» » Allahla ünsiyyət ölümdən sonra üçün ən üstün azuqədir


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2839
Şərhləri: 1504
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2382
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1920
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2765
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3843
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 494
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 733
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3919

Online Sual-Cavab

Azər77
Azər77
17 Kasım 2025

Salam, hər vaxtınız xeyir olsun in Sa Allah 🤲 bilmək istərdim, Pəleyqambarə ki, Mədinə və Məkkə də nazil olan ayələrin bir birindən nə fərqi var? Niyə məs Məkkədə və mədinədə nazil olub başqa yerdə deyil?? Bunların bir birindən fərqi var, ayələrin deyirem. Ama Məkkə və Mədinə niyə ancaq bu iki şəhərdə nazil olub?? Öncədən təşəkkür edirəm 🙏
Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18470
+0  
Şərhlər: 48501
+2  
İstifadəçilər: 6750

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6734

Qeydiyyatdan keçiblər:
Bu gün: 2
Dünən: 2
Həftə ərzində: 3
Ay ərzində: 3

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Allahla ünsiyyət ölümdən sonra üçün ən üstün azuqədir
    +5
    Müəllif: Fatimə Nuri Xuda | 30-08-2015, 21:00 | Baxılıb: 1 098
     

    Allahla ünsiyyət ölümdən sonra üçün ən üstün azuqədir 

    İnsan bu dünyanı əliboş tərk etməmək üçün elə bu dünyada ölümdən qabaq axirət gününü fikirləşməli və münasib azuqə yığmalıdır. İnsan bütün səyini dünya və dünya ləzzətlərinə sərf etməməlidir. Öncədən bilməlidir ki, kiminlə ünsiyyət saxlasa qəriblik günü onu tənha qoymaz. Onun əsas ehtiyacını ödəyən şəxsiyyətlərlə ünsiyyət saxlamalıdır. Həmin şəxslər ki, bu dünyada bəzi vasitələr yaratmaqla onun mənəvi və maddi ehtiyaclarını təmin etmişlər. İmam Zeynəl-abidin (ə) "Əbu-Həmzə” duasının bir hissəsində yuxarıdakı həqiqətə nəzər salaraq Allaha ərz edir: 
    "Pərvərdigara, ölüm yatağına düşdüyüm, hərəkət üçün dostlara möhtac olduğum vaxt mənə rəhm et. Qüsül üçün uzadıldığım vaxt saleh qonşularım məni sağa-sola çevirərkən mənə fəzl mərhəmət et. Aparılarkən qonşularım cənazəmin ətrafını tutduğu vaxt mənə mehribanlıq göstər. Aparılıb qəbrimdə hüzuruna tək-tənha daxil olan zaman mənə kərəm göstər. Həmin təzə evdə qəribliyimə rəhm et, Səndən başqası ilə üzləşməyim”.
    Duanın bu hissəsinin ən mühüm nöqtəsində Allaha ərz edir: "İlahi, həmin yeni evdə tənhalığıma rəhm et ki, Səndən başqası ilə əlaqə saxlamayım”. Məgər bu dünyada Allah ilə ünsiyyətin tamını dadmış şəxsin qəbrə daxil olarkən Ondan başqası ilə ünsiyyət saxlaması mümkündürmü? Ya da dünyada Allahdan başqası ilə ünsiyyət yaratmış şəxsin qəbrə daxil olarkən yalnız Allahla ünsiyyətdə olması mümkündürmü?
    Allah Davuda buyurdu:
     "Ey Davud, yer əhlinə de: Mən Məni sevən kəsin dostuyam. Mənim məclisimdə iştirak edənin yoldaşıyam. Mənim zikrimlə ünsiyyət saxlayanın munisiyəm və Mənimlə olan şəxsin müsahibiyəm.” 
    İnsan dünyada kiminlə ünsiyyət yaradırsa, qəlbi də onunladır; qiyamət günü də onunla səhnəyə gətiriləcəkdir: 
