» » 1. Peyğəmbər və övliyaların Bərzəx aləminə köçəndən sonrakı həyatları


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2839
Şərhləri: 1504
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2382
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1920
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2765
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3843
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 494
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 733
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3919

Online Sual-Cavab

Azər77
Azər77
17 Kasım 2025

Salam, hər vaxtınız xeyir olsun in Sa Allah 🤲 bilmək istərdim, Pəleyqambarə ki, Mədinə və Məkkə də nazil olan ayələrin bir birindən nə fərqi var? Niyə məs Məkkədə və mədinədə nazil olub başqa yerdə deyil?? Bunların bir birindən fərqi var, ayələrin deyirem. Ama Məkkə və Mədinə niyə ancaq bu iki şəhərdə nazil olub?? Öncədən təşəkkür edirəm 🙏
Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18470
+0  
Şərhlər: 48501
+2  
İstifadəçilər: 6750

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6734

Qeydiyyatdan keçiblər:
Bu gün: 2
Dünən: 2
Həftə ərzində: 3
Ay ərzində: 3

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    1. Peyğəmbər və övliyaların Bərzəx aləminə köçəndən sonrakı həyatları
    +5
    Müəllif: Huseynci Medine | 3-09-2015, 15:00 | Baxılıb: 921
     
     
    1. Peyğəmbər və övliyaların Bərzəx aləminə köçəndən sonrakı həyatları

    Bu mətləb digərlərindən daha mühümdür. Bunu iki növdən olan dəlillərlə sübut etmək mümkündür: birinci növdən olan dəlillər onların həyatlarını və diri olmalarını sübut etsə də, ikinci növdən olan dəlillər isə bu mətləbi dolayısı yolla sübut edir. Burada bu dəlilləri sizlərə təqdim edirik:
    1. Quran ayələri şəhidlərin diri olmalarını açıq-aşkar buyurur: "(Ey peyğəmbər) Allah yolunda qətlə yetirilmişləri ölü güman etmə, əksinə onlar diri və öz rəblərinin yanında qidalanırlar. Allahın onlara öz fəzlindən verdikləri nemətlərə sevinir, özlərindən sonra belə onların sıralarına birləşməyən (mücahidlərə) qorxu və hüzn olmayacağına müjdə verirlər. Allahın nemətlərinin və mömin insaların mükafatlarının zay olmayacağını onlara müjdə verirlər.” (Ali İmran surəsi, 169, 170 və 171-ci ayələr) Bu ayə aşkarcasına şəhidlərin diri olmalarını sübut edir. Çünki qidalanmaq, sevinmək və müjdə vermək kimi xüsusiyyətlər diri insanlara məxsusdur. Allah təala bu mətləbə işarə etməklə onlara verdiyi qədr-qiyməti və kəraməti göstərir. Bununla da "şəhidin ölməsi ilə həyatının bitməsi” nəzəriyyəsini puç edir. Əgər şəhid öz canını verməklə peyğəmbərin gətirdiyi din yolunda şəhid olursa, görəsən, bu şəhidlərin diri, lakin məxluqatın ən şərəfləsi və ən üstünü və şəhidlərin rəhbəri olan peyğəmbərin ölü olmasını təsəvvür etmək olarmı?! Bunu sağlam düşüncəyə malik insan heç bir vəchlə qəbul edə bilməz! Peyğəmbərin ölü olmasını dilinə gətirən hər bir müsəlman qəlbi ilə bunu rədd edir!
