Әmr qiyamətin dəhşətindən qorxdu
+5
Müəllif:
Elya | 7-09-2015, 12:30 | Baxılıb: 862
Әmr qiyamətin dəhşətinən qorxdu
İslam tarixində ərəb qəhrəmanı Əmrin fəthlərindən çox deyilib. Müşrik olduğu zaman Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm)-in xidmətinə yetişəndə Həzrət onu İslama də”vət etdi və buyurdu ki, əgər iman gətirərsə, Qiyamətin böyük qorxusundan amanda olar. Dedi:-Ya Mühəmməd, böyük qorxu nədir? Mənim qəlbim o qədər nəhəngdir ki, heç bir dəhşətdən qorxmuram.Həzrət buyurdu:-Ey Əmr, heç də sən düşündüyün kimi deyil. Adamlara bir nə”rə çəkilər ki, ölülər dirilər, dirilər ölər. Ölənlər üçün ikinci nə”rə çəkiləndə onlar da qalxıb səf çəkərlər, göylər yarılar, dağlar yerindən qopub səpələnər, ruhu olanların köksü parçalanar. İnsanlar günahlarını yada salıb özlərini düşünər, bir Allah istədiklərindən savayı... hardasan ey Əmr!Xülasə, Həzrət, Əmrin bədəninə lərzə düşənədək danışdı. Əmr dedi:-Qarşıdakı o gün üçün nə etməliyəm?Həzrət buyurdu:-De "La ilahə illəllah.”Elə o məclisdəcə Əmr və onun tayfası İslamı qəbul etdilər.
Kitabın adı: Məad
Müəllif: Ayətullah Şəhid Əbdülhüseyn Dəstğeyb
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.