» » İman nə vaxt nicatvericidir?


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 5

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    İman nə vaxt nicatvericidir?
    +5
    Müəllif: Yusifi Zehra | 14-04-2015, 13:00 | Baxılıb: 1 124
     
     
    İman nə vaxt nicatvericidir?
     
    Maraqlıdır ki, iman necə əldə olunur? Bəziləri belə hesab edirlər ki, iman yalnız inanmaqdan ibarətdir. Guya Allaha inanan insan bütün günahlara batsa belə, behiştə gedəsidir. Bu fikirdə olanlar Mürciə adı ilə məşhurdur. Xəvaric adlanan digər bir qrup isə bu fikirdədir ki, böyük günaha yol verən mömin kafir olur. Əli (ə) məşdur həkəmiyyət məsələsini qəbul etdiyi üçün xəvaric o Həzrəti (ə) və onun tərəfdarlarının qətli barədə hökm çıxarmışdılar. Amma Əhli-beyt imamlarının nəzərincə bu baxışların heç biri düzgün deyil. Yəni insan nə təkcə qəlbindəki imanla behiştə gedə bilər, nə də bir böyük günaha yol verməklə imandan xaric olar. Bəli, ömrünün son nəfəsinədək imanını qorumuş şəxs qiyamət səhnəsində günahlarının cəzasını aldıqdan sonra şəfaətə nail olarsa behiştə gedə bilər. İnsan son nəfəsədək imanını qoruya bilsə nicatverici qüvvəyə malik olan iman onu xilas edə bilər. Amma unutmaq olmaz ki, insan hər dəfə günah etdikdə onun imanı zəifləyir və dünyadan imanlı getmək ehtimalı azalır:«Allahın ayələrini yalan hesab edib onları məsxərəyə qoymaqla pislik edənlərin aqibəti lap pis oldu»(«Rum» surəsi, ayə 10.). Əhli-beytin nəzərincə, Allah-təala böyük günaha yol vermiş möminə tövbə üçün möhlət verir. Tövbə etməyən mömin bərzəx dünyasında günahı qədər cəzalandırılır, imanını qoruya bilmişsə, qiyamətdə nicat tapır.
    İslamla imanın fərqləri
    Deyilənlərdən aydın oldu ki, şərti olaraq İslam adlandırdığımız zahiri iman şərti olaraq iman adlandırdığımız həqiqi imandan tamamilə fərqli bir məfhumdur. Zahiri İslamın axirət səadətinə heç bir təsiri yoxdur. Bununla belə, zahirdə də müsəlman dini əsasları və zərurətləri təsdiq etməlidir. Axirəti, namazı inkar edən şəxs heç zahiri müsəlman sayıla bilməz. Təkcə kəlmeyi-şəhadət deməklə müsəlman olmaq yanlış təsəvvürdür. İslamın başlanğıcındakı adi müsəlmanlar axirət inamının zəruri olduğunu bilirdilərsə, bu günkü müsəlmanlar belə mühüm bir inancdan xəbərsiz ola bilərlərmi?!
    Əgər zahiri müsəlmanlıq batini kafirliklə birləşərsə əbədi əzab qaçılmazdır. Zahirdə İslamın bütün əsasları və zərurətlərini təsdiq edib, batində bütün bunlara düşmən kəsilənlər az deyildir. Demək, cəmiyyətdə saleh bir müsəlman kimi tanınmış şəxsin qəlbində damlaca iman olmaya da bilər. Əlbəttə ki, kimin müsəlman, kimin qeyri-müsəlman olmasını müəyyənləşdirmək fəqihlərin işidir. İslamın elə mərtəbələri də vardır ki, hətta peyğəmbərlər bu mərtəbələrə çatmaq üçün Allaha dua etmişlər. Həzrət İbrahim və həzrət İsmail Kəbəni tikərkən belə dua etmişdilər: «Ey Rəbbimiz, bizim hər ikimizi müsəlman qərar ver»(«Bəqərə» surəsi, ayə 128.). Ayədə İslamın ali mərtəbəsi dedikdə, mütləq təslimolma nəzərdə tutulur.
