3. Peyğəmbərin duası ilə təvəssül etmək məsələsində səhabələrin adət-ənənəsi
Əziz İslam peyğəmbəri Allah təalaya qovuşduqdan sonrakı dövrdə sələfin həyat tərzinə
nəzər salsaq, görərik ki, onlar peyğəmbərin vəfatından əvvəl edikləri kimi sonralar da onun
duası olə təvəssül edər və bu məsəslədə heç bir fərq görməzdilər. Tarix kitablarını vərəqləyən
hər bir kəs sələfin peyğəmbər məscidində onun məzarı kənarında etdikləri təvəssülü asanlıqla
müşahidə edə bilər. Burada isə bu tarixi şahidlərdən bəzilərini nümunə olaraq xatırlamaq
istərdik.
Səhabə dövründə bu fenomenin bu cür kütləvi şəkildə yayılması onu göstərir ki, təvəssül
heç də qeyri-adi bir məsələ deyildi, əksinə, sələfin həyat tərzində özünəməxsus bir yerə malik
idi.
Əgər baş verən bəzi hadislərin həqiqətə uyğun gəlməməsini fərz etsək, yəni o dövrdə bəzi
üzdəniraq yalan hədis alverçilərinin bu məsələyə dəxalət etməsi yəqinləşsə belə, yenə də
təvəssülün düzgün olmasını sübuta yetirmək olar. Çünki təvəssül fenomeni İslam şəriətinə
zidd olsaydı, lakin hədis alverçiləri bu çoxluqda olan tam cəsarətlə düzəltməzdilər. Hər nə
olursa olsun, bütün İslam ümmətinin qarşısında, xüsusilə də, səhabələrin gözü önündə haram
br işin yayılması qəbulolunmazdır. Yalan hədis uydurmaları bu işə vadar edən əsas amil fenomenin ümumi kütlə tərəfindən qəbul olunmasıdır. Əgər təvəssül qanuni olmasaydı yalan
hədis alverçiləri bu işə əl atmazdılar.
Deməli, bu çoxluqda olan hədislər hər iki təqdirdə təvəssülün qanuni olmasına dəlalət edir.
Əgər bu çoxsaylı təzahürlər doğrudursa, onda təvəssülüm düzgün və qanuni olmasına və əgər
yalandırsa, deməli, sələfin içində tamamilə mövcud olan və yayılan, baxmayaraq ki, bəzən
hədis alverçilərinin hədəf mərkəzinə çevrilərək istifadə olunan, qanuni bir təzahürdən xəbər
verir. Burada isə əsasən əhli sünnət alimlərinin öz kitablarında yazdıqları bəzi nümunələrə
işsarə etmək yerinə düşərdi:
Bax, bu da, Əbu Bəkr: qəflətən öz atı ilə peyda olaraq atından düşüb məscidə daxil oldu.
O, heç kimlə danışmayaraq Aişənin otağına daxil olub peyğəmbərə tərəf getdi. Peyğəmbər
bir örtüyə bükülərək uzadılmış halda idi. Üzündəki örtüyü götürüb özünü onun üstünə saldı.
Onu öpüb sonra ağladı. Belə dedi: "Atam sənə qurban, ey Allahın elçisi! Allah təala iki
ölümü sənə göstərməsin. Sənə yazılmış birinci ölümü isə artıq vəfat etdin.”
30
Əgər iki həyat, dünya və Bərzəx həyatl arasında əlaqə olmasaydı, onda bu səhabənin
sözünün mənası olmazdı və əgər bu səhabənin dediklərini peyğəmbəə eşitdirmək niyyəti
olmasaydı, nə üçün peyğəmbərə xitab edirdi?!
Qeyd: Hədisdə adı gedən "iki ölüm” barəsindəki rəylər müxtəlifdir. Bu rəylərdən biri
bundan ibarətdir ki, insan ölməklə dünya həyatından bərzəx aləminə köçür. Burada isə maddi
bədəni tərk edən insanın ruhu dirilir və hər şeyin həqiqqətini dərk edir. Sonra isə Qiyamət
günü bərzəx aləmindəki bütün ruhlar yenidən ölüm badəsini dadandan sonra hesab-kitab
üçün məhşərə gəlməkdən ötrü yenidən dirilirlər. Hədisi qeyd etməyimizin əsas məqsədi Əbu
Bəkrin peyğəmbərlə danışmasıdır. Hər bir sıravi müsəlman kimi bu səhabənin də inancına
görə maddi bədəni tərk etmək fəna olmaq demək deyildir, əksinə, sadəcə olaraq ruhun bir
aləmdən başqa bir aləmə köşməsi deməkdir.
