Ümmul-Bəninin (s) zəban halı
Yoldadı gözlərim,
Qəmlidi sözlərim,
Gəlmədi Allah, qəhrəman oğlum,
Harda qalıb bəs mehriban oğlum?
Var başımda qara, ürəyimdə yara, gedim mən hara,
Yola baxmaqdan bağrım qaraldı,
Gəlmədi Əbbas, rəngim saraldı.
Qəlbi qan anayam, günləri sayıram, od kimi yanıram,
Gəlmədi əcəl, ömrüm qurtardı,
Qəbrə gedərəm qəlbimdə yara.
Nə yamandı hicran, məskənim qəbristan, qalmışam mən heyran,
Allah, gedənlər nə çox yubandı,
İşim Bəqidə ahü-fəğandı.