Kərbəla torpağının fəzilətləri
Verdiyi nemətlərə, ilhamına, lütf etdiyi bəxşişlərə görə Allaha həmdsəna
edirəm! O nemətlər ki, yaradılışın əvvəlindən onları məxluqatına əta
etmiş, saysız-hesabsız bəxşişlər ehsan qılmış, yaratdıqlarını Öz lütfü ilə
daim onlara qonaq etmişdir. Nemətlərini sayıb qurtarmaq mümkün deyil.
Bu nemətlər zamanın dərinliklərinə yayıldığından onların şükrünü yerinə
yetirmək mümkünsüzdür. Nemətlər dəryasının üfüqü insanların idrakından
kənardır (insanlar onun sonuna yetişə bilməzlər).
1. Allahın salavatı və salamı olsun yaradılmışların ən xeyirlisinə və onun İslama hidayət edən Əhli-beytinə!
Qeyb aləminə iman gətirmək təqvanın ən mühüm nəticələrindən və
insanın rəftar tərzini formalaşdıran ən əhəmiyyətli amillərdəndir. Təqvanın
əmələ gəlməsi və əldə olunması insanların fərqli olan fitrət sağlamlığı,
əqlin kamilliyi, gözəl fəhm, düzgün zövqdən asılıdır. Buna görə də qeybə
iman insanlar arasında bu müqəddimələrdən asılı olaraq müxtəlifdir. Qeybə
iman imani tərəqqinin müqəddiməsi olduğu üçün Qurani-Kərim onu peyğəmbərlər, səmavi kitablar və mələklərə iman gətirmək məsələsindən
öncə xatırlayaraq belə buyurmuşdur:” Ey Allaha iman gətirənlər, Allaha və
Onun peyğəmbərinə, peyğəmbərinə nazil etdiyi kitaba və bundan öncə
nazil etdiyi kitaba (bunların hamısına) iman gətirin. Ey dillə iman gətirmiş kəslər, (səmimi qəlbdən) iman gətirin! Ey imanları gerçəkləşmiş kəslər,
onun qorunmasında möhkəm olun. Kim Allaha və Onun mələklərinə,
(səmavi) kitablarına, göndərdiyi peyğəmbərlər(in)ə və axirət gününə kafir
olsa, həqiqətən, uzun-uzadı bir azğınlığa düşmüşdür.”
2. Qeyb aləminə iman müttəqilərin ən birinci xüsusiyyətlərindəndir.
Allah-taala buyurur: "Əlif, Lam, Mim. Barəsində heç bir şəkk-şübhə
olmayan bu uca məqamlı kitab pəhrizkarlar (aşağıdakı beş xüsusiyyəti
fitrət və ya peyğəmbərlərin dəvəti yolu ilə əldə etmiş kəslər) üçün hidayət
mənbəyidir. O kəslər ki, qeybə (Allah, vəhy, mələklər və məad kimi
hissiyyatın dərk edə bilmədiyi şeylərə) inanır, namaz qılır (haqqın
müqabilində boyun əyir) və ruzi olaraq verdiyimiz şeylərdən (Allah
yolunda) xərcləyirlər. O kəslər ki, sənə nazil edilənə və səndən əvvəl (olub
keçmiş peyğəmbərlərə) nazil edilənlərə imanları və axirət (Qiyamət)
gününə yəqinlikləri vardır. Məhz onlar (Quranın hidayətindən qabaq)
Allahları tərəfindən (fitri və əqli) bir hidayətdədirlər və nicat tapanlar da
onlardır.”
3. Beləliklə, Əhli-beyt məsumları haqqında söhbətin də həmin
müqəddimələrə ehtiyacı vardır. Çünki onların şəxsiyyətləri və həyatlarını
əhatə edən qeybi xüsusiyyətlər haqqında söhbətin həmin rəhmani
feyzlərdən insan ruhuna damızdırılması üçün qəlbin hüzuruna, nəfsi
rəğbətə, düşüncə və təfəkkürə ehtiyacı vardır. Həqiqətən, Kərbəla torpağı bir çox ilahi lütflərə şamil olaraq
nübüvvət və risalət şərəfi üçün əzəmətli məqam olmuşdur; belə ki bu türbət
müqəddəs Rabva (Beytül Müqəddəs), müqəddəs Tuva, Canibul Əymən
(Tur dağının sağ tərəfi) və bütün məxluqatın ağasının reyhanəsi (İmam
Hüseyn) üçün Cənnət qərar verilmişdir. Buna görə də bu müqəddəs
türbətin malik olduğu maddi və qeybi xüsusiyyətlər haqqında təfəkkürə
varmaq üçün söhbət açmağı lazım bildik.
Bu söhbətə başlamazdan əvvəl Allahın Öz məxluqatına lütf və
rəhməti olan Həzrət Muhəmməd (s.ə.s.) və onun məsum Əhli-beytinin
qapısını döydüm. Çünki onlar ilahi nemətlərin bölüşdürülməsi üçün
seçilmişlər. Allah-taala Qurani-Kərimdə buyurur: "(Dedik:) "Bu, bizim
(sənə) ətamızdır. (İstədiyinə dünyada) saysız və (axirətdə) hesabsız şəkildə
əta et və ya əsirgə!”
4. Həqiqətən, bu kitabla mənim öhdəmə minnət qoyulmuşdur. Bu minnət
müqabilində, mal və oğul-uşağın bir faydası olmayacağı, yalnız sağlam bir
qəlblə Allahın hüzuruna gəlməli olduğumuz bir gündə Allah-taaladan Əziz İslam Peyğəmbərinin (s.ə.s.) şəfaətini əta etməsini diləyirəm.
Allahın öz övliyalarına kəramətini bəxş etdiyi ayələr, xüsusilə İmam
Hüseynin pak türbətini əhatə edən xüsusiyyətlər və təsirlər haqda
düşünmək, dərk və təfəkkür etmək insan qəlbinin sağlamlıq və səfasından
irəli gəlir.
Buna görə də bu kitabda müqəddəs İmam Hüseyn türbətinin şərafəti ilə
bağlı olan maddi xüsusiyyətlərlə Allah-taalanın bu türbətdə əmanət
qoyduğu və bir sıra cismani təsirlərin aşkar olduğu bu pak türbətin qeybi
xüsusiyyətlərini toplamağa çalışmışam.
Kitabın adı: İmam Hüseyn (ə) türbətinin qeybi təsirlərinin həqiqəti
Müəllif: Seyyid Nəbil Əl-Həsəni