    2. Quranın Yasin surəsində Həbib Nəccar barəsindəki əhvalatı yada salaq. Heç bir ali məqama malik olmayan bu insan yalnız Allah tərəfindən göndərilmiş elçiləri təsdiq etmişdi. Bunun nəticəsində öz qövmü tərəfindən şiddətli işkəncələrə məruz qalaraq dünyasını dəyişir. Öləndən sonra Allah təala ona belə buyurur: "(Ona) Cənnətə daxil ol deyildi.” (Yasin surəsi, 26-cı ayə) Cənnətə daxil olandan sonra qövmünün onun halından xəbərdar olmasını arzulayaraq belə deyir: "(O,) dedi: "Ey kaş, mənim qövmüm Allahın məni bağışladığnı və əzizlədiyi bəndələrdən qərar verdiyini biləydi!” (Yasin surəsi, 27-ci ayə) Şübhəsiz ki, Həbibin daxil olduğu cənnət Qiyamət günündən əvvəl olmuşdur. Çünki o, öz qövmünün onun halından xəbərdar olmasını arzulayır, bir halda ki, onlar dünya həyatındadırlar, baxmayaraq ki, sonradan onlar Allah tərəfindən əzaba düçar olurlar. Quran bu səhnəni təsvir edərək belə buyurur: "Biz ondan (Həbibdən) sonra onlara səmadan bir ordu göndərmədik və belə də etməzdik. Bu bir səma fəryadından başqa bir şey deyildi və birdən onlar öz yelərində tərpənməz olaraq durdular.” (Yasin surəsi, 28 və 29-cu ayələr). Əgər şəhidlər, saleh insanlar- Allah elçilərini təsdiq edən Həbib Nəccar kimi insanlar-diridirlərsə və öz rəblərinin yanında qidalanırsa, onda peyğəmbər və şəhidlərdən ön sırada olan Allahın nemət vediyi peyğəmbərlər, siddiqlər necə?! Allah təala belə buyurur: "Hər kim Allaha və peyğəmbərə itaət edərsə, onlar Allahın nemət verdiyi peyğəmbərlər, siddiqlər, şəhidlər və saleh insanlara birlikdədir. Onlar necə də gözəl dostlardır!” (Əl Nisa surəsi, 69-cu ayə). Əgər şəhid diri olub qidalanırsa, onu tərbiyə edib bu məqama yetişməsinə səbəb olan peyğəmbər isə daha da artıq diri olmağa layiqdir!
    Bu mövzu sizə təqdim etdiyimiz əsas nöqtələrdən ikincisidir. Peyğəmbər, siddiqlər və şəhidlərin, sadəcə olaraq, Bərzəxdə diri olmaları bizim mətləbimizə heç cür yardım edə bilməz. Bunun üçün onlarla əlaqənin, başqa sözlə desək, bizi eşidib cavab vermək iqtidarında olmalarını isbat etmək lazımdır. Burada mətləbəmizə birbaşa əlaqəsi olan Quran ayələrini tilavət etmək istərdik. Halbuki psixologiya elmi bir çox təcrübələrdən sonra bu əlaqələrin mümkünlüyünü sübut etmişdir. Lakin biz bu elmi təcrübələri bir kənara qoyaraq yalnız Quran ayələri və peyğəmbər və Əhli beytdən gələn hədislərə dəlil gətirmək istəyirik:
    1. Saleh peyğəmbər həlak olmuş qövmə müraciət edir: Allah təala Qurani Kərimdə Saleh peyğəmbərin öz qövmünü təbliğ və onları tək olan Allahın ibadətinə dəvət etməsini və həmin qövmün Saleh peyğəmbərin gətirdiyi möcüzəni nece həlak etdiklərini vəsf edir. Saleh peyğəmbər Allahın qüdrəti ilə dağdan öz balası ilə birlikdə dəvə çıxardır. Lakin həmin qövm dəvənin ayaqlarını kəsərək onu həlak edirlər. Bununla da Allahın qəzəbi onlara nazil olur. Qurani Kərim buyurur: "(nəhayət) Yerin titrəyişi onları əhatə etdi və onlar öz evlərində ölü kimi tərpənməz oldular. (Saleh peyğəmbər) onlardan üz çevirib belə