Əli (ə)-ın nəzərində dünya
Əli (ə) buyurub:
Ey dünya! Mən sənin təlaqını verərək səni boşlamışam. Özü də üç dəfə bundan sonra qayıtmaq imkanı yoxdur. Ey dünya məndən uzaq ol! Allaha and olsun ki, heç vaxt sənə təslim olmayacağam ki, sən məni xar edəsən.
O Həzrət həmişə dünya və ondan olan şeylər müqabilində itaətsizlik və üsyan edib və onların, onun ruhuna təsir göstərmələrinə qətiyyən icazə verməyib.
Digər bir yerdə buyurur:
"Mən cilovumu sənin əlinə verməyəcəm ki, sən məni çəkərək istədiyin yerə aparasan"
İslamın buyurduğu zahidlik, tərki dünyalıq və azad yaşayaraq özünü dünya nemətlərinə satmamaq budur.
Əli (ə) başqa bir yerdə belə buyurur:
"İnsanlar dünya bazarında iki dəstədirlər: Onlardan biri özlərini satıb əvəzinə pul alanlar, ikinci dəstə isə özlərini dünyada alaraq azad edənlərdir.
O həzrət bir dəfə öz malı olan dirhəm və ya dinari ovucunda tutaraq bir qədər onlara baxdıqdan sonra belə buyurdu:
Ey pul! Sən nə qədərki mənim əlimdəsən,mənim deyilsən"
Həzrəti Əli (ə)-ın bu sözləri bizim sözlərimizin tam əksidir. Bizlər belə deyirik: Pul nə qədərki cibimizdədir mənimdir, xərclədimsə mənim deyil. Bəli o Həzrətin bu cümləsi bizim sözlərimizin əks nöqdəsində dayanır.
"Ey pul sən nə qədərki mənim əlimdəsən mənim deyilsən."
Çünki sən mənim əlimdə olduğun müddətdə mən sənin olmamalıyam sənə nökərlik edərək keşiyimi çəkməliyəm. Sən, mən səni xərclədikdən sonra mənim olursan.
Əli (ə) bir gün qəssab dükaninin qabağından keçirmiş. Qəssabın gözü o Həzrətə sataşan kimi deyir: Bu gün yaxşı ət gətirmişəm istəyirsinizsə alın. Əli (ə) pulunun olmadığını bildirdi. Qəssab deyir ki, mən pul üçün tələsmirəm, gözləyərəm sonra verərsən. O Həzrət belə cavab verir: Sən pulun kəlməsi üçün səbr etməkdənsə, qarnıma deyərəm, səbr edər. Mən sənə borclu olmamağım üçün qarnımı səbr etməyə məcbur edərəm.
Kitabın adı: Kamil insan
Müəllif: Ustad Şəhid Mürtəza Mütəhhəri