» » Axırıncı günə iman


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 5

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Axırıncı günə iman
    +10
    Müəllif: ╰☆╮PReNCeSS╰☆╮ | 25-02-2014, 10:00 | Baxılıb: 1 170
    Peyğəmbər – ona və ailəsinə Allahın salavatı və salamı olsun – İslamın və imanın əsaslarına dair məşhur hədisdə Cəbrayılın: "Mənə iman haqqında xəbər ver!” – buyruğuna belə cavab vermişdir: "(İman) Allaha, Onun  mələklərinə, kitablarına, elçilərinə, Axirət gününə, qədərin xeyrinə və şərinə qəti inanmaqdır.” Müsəlman bu altı əsasa iman gətirmədikcə, həqiqi mömin ola bilməz.
    Axirətə iman imanın altı əsasından biri hesab olunur. Uca Allah buyurur: "Yaxşı əməl üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz deyildir. Lakin yaxşı əməl sahibləri Allaha, Axirət gününə, mələklərə, kitablara, peyğəmbərlərə iman gətirən şəxslərdir” (əl-Bəqərə, 177). Axirət gününə iman dedikdə ölümdən sonra Qiyamət gününədək olan qəbirdəki "bərzəx” həyatı, Qiyamət günü dirilərək Allahın hüzuruna toplanıb haqq-hesaba çəkilmə,
    Cənnət və Cəhənnəm nəzərdə tutulur.
    Bunların hamısı Axirətə iman məfhumuna daxildir. Axirət sözü axırıncı deməkdir. Axirət günü axırıncı gündür və o gündən sonra başqa bir gün olmayacaq.
    Ölü qəbirə qoyulduqdan sonra Rəbbi, dini və peyğəmbəri haqqında sorğuya çəkiləcək. Uca Allah qəbirdə möminlərə sorğu-suala cavab verməyə yardım edəcək və onlar üçün qəbirdə nemətlər hazırlayacaq. Kafirlər isə qəbirdə sorğu-suala cavab verə bilməyəcəkvə onlar üçün qəbir əzabı hazırlanacaq. Allah buyurur: «Kaş sən zalımları ölüm əzabı içində çabalayan, mələklərin də (bu zaman) əllərini uzadıb: "Çıxarın canlarınızı! Siz bu gün Allaha qarşı nahaq sözlər danışdığınıza və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə alçaldıcı bir əzabla cəzalandırılacaqsınız!" - dediklərini görəydin!» (əl-Ənam, 93). Qiyamət günü İsrafil mələyin ikinci dəfə sura üfürməsi ilə Uca Allah hesaba çəkmək üçün ölüləri dirildərək qəbirlərdən çıxaracaqdır. Uca Allah bu barədə belə buyurur: «Sur (birinci dəfə) çalınacaq, Allahın göylərdə və yerdə olan istədiyi kimsələrdən başqa, dərhal hamı yıxılıb öləcək. Sonra bir daha çalınan kimi onlar (qəbirlərindən) qalxıb (Allahın əmrinə) müntəzir olacaqlar!» (əz- Zumər, 68).
    İnsanlar qəbirlərindən çılpaq və sünnətsiz olaraq aləmlərin Rəbbinin hüzurunda hesaba duracaqlar. Uca Allah buyurur: «O gün insanları) ilk dəfə (yoxdan) yaratdığımız kimi qaytarıb (dirildib) əvvəlki halına salarıq. Biz yerinə yetirməli olduğumuz vədi mütləq yerinə yetirəcəyik» (əl-Ənbiya, 104).
    Əməl dəftərləri insanların sağ tərəfindən və ya arxalarının solundan veriləcək. Uca Allah buyurur: «Kimin əməl dəftəri sağ əlinə verilmişsə, Onun yüngül haqq-hesab çəkiləcək Və o, (Cənnətdəki) ailəsinin (yaxınlarının) yanına sevinclə qayıdacaqdır! Kimin əməl dəftəri arxa tərəfdən (sol əlinə) verilmişsə, O: "Ay öldüm!" - deyə şivən qopardacaq və Cəhənnəmə vasil olacaqdır!» (əl-İnşiqaq, 7-12). «Biz hər bir insanın əməlini öz boynundan asar və qiyamət günü (bütün əməllərini) açıq kitab kimi qarşısına qoyarıq. (Və ona belə deyərik: ) "Oxu, kitabını (əməl dəftərini). Bu gün sən haqq-hesab çəkməyə özün-özünə kifayətsən!" « (əl-İsra, 13-14). Əməllərin çəkiləcəyi mizan-tərəzisi qiyamət günü ortaya qoyulacaq və heç kəsə zərrə miqdarı qədər haqsızlıq edilməyəcək.