dedi: "Ey mənim qövmüm, mən artıq sizlərə öz rəbbimin müraciətini çatdırdım və sizə nəsihət verdim, lakin siz nəsihət verənləri sevməzsiniz.” (Əl Əraf surəsi, 78 və 79-cu ayələr) Göründüyü kimi Allah təala Saleh peyğəmbərin qövmünün qəti şəkildə həlak olmasını bildirərək, xəbər verir ki, onlar əzaba düçar olandan sonra peyğəmbər onlardan üz çevirib onlara belə müraciət edir ki, artıq mən rəbbimin müraciətini çatdırdım, lakin siz nəsihət edənləri sevməzsiniz. Bu xitab Saleh peyğəmbərdən həmin qövm həlak olandan sonra baş verir. Saleh peyğəmbərin "Lakin siz nəsihət edənləri sevməzsiz” sözü aşkarcasına işarə edir ki, onlar hətta həlak olandan sonra da təkəbbür və lovğalıq üzündən onun bu sözünü qəbul etmirlər.
    2. Şüeyb peyğəmbərin həlak olmuş qövmünə müraciət etməsi: Saleh peyğəmbərin əhvalatı öz məzmununa görə tək deyildir. Şüeyb peyğəmbərin də əhvalatı bu cəhətdən ona çox oxşardır. Şüeyb peyğəmbərin qövmünə bəla nazil olaraq onları həlak edir. Qurani Kərim bu mənzərini təsvir edərək belə buyurur: "Yerin titrəyişi onları əhatə etdi və onlar öz evlərində ölü kimi tərpənməz oldular. Şüeybi yalançı hesab edənlər (elə məhv oldular ki) elə bil heç orada yaşamırdılar. Şüeybi yalançı hesab edənlər ziyankarlardan oldular. Öz qövmündən üz çevirərək belə dedi: "Ey mənim qövmüm, mən artıq sizə rəbbimin müraciətlərini çatdırdım və sizə nəsihət etdim. (Bu öyüd nəsihətdən sonra) kafir qövmə necə təəssüf edim?!” (Əl Əraf surəsi, 91, 92 və 93-cü ayələr)
    Şüeybdə qövmünə onlar həlak olandan sonra müraciət edir. Əgər həlak olanlarla əlaqə saxlamaq mümkün olmasaydı onda Saleh və Şüeyb peyğəmbər necə onlara xitab edirdilər?! Məgər mümkündürmü ki, bu xitab təəssüf üzündən baş versin?! Qətiyyən, yox! Bu növdən olan xitab, ayənin zahiri mənasına və Quranın təfsir üslubuna ziddir. Bundan əlavə ruhların xitab olunması əqli cəhətdən qeyri-mümkün hesab olunmur.
    3. Peyğəmbərin özündən əvvəlki elçilərlə danışmağa əmr olunması: Allah təala Qurani Kərimdə peyğəmbərə belə buyurur: "Səndən əvvəl göndərdiyimiz elçilərdən soruş. Məgər ibadət üçün Rəhman olan Allahdan başqa məbudlar qərar vermişikmi?” (Əl Zuxruf surəsi, 45-ci ayə) Ayədən görünür ki, Allah təala peyğəmbəri özündən əvvəlki peyğəmbərdən soruşmağa əmr edir. Allahın bu əmrini həmin dinlərin alimlərinə müraciət olunması kimi qəbul etmək düzgün olmazdı. Çünki bu cür təfsir və açıqlama ayənin zahirinə ziddir.
    4. Çoxsaylı Quran ayələri və əqli dəlillər sübut edir ki, ölüm insanın fani olmağı demək deyildir, əksinə o, insanın bir aləmdən digər aləmə köçməsi deməkdir. Lakin materialist düşüncəni əsas tutan alimlər hesab edirlər ki, qeyri-maddi bir aləm mövcud deyil və ölüm də insan həyatının sonu deməkdir. Bununla da insanın yenidən həyata qayıdıb öz layiq olduğu mükafat və yaxud da cəzaya yetişəcəyini inkar edirlər. Onların nəzərinə görə insan tam yox olub aradan gedəndən sonra artıq onun ikinci dəfə dirilməsi üçün heç bir əsas qalmayacaqdır. Allah təala