Loğman oğluna belə nəsihət edir:
Ey oğulcan! Əgər öləndən sonra durub öz etdiyin əməlin hesabını verməyinə şəkk edirsənsə, onda yuxunu özündən uzaqlaşdıra bilirsənsə uzaqlaşdır, yatandan sonra ayımağı özündən uzaqlaşdıra bilirsən, uzaqlaşdır. Əgər bunları özündən uzaqlaşdırmağı qeyri mümkün olduğunu biləndən sonra başa düşərsən ki, sənin canın bir yaradıcı qüvvənin ixtiyarındadır ki, bütün qüvvələr onun ixtiyarındadır.
Ey oğul, yuxu, ölüm, yuxudan ayılmaq isə ölümdən sonrakı həyat misalındadır.
Ey oğul! Bir şəxs birinin evində qalıb, hər bir şəraitdən istifadə edə, amma ev sahibinin qanunlarını qəbul etməyib, onu qəzəbləndirənin halının necə olacağı barədə dərindən, yaxşı-yaxşı fikirləş.
Bir şəxsin cənazəsinin arxasınca gedən zaman həsəni Bəsri bir şəxsə belə deyir:
Bu ölən şəxsi Allah bir də bu dünyaya qaytarsa yaxşı işlər görəcəyinə inanırsan ya yox?!
Cavab verir: Bəli.
Bəsri belə deyir: Əgər o dirilib gəlməsə də sən onun yerində ol. Guya ölmüşdün təzədən dirilibsən.
Ey sadəlövh insan bunu bilmək lazımdır ki,bu dünya daş-qaşla,pul ilə dolu sandığa,gecə-gündüz isə hesabsız,faydasız yerlərə bu pulları xərc edən şəxsə bənzər. Bələ şəxs bir gün sandığın boş olduğunu müşahidə etdikdə faydasız keçirdiyi günlərinin bir an qayıtmasının həsrətini çəkər. Lakin bu ömür insana bir dəfə verilir. Çalış bu dünyada ibrət alıb, nəsihət edib, nəsihət qəbul edənlərdən olasan. İnşallah!