Əxlaq uyğunluğu
Ailə qurmaq vəzifəsi çətin olub onları yerinə yetirmək daha ağırdır. Belə ki, ilk növbədə gözəl əxlaq, mənzil tədarükü, əxlaq uyğunluğunu və s. tələb edir. Eləcə də süstlük, zəiflik və müxtəlif çatışmazlıqlar yaradır ki, bu da bəzən ədəb qaydalarının pozulmasına gətirib çıxarır. Ailə işlərinin idarə olunması bərabərliyə riayət edərək ictimai ağıla sahib olmaq, mehr-məhəbbət, mehribanlıq, elm və siyasət tələb edir.
Kişi müxtəlif mənzil problemlərini düzgün üslubla, xoş əxlaqla elə həll etməlidir ki, qəlblər onun böyüklüyünü duysunlar. O özünü özbaşınaçılıqdan qoruyaraq həmişə öz gözəl rəftarı ilə ailə mühitinin isti və yüksək ruha malik olan mənəviyyatını saxlamalıdır. Bu mühüm vəzifəni yerinə yetirmək ailə üzvlərinin mənəvi bağlılığını daha da möhkəmlədərək onları bir-birinə arxa və köməkçi edər. Qurani-Şərif bu məsuliyyəti aşağıdakı ayədə xatırladaraq insanı bu vəzifəyə əməl etməyə səsləmişdir:
"Ey iman gətirənlər, özünüzü və əhli-əyalınızı yanacağı insanlar və daşlar olan oddan (Cəhənnəm odundan) qoruyun!” ("Təhrim” surəsi, ayə: 6)
Ailə məsuliyyəti ictimai bir vəzifədir ki, ailəni qurmaqla bərabər insanın özünü də düzəltməsi, saflaşdırması, özünə nəzarət etməsi də lazımdır ki, ziyankarlardan olmasın.
Kişi qadının himayəçisidir
Müqəddəs Quranda ev idarəçiliyi barəsində çoxlu qaydalar mövcuddur, o cümlədən:
"(İşgüzar) kişilərin qadınlara böyüklük və onları qorumaq haqqı vardır, ona görə ki, Allah bəzilərini bəzilərindən üstün qərar verib və ona görə ki, kişilər öz mallarından qadınların məişət və yaşayış xərclərini ödəyirlər.” ("Nisa” surəsi, ayə:34)
Buna əsasən evin böyüklüyü kişi ilə bağlı olaraq onun qadın üzərində böyüklük haqqı vardır. Başqa sözlə desək, idarə işləri, mənzil tədarükü maddi və mənəvi cəhətdən kişinin öhdəsinədir. Əlbəttə, bu ağır vəzifəni yerinə yetirmək yalnız qəlblərə hakim kəsilməklə mümkündür ki, tənha maddi bədənəyə malik olmağın təsiri yoxdur. Çünki, zor və qüvvət daimi deyildir.
Qanunvericilikdə müvəffəqiyyət qanuna riayət edənlərin qəlblərinə hakim kəsilməkdir. Kişinin də ailədə böyüklük etməsinin müvəffəqiyyəti ailə üzvlərinin ürəklərinə hakim olması ilə bağlıdır. Belə olan halda kobudluq və tünd xasiyyətliyə yol verilmir və nəticədə ev mühiti başqa İslami mühitlər kimi, zorakılıq, dava-dalaş və bədrəftarlıqdan uzaq olur.
Kitabın adı: Ailə səadətinə necə nail olaq?