Əbülqasim Əbdürrəhman əl Süheyli "Əl rovd əl ənif” kitabında belə rəvayət etmişdir:
"Əbu Bəkr Aişənin evində bir örtüyə bükülmüş halda uzadılan peyğəmbərin yanına gəlir.
Ona yaxınlaşaraq üzündəki örtüyü götürür sonra isə onu öpüb belə deyir: "Anam, atan sənə
qurban! Sənə yazılmış birinci ölümə gəlincə isə artıq onu dadın. Daha bundan sonra sənə
ölüm yoxdur!
Əl Hələbi özünün sirə kitabında belə rəvayət etmişdir: "Əbu bəkr gözlərindən yaş axa-axa
peyğəmbərin cənazəsinə doğru gəlib onu öpür. Sonra isə belə deyir: "Anam, atam sənə
qurban, sən diri və ölü ikən paksan!”Məkkə şəhərinin qazisi Zeyni Dəhlan öz sirə kitabında Əbu Bəkrin belə dediyini
yazmışdır: "Sən diri və ölü ikən paksan. Vəfatınla səndən əvvəlki peyğəmbərlərin vəfatı ilə
kəsilməyən, vəhy kəsildi. Sən vəsfedilməz dərəcədə əzəmətli və göz yaşlarından daha
üstünsən. Əgər ölümün ixtiyarı əlimizdə olsaydı sənin əvəzində neçə-neçə insan fəda
edərdik. Ey Muhəmməd, bizi rəbbinin dərgahında xatırla və bizi unutma!”
Möminlərin əmiri, İmam Əli (ə) peyğəmbərə qusl verərkən belə deyirdi: "Atam, anam
sənə qurban, ey Allahın rəsulu! Vəfatınla, səndən əvvəlki peyğəmbərlərin vəfatı ilə
kəsilməyən, peyğəmbərlik və səma xəbərləri kəsildi... Anam, atam sənə qurban, bizi rəbbinin
dərgahında xatırla və bizi unutma!”
Əhli sünnət alimi Əl Subki qəbr ziyarətinin düzgün olmağını Qurani Kərim, peyğəmbərin
sünnəti və qiyasla sübut edərək bütün müsəlmanların bu mətləbin qanuniliyinə həmrəy
olduğunu bəyan etmişdir.
Quran ayələrinə gəlincə isə, Allah təala belə buyurur: "... Əgər onlar özlərinə zülm edərək
sənin yanına gəlib Allahdan bağışlanmaq istəsələr, peyğəmbər də onlar üçün Allahdan
bağışlanmaq istəyən zaman Allahı tövbələri qəbul edən və rəhmli görərlər” (Əl Nisa surəsi,
64-cü ayə). Bu ayə açıq-aşkar günahkarların peyğəmbərin yanına gəlib bağışlanmaq
istəmələrinə həvəsləndirir. Peyğəmbərin də onlar üçün bağışlanmaq diləməsi onun vəfat
etməsi ilə qırılmayan bir rütbədir. Artıq peyğəmbər bütün möminlər üçün bağışlanmaq
diləmişdir. Çünki Qurani Kərim belə buyurur: "... öz günahın, mömin kişilər və möminə
qadınlar üçün bağışlanmaq dilə...” (Muhəmməd surəsi, 19-cu ayə). Qeyd etmək yerinə
düşərdi ki, bundan yuxarıdakı ayədə peyğəmbərin əfv diləməsi günahkar bəndələrin özləri
üçün əfv diləməsindən sonraya düşməsi zəruriliyinə işarə etmir. Bizim inancımıza görə
peyğəmbər dünya həyatını tərk etdikdən sonra belə günahkar bəndələr üçün bağışlanmaq
diləyir. Çünki dəlillər onun diri olmağına və bəndələrin əməlləri ona təqdim edilən zaman
ümməti üçün əfv diləməsini sübut edir. Həmçinin, peyğəmbərin, bütün aləmlərə rəhmət
rəmzi olduğu bir halda, tövbə edərək onun yanına gələni tərk etməsi ağılasığan deyildir.
