» » Düşüncə zəifliyi


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 5

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Düşüncə zəifliyi
    +4
    Müəllif: Yusifi Zehra | 27-04-2015, 11:00 | Baxılıb: 1 361
     
     
    Düşüncə zəifliyi
     
    Əgər insan elə bir ictimai mühitdə yaşayırsa ki, bu mühit İslam həqiqətlərinin dərk olunmasında bir maneədir, bu insanın aqibəti necə olacaq? Diqqət etsək görərik ki, yer üzündə əksər insanlar üçün ictimai maneələr mövcudur. İslam və Əhli-beyt həqiqətlərinin təbliğ olunduğu cəmiyyətdə yaşayanlar Allaha şükr etməli və həqiqi iman qazanmaq üçün səy göstərməlidir. İslam və Əhli-beytdən uzaq ideyaların təbliğ olunduğu cəmiyyətlərdə əksər insanların heç ağlına da gəlmir ki, əsl həqiqət tamam başqa yerdədir. Həmin cəmiyyətlərdə nəinki həqiqət təbliğ olunmur, üstəlik İslam və Əhli-beyt yoluna qaralar yaxılır. Bir çox ölkələrdə şiələr müşrik kimi təqdim edilir, onların hansısa xüsusi bir Qurana etiqad etdikləri bildirilir. Hətta bəzi ölkələrdə belə uydurma rəvayətlər danışılır ki, guya şiələr Cəbrail mələyin xəyanət edib imam Əliyə (ə) göndərilən vəhyi həzrət Məhəmmədə (s) gətirməsini iddia edirlər. Guya şiələr namazı bitirdikdən sonra üç dəfə «Əllahu əkbər» əvəzinə üç dəfə «Cəbrayıl xəyanətkardır» deyirlər. İnsanları bu böhtanlara elə inandırıblar ki, min dəfə and içsək də əhəmiyyət verən olmaz.
    Yaxşı, belə bir şəraitdə yaşayan insan Əhli-beyt vilayətini qəbul etmirsə o, behiştə gedə bilərmi? Axı rəvayətlərdə buyurulub ki, Əhli-beyt vilayətini qəbul etməyənlər cəhənnəmə gedəsidir. Cəmiyyətin aşıladığı düşüncə tərzindən qeyri bir düşüncə tərzinə əli çatmayan, həqiqəti dərk etmək gücündə olmayan insanlar İslamda «müstəzəf» adlanır. Müstəzəf düşüncə zəifliyinə məhkum insandır. Onun inamı və əməlləri düşüncəsinin zəifliyi qədər üzürlüdür. Bu insanlara əqli və nəqli yolla həqiqətlər sübut olduqca üzr aradan qalxır. İnsan həqiqəti anladığı dərəcədə də məsuliyyət daşıyır.
    Bəli, insanın səadəti onun son nəfəsədək qorunmuş imanından asılıdır. İman isə yalnız o vaxt son nəfəsə qədər qorunur ki, insan daim ona nəzarətçi olsun. Əks təqdirdə iman elə asta-asta zəifləyir ki, insan nə vaxt kafir olduğunu hiss etmir. Hansı ki, ardıcıl şəkildə diqqət etsəydi qəlbindəki şəkk-şübhələrə cavab tapıb imanını qoruyardı.
    Yaxşı, bəs düzgün etiqadlı insanlar günaha yol verdikdə onlarla necə rəftar edək? Axı bütün insanlar məsum ola bilməz. Sözsüz ki, açıq-aşkar günah edən insanlarla yaxınlıq etmək olmaz. Çirkin sifətlərə malik insanla dostluq nəticəsində, insan bu çirkin sifətlərə yoluxa bilər. Amma onun haqqında pis danışmaq olmaz. Əksinə, ona ürək yandırıb tərbiyələnməsinə çalışmaq lazımdır. Onun günahdan uzaqlaşıb tövbə etməsi üçün dua etməyimiz yaxşı olar. Demək, imanını qoruyan insan əvvəl-axır behiştə gedər. Əlbəttə ki, günahlarının cəzasını aldıqdan sonra! «Kim zərrə qədər yaxşı iş görmüşsə bu işin xeyrini, kim zərrə qədər pis iş görmüşsə bu işin zərərini görəcəkdir»(«Zilzal» surəsi, ayə 7-8.).
    Bütün işlər nəzərə alınacaqdır. Əhli-beytin şəfaətinə o qədər ehtiyaclıyıq ki, bu şəfaətə çatmaq ləyaqətini itirməmək üçün günahdan qorunmalıyıq. İmam Sadiq (ə) ömrünün son anlarında belə buyurdu: «Namazı yüngül sayan bizim şəfaətimizə nail olmaz»(«Biharul-ənvar», cild 82, səh. 235.). Tövbə insanın günahını bağışlatdırdığı kimi, bəzi pisliklər də insanı şəfaət ləyaqətindən məhrum edir.
     
    Kitabın adı: Sadiq yol axtaranlar üçün İmam Sadiqin (ə) nəsihətləri
    Müəllif: Ustad Misbah Yəzdi

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 3
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Alemdar | Status: İstifadəçi Offline | 28 Nisan 2015 00:13 | Sayt nəzarətçisi | Şərh yazdı
    Allah razi olsun deyerli ve ibratamiz movzudur Xow halimiza ki Wieyik Elhemdullilah

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Sirli_melek | Status: İstifadəçi Offline | 27 Nisan 2015 14:53 | Sayt nəzarətçisi | Şərh yazdı
     Allahin salami salavati xeyir duasi uzerinize olsun dadibidad dil bilmez elinen deye bir soz vardi Allaha wukur Eli wiyelerinden Eli awiklerinden Eli yolu haqq yolu gedenerdenik  birge  gunahlarimiz qabagimizi kesirki onuda Allahin komekliyi ile INWALLAH  atariq Allah ozu comeyimiz olsun bizderi cennetde qovuwdursun 

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Ewqi_Kerbela | Status: İstifadəçi Offline | 27 Nisan 2015 12:18 | Sayt nəzarətçisi | Şərh yazdı
    Allah razı olsun bacı çox sağ olun. Bu kitabı  çox beyendim sayenizde oxuyuruq Allah köməyin olsun bacım Amin. İlahi minətdaram  Əhli-beyt ( ə ) sevgisin qelbimize salmısan...Ya Rəbb hər iki cahanda bizieri Rəsulundan (s)Əhli-beyitdən ( ə )  Qurani-kərimden ayrı salma Amin. Allahım biz günahkar  qullarını bağışla,tövbelerimizi qebul  et Ya Rəbb Amin Amin. Əllahummə Səlli Əla Muhammedin&nbs
    p;Və Ali Muhammed Ve Əccil Fərəcəhum. 

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.