vəhy nazil edərək həmin bu nəzəriyyəni tənqid edib rədd etmişdir: "Onlar dedilər: "Torpaqda yox olub aradan gedəndən sonra yenidən diriləcəyikmi?...” Cavablarında isə belə buyurur: "De (Ey peyğəmbər) sizlərə məmur olmuş mələk ruhlarınızı alır, sonra isə öz Rəbbinizə doğru döndəriləcəksiniz.” (Əl Səcdə surəsi, 10 və 11-ci ayələr) Ayədən belə nəticə çıxarmaq olar ki, ölüm torpaqda yox olub getmək demək deyil. Çünki insanın şəxsiyyəti onun maddi bədəni ilə deyildir, əksinə insanın şəxsiyyəti ölüm mələyinin aldığı ruhladır. Və həmin bu ruh da Allah yanında toxunulmazdır. Belə ki, Qurani Kərimdə ruhların alınması (təvəffi) feli ilə ifadə olunmuşdur. Bu da ruhların alınması və yaxud da götürülməsi deməkdir. Qurani Kərim başqa bir ayədə (təvəffi) felinin mənasını açıqlayaraq belə buyurur: "Allah ölüm zamanı və yuxuda olanda ruhları alır. Sonra isə ölmüş ruhları saxlayır və digərlərini (ölməmiş ruhları) isə müəyyən olunmuş vaxta qədər buraxır. Bu işdə təfəkkür edənlər üçün nişanələr var.” (Əl Zumər surəsi, 42-ci ayə) Ayədə göstərildiyi kimi Allah təala ruhları iki mərhələdə alır: ölüm zamanı və yuxuda. Dünya həyatına qayıtmamaq hökmü verilmiş ruhları saxlayıb və həmçinin ölüm hökmü verilməmiş ruhları isə müəyyən olunmuş vaxta qədər sərbəst buraxır. Bütün bunlar göstərir ki, ölüm insan həyatının sonu deyil, əksinə ruh cismi tərk edib başqa bir aləmə köçür.
    5. İmam Hüseyn (ə) Aşura günü öz sadiq səhabələrinə ölümün həqiqətini açıqlayaraq belə müraciət edir: "Səbr edin, ey əhli kəramət övladları. Ölüm sizləri səfalət və çətinlikdən qurtarıb geniş bağlar və daimi nemətlərə aparan bir körpüdən başqa bir şey deyildir. Sizlərdən hansı biriniz zindandan qurtarıb qəsrə daxil olmağı xoşlamır?! Sizin düşmənləriniz isə qəsrdən çıxıb zindana və əzaba köçəcəklər. Atamın mənə Allah rəsulundan söylədiyi hədisdə belə deyilir ki, həqiqətən, dünya möminin zindanı və kafirin cənnətidir. Ölüm möminləri cənnətə, kafirləri isə cəhənnəmə aparan körpüdür. Mən yalan danışmayıb və yalan danışmaqda da ittiham olunmamışam.” Sizlərə təqdim etdiyimiz bu ayələrdə peyğəmbər, siddiqlər və şəhidlərin Bərzəxdə diri olmalarını sübut edən dəlillər kifayət qədərdir. Bu sadaladıqlarımızdan başqa bir qrup insanların da diri olmağına sübut və dəlillər vardır. Lakin bunların hamısını burada qeyd etməyə heç bir ehtiyac olmadığı üçün bu miqdarla kifayətlənirik. Əhli sünnət alimləri də bu həqiqəti dəstəkləmişlər. Budur, onlardan biri Əl Əşəri belə deyir: "Peyğəmbərlərin diri olması bizim inanclarımızdandır.” Bu mövzuda "Həyat əl ənbiya”, yəni "Peyğəmbərlərin həyatı” adlı kitabını da yazmışdır. Birinci nöqtənin isbatı üçün təqdim olunmuş dəlillərlə kifayətlənib, sonrakı mövzularda da peyğəmbərdən bu mətləbə dəlalət edən hədisləri xatırlayacağıq.
    Ardı var... 
     
    Kitabın adı: İslam şəriətində təvəssül məfhumu
    Müəllif: Əllamə Cəfər Sübhani
    Tərcümə etdi: Hacı Heydər Məmmədov

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.