Qurani Kərim təfsir və izah edən alimlər sözü gedən ayənin peyğəmbərin hər iki halına aid
olmasını anlamış və onun qəbrinə gələn günahkar bəndənin bu ayəni oxuması və Allahdan
tövbə diləməsini müstəhəb bilmişlər. Məzhəblərinin müxtəlifliyinə baxmayaraq bütün hədis
alimlərinin öz kitablarında qeyd etdiyi çöl ərəbinin peyğəmbəri ziyarət etməsi əhvalatı
olduqca məşhur və yayılmışdır. Hətta bütün məzhəblərdən olan fəqihlər bu əhvalatı öz fiqhi
kitablarında həccin əməlləri babında xatırlamışlar. Bu əhvalatı İbn Əsakir, ibn əl Cövzi və
digərləri müxtəlif sənədlərə Məhəmməd ibn Hərb əl Hilalidən nəql etmişlər. O, belə deyir:
"Mədinəyə daxil olub peyğəmbərin qəbri üstə gəldim. Onu ziyarət edib bərabərində oturdum.
Bu zaman bir çöl ərəbi gəlib onu ziyarət etdi və sonra belə dedi: "Ey səma elçilərinin ən
xeyirlisi, Allah təala sənə doğrucul bir kitab nazil etmiş və orada belə buyurmuşdur:”... Əgər
onlar özlərinə zülm edərək sənin yanına gəlib Allahdan bağışlanmaq istəyən zaman Allahı
tövbələri qəbul edən və rəhimli görərlər.” Mən sənin yanına rəbbinə günahlarımdan tövbə
edərək, səni havadar və vasitəçi bilərək gəlmişəm. Sonra ağlayaraq bu misraları dedi:
Ey məzarların ən əzəmətlisində olan Ətirlənmiş məzarlar ətrindən
xeyirli insan sənin
Canım olsun fəda o məzara ki, Onda vardır iffət və səxavət və
sakinisən sən kəramət
31
Sonra tövbə edib geri döndü. Ravi sözünə davam edərək deyir ki, mən bir qədər uzandım
və yuxuladım. Röyada peyğəmbəri gördüm. O, belə buyurdu: "Həmin kişinin ardınca get və
ona müjdə ver və de ki, Allah təala mənim vasitəmlə onun günahlarını əfv edib.” Mən
yuxudan oyanıb onun ardınca getdim, lakin onu tapa bilmədim.
Eyni məzmunda olan bu hədisi Əhli sünnət alimi Hafiz Əbu Abdullah Məhəmməd ibn
Musa ibn əl Numani özünün "Misbah əl zalam” kitabında Əbu Səid əl Səmanidən, o isə Əli
ibn Əbu Talibdən (ə) nəql etmişdir. O həzrət belə buyurmuşdur: "Peyğəmbəri dəfn edəndən
üç gün sonra bir çöl ərəbi qəbrin ziyarətinə gəldi. Özünü peyğəmbərin qəbri üstünə atıb
torpağı başına tökdü və belə dedi: "Ey Allahın Rəsulu, sən dedin biz də sənin sözünü eşitdik
(yəni qəbul etdik). Sən Allahdan eşidib dərk etdin, lakin biz dərk etmədik. Sənə bu ayə nazil
oldu: "... Əgər onlar özlərinə zülm edərək sənin yanına gəlib Allahdan bağışlanmaq istəsələr,
peyğəmbər də onlar üçün Allahdan bağışlanmaq istəyən zaman Allahı tövbələri qəbul edən
və rəhimli görərlər.” Mən özümə zülm etdim və sənin yanına gəldim ki, mənim üçün əfv
diləyəsən. Qəbirdən belə nida gəldi: "Sən artıq əfv olunmusan.”
Bu hədis bir çox ravilər tərəfindən nəql olunmuşdur. Burada isə yalnız iki sənədlə nəql
olunmuş hədisi qeyd edib kifayətlənirik. Hədisdə haqqında danışılan çöl ərəbi öz sağlam vicdanı ilə dərk etmişdir ki, günahkar müsəlmanları tövbə edib peyğəmbərin yanına
gəlmələrini tələb edən bu Quran ayəsi yalnız peyğəmbərin dünya həyatına məxsus olmayıb,
əksinə, Bərzəx həyatına da aiddir.
Əhli Sünnət alimlərindən biri Əl Qazi Əbulfəzl İyad əl Yəhsubi özünün "Əl şifa bi tərifi
hüquqi əl Mustafa” kitabında gözəl bir sənədlə İbn Həmiddən nəql edir ki, bir gün Əbu Cəfər
(Əl Mənsur əl Dəvaniqi, ikinci Abbasi xəlifəsi) peyğəmbər məscidində Maliklə (İbn Ənəs)
mübahisə edirdi. Malik ona belə dedi: "Ey möminlərin ağası, bu məsciddə səsini qaldırma.
