə yetirən xeyirin özündən daha yaxşıdır. Şər işlər görən isə şərin özündən də pisdir.
    ◘Axmaq adamla dostluq etməkdən çəkin. Çünki o, sənə xeyir yetirmək istədiyi halda ziyan verər. Yalançı insanla da dostluq etmə. O, ilğım kimi sənə uzağı yaxın, yaxını isə uzaq göstərər.
    ◘Hər kəs təvazö etsə Allah onu göyün yeddinci qatına qədər ucaldar. Hər kəs də ki, təkəbbür etsə Allah onu yerin yeddinci qatına qədər alçaldar.
    ◘Təvazökarlar qarşısında təvazö, təkəbbürlülər qarşısında isə təkkəbbür edin. Bu cür təkəbbürün özü ibadətdir.
    ◘Ən böyük təvazökarlıq budur ki, hər bir müsəlmana salam verib məclisin aşağı tərəfində oturasan.
    ◘Camaat təvazö sahiblərindən başqa hər bir nemət sahibinə həsəd aparar. Özünü aşağı tutmaq peyğəmbərlərin xüsusiyyətlərindəndir. 
    Təkəbbür isə kafirlər və firon xasiyyətli adamların xüsusiyyətlərindəndir.
    ◘Heç vaxt imkanlı, var-dövlətli adamlar qarşısında (onların var-dövlətinə görə) əyilmə. Hər kəs belə etsə behişt əlindən çıxar.
    ◘Camaatın onun qarşısında itaətkarcasına dayanmasından xoşlanan kəs cəhənnəm atəşində öz yerini hazırlayıb.
    ◘Qiyamət günü əməl tərəzisinə xoş xasiyyətdən də üstün bir əməl qoyulmaz. Məni behiştə tərəf çəkən ən üstün əməl pəhrizkarlıq və xoş xasiyyətdir.
    ◘Xoş xasiyyət və yaxşı qonşuluq etmək evləri abad, ömürləri uzun edər.
    ◘Mən ağzı və övrəti ixtiyarında olan şəxsin behiştə getməsindən ötrü zaminəm.
    ◘Adəm övladının yalnız "əmr be məruf və nəhy əz münkərdən” və Allahı zikr etməkdən başqa danışdıqlarının hamısı onun zərərinədir.
    ◘Allahın asqıraqdan xoşu gəlir, lakin əsnəməkdən yox.
    ◘İnsanların çoxu iki nemət üçün qəmgindirlər; sağlamlıq və asudə vaxt. (Yəni onlardan istifadə etməsə də əldən verəcək.)
    ◘İki göz cəhənnəm odundan amandadır; biri gecə yarısı Allah qorxusundan ağlayan göz, digəri isə Allah yolunda gecə keşik çəkərək yumulmayan göz.
    ◘Əbu Səid Xidri deyir: "Peyğəmbər (s) xütbələrinin birində buyurdu: "Camaat! Mən sizin aranızda iki dəyərli əmanət qoyuram. Əgər onlardan yapışsanız heç vaxt yolunuzdan azmazsınız. Onlardan biri Allahın kitabıdır ki, asimanlardan yerə tərəf çəkilmiş ipə bənzəyir. Digəri isə itrətim yəni, ailəmdir. Bu iki əmanət Kövsər hovuzunun kənarında mənə qovuşanadək əsla bir-birindən ayrı düşməz.”
    ◘İki xislət var ki, hər kəsdə olsa Allah insanları mühakimə edərkən onlar səbir və şükür edənlərdən hesab olunar; din işlərində ali himmətli olub yüksək əməllər arxasınca getmək və dünya işlərini əhəmiyyətsiz bilib əldə olan nemətlərin şükrünü yerinə yetirmək. Dünya işlərini mühüm hesab edib, din işlərinə əhəmiyyət verməyənləri isə Allah səbir və şükür edənlərdən hesab etməz.
    ◘Adəm övladı qocalsa iki xislət onda cavan qalar; mal-dövlət eşqi və əbədiliyə olan hərislik. İnsanın fitrətində var ki, ona yaxşılıq edənləri sevir, ona pislik edənlərdən isə acığı gəlir.
    ◘Dünya və axirət qərb və şərq kimidir. Hansına tərəf getsən o birisindən uzaqlaşacaqsan.
    ◘Çalışqan hərislə qənaətli (qane) pəhrizkar öz ruzilərini artırıb-əskilmədən yeyərlər. Bəs elə isə pərvanə kimi özünü atəşə atmaq nəyə lazım?
    ◘Nəql edirlər ki, bir gün Peyğəmbər (s) Bəqi qəbristanlığından keçirdi. Bir qəbrin baş tərəfində dayandı və buyurdu: "Elə indicə bunu oturdub ondan bəzi suallar soruşdular. And olsun məni haqq olaraq peyğəmbərliyə seçən Allaha, yuxarıdan ona atəşdən olan bir gürzlə elə vurdular ki, odun şölələri qəlbindən zəbanə çəkdi.”
    Sonra başqa bir qəbrin baş tərəfində dayandı və həmin dediklərini bir də təkrarladı və buyurdu: "Əgər ürəkləriniz partlamasaydı, Allahdan istəyərdim ki, bu əzabların səsini mənim eşitdiyim kimi sizin də qulaqlarınıza çatdırsın.”
