384. Allaha itaətdə çalışqanlıq.
1228. Imam Əli (ə):«Həmişə çalışqan, zəhmətkeş və hazır olun.»
1229. Imam Əli (ə):«Allahın itaətinə yalnız səy göstərmək və var gücü ilə çalışmaqla nail olmaq olar.»
1230. İmam Sadiq (ə):«Bilin ki, Allahla bəndələr arasında, onların (bəndələrin) itaətindən başqa heç şey, nə müqərrəb (Allah dərgahına yaxın olan) mələk, nə də mürsəl peyğəmbər vasitə ola bilməz. Buna görə, Allaha itaət etməyə çalışın.»
385. Ən çalışqan insanlar
1231. Allahın Peyğəmbəri (s):«Ən çalışqan insanlar günahları tərk edən insanlardır.»
1232. Allahın Peyğəmbəri (s):«Ən üstün cihad budur ki, insan sübhü heç kəsə zülm etməmək niyyəti ilə açsın.»
1233. İmam Baqir (ə) «Mən əməlimdə zəif bir insanam, az namaz qılıb oruc tutsam da, çalışıram ki, ancaq halal yemək yeyim və yalnız halalımla (cinsi) yaxınlıq edim» deyən şəxsin cavabında buyurub: «Qarnını və ayıb yerini qorumaqdan üstün cihad nə ola bilər?!»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 1-ci cild