Gələcəyə təmini adı ilə hərislik
Hamı " gələcəyin fikrində olmaq (sabahı fikirləşmək), gələcəyi tə”min etmək lazımdır”, deyir. Çox ağıllı sözdür, amma yerində başa düşülüb, yerində işlənmir. Gələcəyi tə”min etmək, banka pul qoymaqdırmı?! Görəsən, 50-60 illik ömrü (bu da ehtimaldır, yə”qin deyil), belə əziz bir vaxtı sərvət toplayıb, sonra da dünyada qoyub getməyə dəyərmi?! Bütün bunlar cəhalətdəndir. Axı kim üçün qarşıda aclıq təhlükəsi var ki, hərislik etsin?! Siz öz həyatınızda neçə nəfərin aclıqdan öldüyünə şahid olmusunuz?
Bəli, əgər qıtlıq olarsa, bu da ölümün vasitələrindəndir ki, müəyyən olunub və elə bir dövrdə varlılıq da kara gəlmir. Əgər bir ömür də olsa, gələcək üçün xətər yoxdur. Allah-Taala zəmanət verib, hətta and içib ki, hər bir canlının ruzisini yetirəcək. (51-ci surə, 23-cü ayə və 11-ci surə, 8-ci ayə). Lakin axirət üçün əmr edib, tə᾽kid edib, qorxudub ki, fikirləşək, çalışaq və məbada məhşərə gəda kimi əliboş daxil olaq.
Kitabın adı: Məad
Müəllif: Ayətullah Şəhid Əbdülhüseyn Dəstğeyb