Əgər atəş də su və külək kimi pərakəndə olsaydı, dünyanı və canlıları yandırardı. Amma bə`zən ona çox ehtiyac olanda, ələ gəlir. Lazım olana qədər atəş piltə, yağ və odun vasitəsi ilə əmələ gəlir. Əgər məsləhət olsaydı ki, atəşi həmşəlik yağ piltəsi və odunla saxlasınlar, bu iş insanlar üçün çox baha başa gələrdi. O, su və hava kimi deyil ki, hər yeri yandırsın. Bəlkə atəş, insanlara xeyir verməyən bir ölçüdədir.
Atəşdə başqa xüsusiyyətlər də gizlənmişdir. Və o budur ki, atəş təkcə insanın ixtiyarındadır. Çünki o yalnız insana xeyir verir. Əgər atəş onun ixtiyarında olmasaydı insan həyatında çoxlu zərərə mə`ruz qalardı. Amma heyvanalr atəşdən istifadə etmirlər.
İlahi təqdirə görə heyvana atəşdən istifadə etmək üçün münasib əllər və barmaqlar əta edilməmişdir. Ancaq buna baxmayaraq ona çətinliyə və soyuğa dözmək üçün böyük səbr verilmişdir.
Indi isə səni zahirdə kiçin ancaq həqiqətdə böyük olan atəşin faydalarından xəbərdar edim. Biri həmin çıraqdır ki, insanlar onunla öz ehtiyaclarını ödəyir. Əgər bu şey olmasaydı, insan öz ömrünü qaranlıq qəbirdə keçirərdi. Bu zaman kim oxuyub, yaza bilər? Ya kim gecənin qaranlığında nəisə toxuya bilər? Əgər gecə biri bərk xəstələnsə onun üçün kim dərman hazırlaya bilər?
Həm də bişirmək, isinmək və şeyləri qurutmaq və s..kimi işləri görmək olmazdı. Şübhəsiz ki, atəşin faydalarını saymaqla qurtaran deyil.
Kitabın adı: İmam Sadiqin (ə) bəyanı ilə yaranışın sirləri