     "Sevdiyin kəslə olacaqsan və əldə etdiklərin Sənin üçündür.” 
    Dünya həyatında yalnız var-dövlət, dostlar, qadın və övlad haqqında düşünən şəxs qəbrə qoyulub tərk olunan zaman bir yığın həsrət və qəmlə qarşılaşacaqdır. Yalnız bu dünyada Allah ilə ünsiyyət yaratmış, Onu tanımış və Ona ürək bağlamış şəxslər axirət aləmində Allah ilə ünsiyyət saxlaya bilərlər. Qadın, övlad və ya dostlar bir neçə saat bizim yanımızda olmadıqda, evdə tək qalıb baş qatışdırmağa bir iş tapmadıqda tənhalıq hiss edir, qorxuya düşürük. Allah ilə ünsiyyətin mənasını bilmir, onun ləzzətini dərk etmirik. Dostlar və yaxınlardan birini bir müddət görmədikdə onun üçün darıxırıq. Amma indiyə qədər heç olubmu ki, namaz üçün darıxaq? İndiyədək dua və münacat üçün, Allah ilə raz-niyaz üçün fürsət yaranmasının intizarında olmuşuqmu?
    Adətən, hansısa sakit bir yerdə olduqda qorxu hissi keçirir, söhbət etməyə bir şəxs axtarırıq. Bu şəxsi tapmadıqda xəyallar aləmində özümüzlə danışıb, hər nə yolla olur-olsun başımızı qatışdırırıq. Belə bir durumda təbii olaraq, qəbrə daxil olduqdan sonra tezliklə hər şeyi unudub Allah ilə ünsiyyət yarada bilmərik.
    Əgər axirət aləmində qəriblik və narahatlığa düçar olmaq istəmiriksə, bu dünyada Allah ilə ünsiyyətin müqəddiməsini hazırlayaq ki, axirət aləmində bizimlə 
    olsun və bizi tərk etməsin. Ən azı ünsiyyət saxladıqlarımızdan biri də Allah olmalıdır. Özümüz üçün proqram tərtib etməli, sakit bir vaxt ayırıb həmin vaxtda yalnız Allahı düşünməliyik. Dünya və onda olanları, iş, qadın, övlad, dostlar və tanışları unudub yalnız Onu düşünüb zikr etməliyik. Əgər bu işi görməsək bərzəx aləmində böyük bir həsrət çəkəcəyik. Qürbət, tənhalıq, əzab və kədər bizi dövrəsinə alacaq. Heç kəs və heç bir şey onu bizdən uzaqlaşdıra bilməyəcək.
    Həzrət Fatimeyi-Zəhra (ə) həzrət Əliyə (ə) vəsiyyətində buyurur:
     "Əlican, öldüyüm zaman mənə özün qüsl ver və kəfənə bük. Məni dəfn edəndə isə başım üstə üzbəüz otur və çox Quran oxu.” Həzrətin qəlbi Allahla ünsiyyətdə olduğu üçün həmişə Allah kəlamı eşitmək istəyir.
    Bir neçə anlıq da olsa, imkan tapıb Quran oxumaq intizarında olan şəxslər var. Onlar Quranı oxuduqda, ona qulaq asdıqda ləzzət alırlar. Onlar namaz və ibadəti aşiqcəsinə yerinə yetirirlər: Məgər indiyədək hansısa bir aşiq öz məşuqu ilə söhbət etməkdən bezmişdirmi? Lakin bizim fikrimiz namaz zamanı ayrı yerdə olur. Qəfəsin açılması intizarında olan əsir bir quş kimi! Biz namazın və ya ramazan ayının nə vaxt tamam olacağının intizarını çəkirik. Namaz qılan zaman da daim o tərəf bu tərəfimizdən kimin ötüb-keçdiyini düşünürük. Bütün bunlar Allah və Onun zikri ilə ünsiyyətdə olmadığımızı göstərir.
     
     
    Kitabın adı: Rəbbin dərgahında  
    Müəllif: Məhəmməd Təqi Mishab Yəzdi

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 1
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Allahin-Asiqi | Status: İstifadəçi Offline | 31 Ağustos 2015 09:08 | İstifadəçi | Şərh yazdı
    Allahim bizi seni seven bendelerden qerar ver

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.