    Uca Allah buyurur: «Məhz tərəziləri ağır gələnlər (dünyada yaxşı əməlləri çox olanlar) nicat taparlar.Tərəziləri yüngül gələnlər (dünyada çoxlu günah qazananlar) isə özlərinə ziyan edənlərdir. Onlar Cəhənnəmdə əbədi qalarlar. Cəhənnəm odu onların üzünü yandırar. Onlar orada (üst dodaqları başlarının tən ortasına, alt dodaqları isə göbəklərinə qədər uzanaraq) dişləri ağarmış vəziyyətdə durarlar. « (əl-Muminun, 102-104). Qiyamət günü Muhəmməd peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun- şəfaət edəcəkdir. İnsanlar qiyamət günü dəhşətli sıxıntı və kədərlə qarşılaşacaq və onlara şəfaətçi olması üçün birinci Adəmin, sonra Nuhun, sonra İbrahimin, sonra Musanın,sonra İsanın, sonda isə Məhəmməd peyğəmbərin yanına gələcəklər. Rəsulallah da onlara şəfaətçi olacaqdır.Qiyamət günü Cəhənnəmin üzərində Sirat körpüsü qurulacaq. İnsanlar onun üzərindən əməllərinə görə keçəcəklər. İlk dəstə ildırım,ikinci dəstə külək, üçüncü dəstə quş sürəti ilə, sonrakı dəstə isə adi insan addımları ilə Sirat körpüsünün üzərindən keçəcəklər. Onlardan sonra sürünərək başqa bir dəstə gələcəkdir. Sirat körpüsünün hər iki tərəfində əmr olunan kəsləri tutmaq üçün asılı dəmir qarmaqlar olacaq. Qarmaqların tutmadığı kəslər qurtulacaq, tutulanlar isə Cəhənnəmə atılacaqdır.Uca Allah mömin bəndələri üçün nemətlər yurdu olan Cənnəti hazırlamışdır. Orada heç bir gözün görmədiyi, heç bir qulağın eşitmədiyi və heç kəsin ağlına belə gəlmədiyi nemətlər vardır. Uca Allah buyurur: «Etdikləri əməllərin mükafatı olaraq (Allah dərgahında) onlar (möminlər) üçün göz oxşayan (onları sevindirəcək) nə cür nemətlər gizlənib saxlandığını heç kəs bilməz!» (əs-Səcdə, 17). Həmçinin, Uca Allah kafirlər üçün əzab yurdu olan Cəhənnəmi hazırlamışdır. Orada ağılagəlməyən əzab və işgəncələr vardır. Uca Allah buyurur: «Və de: "Haqq Rəbbinizdəndir. Kim istəyir inansın, kim də istəyir inanmasın (kafir olsun). Biz zalımlar üçün elə bir atəş hazırlamışıq ki, onun pərdələri (dumanları) onları bürüyəcəkdir. Onlar imdad istədikdə onlara qətran (yaxud yaradan axan irin-qan) kimi üzlərini büryan edən bir su ilə kömək ediləcəkdir. O, nə pis içki, o (Cəhənnəm) necə də pis məskəndir!» (əl-Kəhf, 29). Cənnət və Cəhənnəm hal-hazırda vardır və heç vaxt yox olmayacaqdır. Uca Allah Cənnət
    haqqında belə buyurur: «Və iman gətirib yaxşı işlər görənləri zülmətdən nura (küfrdən imana) çıxartmaq üçün Allahın açıq-aşkar (halal-haramı bəyan edən) ayələrini sizə oxuyan bir peyğəmbər göndərmişdir. Kim Allaha iman gətirib yaxşı iş görsə, (Allah) onu əbədi qalacaqları, ağacları altından çaylar axan cənnətlərə daxil edər. Həqiqətən, Allah ona gözəl ruzi əta etmişdir!» (ət-Talaq, 11). Cəhənnəm haqqında isə belə buyurur: «Şübhəsiz ki, Allah kafirlərə lənət eləmiş və onlar üçün yanar od hazırlamışdır. Onlar orada əbədi qalacaqlar, (özlərinə) nə bir hami, nə də bir mədədkar tapa biləcəklər. Üzləri odda çevrildiyi (haldan-hala düşdüyü) gün onlar: "Kaş Allaha müti olaydıq, Peyğəmbərə itaət edəydik!" - deyəcəklər.» (əl-Əhzab, 64-66). Bu mövzuda rəvayət edilən hədislər çoxdur. Hər bir müsəlman Quranda və Peyğəmbərin səhih hədislərində ölüm, qiyamət günü və onun dəhşəti haqqında xəbər verilən məlumatlara iman gətirməlidir.
     

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 3
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Nurane | Status: İstifadəçi Offline | 5 Mart 2014 14:28 | İstifadəçi | Şərh yazdı
    ALLAH RAZI OLSUN

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: nastya | Status: İstifadəçi Offline | 25 Şubat 2014 14:10 | İstifadəçi | Şərh yazdı
    ALLAH RAZI OLSUN

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Şahin | Status: İstifadəçi Offline | 25 Şubat 2014 10:28 | İstifadəçi | Şərh yazdı
    Allah Razi olsun baci deyerli melumata gore eellerve sagliq


    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.