    Eləcə də, təkcə imanı nicatverici hesab edən mürciə baxışı da həqiqətdən uzaqdır. Bir insan dünyadan imanlı getsə də yol verdiyi günahlara görə müxtəlif əzab mərhələlərini keçəcəkdir. Rəvayətlərdə buyurulur ki, mömin öz günahlarına tövbə etmədən dünyasını dəyişərsə ölüm mələyi olun canını əziyyətlə alar. Əgər bu əziyyətlə günahlar paklanarsa insan bərzəx dünyasında sakit olar. Amma canvermə əziyyəti günahları yumağa kifayət etməsə birinci qəbir gecəsi ağır keçər. Əgər bu əzab da kifayət olmasa günahlar yuyulanadək bərzəx aləmində əziyyət davam edər. Mümkündür ki, bərzəx aləminin əziyyətləri də günahların paklanması üçün kifayət etməsin. Belə olduğu təqdirdə günahkar insanı qiyamət səhnəsinin məşəqqətləri gözləyir. Amma bu mərhələlərin istənilən birində ləyaqətli insan şəfaətə nail ola bilər. Başqa sözlə, Əhli-beyt (ə) vasitəsi ilə bağışlana bilər. Rəvayətdə buyurulur ki, məsum imamlar bərzəx aləmində yox, qiyamət səhnəsində öz işlərinə zəmanət verəcəklər. Demək, mömin kişi bərzəx aləmində uzun illər əzab çəkə bilər. Allaha pənah aparaq! Şəfaətə nail olmaq o demək deyil ki, insan dünyasını dəyişən kimi bağışlanacaqdır. Şəfaətin də mərhələləri vardır və ən təsirli şəfaət qiyamət gününə məxsusdur; qiyamət gününə qədər günahları təmizlənməyən insan cəhənnəmə gedəcəkdir. Elə bu səbəbdən də Əhli-beyt buyuruqları gəncləri «mürciə» düşüncə tərzindən uzaq olmağa çağırır. Bu düşüncə tərzi insanları yuxuya verərək onları günah bataqlığına çəkir. İslam dininə belə yanaşma olduqca təhlükəlidir. Ümumiyyətlə, cəzasızlıq insanı cinayətə sövq edir. Onu da qeyd edək ki, təkcə iman gətirmək kifayət olsaydı bu qədər dini göstərişə ehtiyac qalmazdı. Bu da həqiqətdir ki, bütün insanlar eyni iman səviyyəsinə malik ola bilməzlər. İmanın bir çox mərtəbələri vardır. Əslində bu mərtəbələr sonsuzdur. İki insan eyni bir mərtəbəli imana malik ola bilməzsə, demək bu mərtəbələr çoxdur. Ən mühüm vəzifə budur ki, insan zahiri müsəlmanlıqla kifayətlənməyib həqiqi iman üçün çalışsın. Atadan irs aparmaq, müsəlmanlıq səbəbindən pak olmaq və bir çox başqa xüsusiyyətlər bu dünyanın zahiri hökmləridir. Axirət səadəti üçünsə qəlb imanı zəruridir. İnsan çatdığı iman mərtəbəsi ilə kifayətlənməməli, kamil insan olmaq üçün çalışmalıdır. İman bəzən güclənib bəzən də zəifləyə bilər. Güclü iman özünü əməldə büruzə verir.
     
    Kitabın adı: Sadiq yol axtaranlar üçün İmam Sadiqin (ə) nəsihətləri
    Müəllif: Ustad Misbah Yəzdi

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 1
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Sirli_melek | Status: İstifadəçi Offline | 14 Nisan 2015 17:42 | Sayt nəzarətçisi | Şərh yazdı
    Allah razi olsun cox sagolun maraqli bir o qederde qorxulu sozderdi Allah bizderi cehenem odunan  qebr ezabinan weytanin werinden uzaq edsin Allah sevdiyi bendeerden qerar versin bizderi  Allah momunerin muselmanarin ve biz gunahkarlarin uzune cehenem qapisin  ebedi baglasin

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.