    Soruşdular: "Ey Allahın rəsulu, bunlar nə günahın sahibi idilər?” Buyurdu: "Biri sözgəzdirən idi, digəri isə sidikdən sonra istibra etmirdi. (Yəni, natəmiz idi.)
    ◘Ruzi ələ gətirməkdə orta həddə riayət edin. Sizin qismətiniz sizdən də sürətlə arxanızca gəlir. Sizin qismətiniz olmayacaq bir şey üçün nə qədər çalışsanız da onu əldə edə bilməyəcəksiniz.
    ◘Dünyada mənim Əhli-beytimə (ə) bir karat kömək göstərənlərə axirətdə bunun əvəzində bir qəntar (bir inək dərisi dolu qızıl) kömək edəcəyəm.
    ◘İki qardaş iki əl kimidir. Biri o birisini yuyar.
    ◘Allah bir kəsə xeyir vermək istəsə ona ləyaqətli bir dost yetirər, həmin dost da ona Allahı unudarsa Allahı xatırladar, yad edən zaman isə daha da kömək edər.
    ◘Əməl tərəzisinə qoyulacaq ilk şey xoş xasiyyət və səxavətdir. Allah imanı yaradan zaman o, Allahdan onu qüvvətləndirməsini istədi. Allah da xoş xasiyyət və səxavət vasitəsilə onu daha da gücləndirdi. Allah küfrü yaradan zaman o da Allahdan onu qüvvətləndirməsini istədi. Allah da onu pis xasiyyət və simicliklə qüvvətləndirdi. (İman və küfrün istəməsi bir növ misaldır. Yəni, yuxarıda qeyd olunan xüsusiyyətlər iman və küfrün zərurətlərindəndir.)
    ◘Günəş buzu suya döndərdiyi kimi, xoş xasiyyət də günahı əridər.
    ◘Xoş xasiyyət dəvənin burnuna taxılan dəmir halqa kimi sahibinin burnuna taxılıb. Bir mələk də həmin halqadan tutub onu səadət yolu ilə aparır. Səadət yolu da behiştə tərəf gedir. Pis xasiyyət də həmin halqa kimidir. Lakin bu halqa şeytanın əlindədir və şeytan da onu bədbəxtlik yolu ilə aparır. Həmin bədbəxtlik yolu isə cəhənnəm oduna tərəf gedir.
    ◘Sübh çağı hər kimin ata-anası ondan razıdırsa cənnətin iki qapısı onun üzünə açıq olar. Bu, axşam çağı da belədir. Əgər valideynlərdən təkcə biri ondan razı olsa cənnətin də bir qapısı onun üzünə açıq olar. 
    Lakin, hər kimin ata-anası sübh çağı ondan narazı olsa cəhənnəmin də iki qapısı onun üzünə açıq olar. Əgər onlardan biri ondan narazı olsa cəhənnəmin də bir qapısı onun üzünə açıq olar.
    ◘Behiştin xoş ətri beş yüz illik yoldan hiss olunur. Lakin bu iy ata-anaya əziyyət edənlərin və qohum-əqrəbalardan əlaqəni tamamilə kəsənlərin burnuna dəyməz.
    ◘Hər kim bilmək istəyirsə Allah yanında olan məqamı nə dərəcədədir, qoy baxıb görsün Allahın məqamı onun yanında nə dərəcədədir. Dünya və axirət işinin hər ikisi birdən qarşıya çıxa, axirət işini seçərsə bilsin ki, Allahını sevir. Yox əgər, dünya işini seçərsə bilsin ki, Allaha qarşı etinasızlıq etmişdir.
    ◘Ləzzətləri məhv edib aradan aparanı (yəni ölümü) çox yad edin. Əgər həyatın sıxıntı anlarını yaşayırsınızsa sizi rahatladıb qəlbinizə aramlıq verər. Əgər sərvətli və rifah halında olsanız var-dövlətə qarşı nifrət hissi oyadaraq sizi infaq (sədəqə) verməyə məcbur edib savaba çatdırar. Çünki ölüm arzuların kökünü qırıb atar, ömrün gecələri isə əcəli yaxınlaşdırar.
    ◘İnsan iki günün arasındadır; əvvəldəki günün əməlləri yazılıb və möhürlənib, qarşıdakı günə də ki, bəlkə çatmadı.
    ◘İnsan canını əldən verib torpaq altına qoyulan zaman başa düşür ki, özündən qabaq göndərdiyi işlərin əvəzi hazırdır və qoyub gəldiklərinin isə heç bir faydası yoxdur. Xüsusi ilə də ki, qeyri-şəri yolla ələ gətirdiklərinin və haqlarını ödəmədiklərinin.
     
    Müəllif: Ayətullah Meşkini
    Kitabın adı: Nəsihətlər (On dörd məsumun (ə) buyurduqları və min bir hikmətli söz)

     
     
    Bölmə: Hədislər / Hədislər-yazılı
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.