Çünki Allah təala bir qrup insanı ədəbləndirmək üçün bu ayəni nazil etmişdir: "...səslərinizi
peyğəmbər səsindən yüksəyə qaldırmayın...” və digər qrup insanı isə tərifləmişdir:
"Peyğəmbərin yanında səslərini (tonunu) alçaldan kəslərin qəlblərini Allah təqva ilə imtahan
etmişdir.Onlara böyük savab və əfv vardır.” Və başqa bir qrupu isə məzəmmət edərək
buyurmuşdur: "Həqiqətən, səni otaqların arxasından səsləyən kəslərin çoxusu dərk
etməzlər.” Peyğəmbərin vəfat edəndən sonrakı hörməti diri olan haldakı kimidir. Abbasi
xəlifəsi Əl Mənsur bu sözləri qəbul edib belə dedi: "Ey Malik, üzümü qibləyə tutub dua
edim, ya peyğəmbərə? Malik dedi: "Üzünü nə üçün ondan döndərəsən?! Axı, o, Qiyamət
günü sənin və atan Adəmin Allaha vasitəsidir! Əksinə, üzünü ona doğru tut, onu özünə
havadar və vasitəçi bil, ta ki, Allah sənə havadar olsun. Çünki Allah təala buyurub: "...Əgər
onlar özlərinə zülm edərək sənin yanına gəlib Allahdan bağışlanmaq istəsələr, peyğəmbər də
onlar üçün Allahdan bağışlanmaq istəyən zaman Allahı tövbələri qəbul edən və rəhimli
görərlər.”
Malikin bu sözlərinə bir diqqət et! Gör, peyğəmbərin ziyarəti və onun Allah dərgahında
vasitə olması barəsində nə gözəl demişdir!
Digər Əhli sünnət alimi Əbu Abdullah Məhəmməd ibn Abdullah ibn əl Samiri əl Hənbəli
"Əl müstovəb” kitabında peyğəmbərin ziyarəti babında belə demişdir: "...sonra qəbrin
divarına yaxınlaş və onun bir kənarında dayan. Qəbri özünlə üzbəüz, qibləni arxada, minbəri
isə sol tərəfində qərar ver...” Bu alim sözünə davam edərək peyğəmbərə salam və duanın
keyfiyyətini qeyd etmişdir. Və həmçinin belə demişdir: "ey Allahım, Sən öz kitabında belə
buyurmusan: "...Əgər onlar özlərinə zülm edərək sənin yanına gəlib Allahdan bağışlanmaq
istəsələr, peyğəmbər də onlar üçün Allahdan bağışlanmaq istəyən zaman Allahı tövbələri
qəbul edən və rəhimli görərlər.” Mən tövbə edərək peyğəmbərinin yanına gəlmişəm. Səndən
yalvararaq xahiş edirəm ki, məni bağışlayasan, necə ki, peyğəmbər diri ikən onun yanına
gələni bağışlamısan. Ey Allahım, mən peyğəmbərini vasitə qərar verib sənə üz tuturam...”
Çox uzun bir dua xatırlatdığı üçün bu miqdarla kifayətlənirik. Bunlar sizə təqdim etdiyimiz bir sıra nümunələrdir. Artıq məlum oldu ki, peyğəmbərin
dünya və Bərzəx həyatı arasında heç bir fərq yoxdur. Tarix və hədis alimləri bu mətləb
barəsində çox sayda əhvalatlar və hədislər qeyd etmişlər. Bütün bunlar göstərir ki,
peyğəmbərin vəfat etdikdən sonra Allah dərgahında vasitə qərar verilməsi yayılmış bir
fenomen idi. Bu olduqca böyük kütlə təşkil edən hadisəni dərk edib ona qarşı çıxmağa bizim
haqqımız yoxdur. Çünki Allah təala buruyub: "Hər kim həqqiqət ona bəyan olandan sonra
peyğəmbərlə düşmənçilik etsə və möminlərin yolundan başqa bir yolu izləsə, biz onu izlədiyi
yola döndərərik və cəhənnəmə daxil edərik. Nə pis yeri vardır onun!” (Əl Nisa surəsi, 115-ci
ayə)
Əhli sünnət alimi Əl Səmhudi "Vəfa əl vəfa li əxbar dar əl Mustafa” kitabında
peyğəmbərdən kömək diləyib və yaxud da öz hacətini istəyib feyzə yetişən şəxslərin
barəsində yazmışdır. Bu əhvalatları o, Məhəmməd ibn Musa əl Nümanın "Mibah əl zalam fi
əl müstəğisin bi xayr əl ənam” kitabından nəql etmişdir.
Kitabın adı: İslam şəriətində təvəssül məfhumu
Müəllif: Əllamə Cəfər Sübhani