» » Allahın zikri və Onunla ünsiyyət


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6693

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6677

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 0
Ay ərzində: 2

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Nisan 2024    »
PtSaÇaPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Allahın zikri və Onunla ünsiyyət
0
Müəllif: Ewqi_Kerbela | 20-06-2015, 14:00 | Baxılıb: 1 227
 

Allahın zikri və Onunla ünsiyyət

Behişt əhlindən bir dəstəsi Allahın öz xüsusi bəndələri üçün hazırladığı təamlara e’tina etməzlər. Me’rac hədisinin davamında oxuyuruq: "Behiştdən olan bu dəstənin ləzzəti behişt təamı və pak şərab deyil. Onlar Allahın zikri və Onunla söhbətdən ləzzət alarlar.” Bəs bu insanlar Allahın zikri və Onunla söhbətdən hansı ləzzəti alırlar ki, digər behişt ləzzətlərinə e’tiraz etmirlər? Məsələni aydınlaşdırmaq üçün bir misal çəkək: Rəngarəng süfrə arxasında oturmuş insan təbii ki, süfrədə qoyulmuş ən dadlı təamlara meyl edəsidir. İstənilən bir şəxs süfrədəki təamlardan daha dadlı olan təama əl uzadır. Şübhəsiz ki, övliyalar behişt təamının ləzzətindən xəbərsiz deyillər. Onların e’tinasızlığının səbəbi daha üstün bir ləzzətin, Allahla ünsiyyət ləzzətinin olmasıdır. Bu ünsiyyət behiştin bütün təamlarından və pak şərablarından üstündür. Əgər bir şəxs tox olarsa, ən dadlı yeməklər də ona ləzzət verməz. İnsan təamdan o vaxt ləzzət alır ki, aclıq hiss etmiş olsun. Susamamış bir insan sudan böyük bir ləzzət ala bilməz. İndi sual oluna bilər ki, insan daha çox nəyə ehtiyaclıdır? Təbii ki, orqanizmimiz suya və təama daha çox ehtiyac duyur. Amma bu ehtiyaclar maddi bir ehtiyacdır. Amma insanın insanlığı onun qarnında deyil. İnsanın ruhi, mə’nəvi ehtiyacları da var. Bu ehtiyaclar maddi ne’mətləri elə üstələyə bilər ki, ac və susuz insan mə’nəvi ləzzətlər dalınca qaçar. İnsanın ruhunun ən böyük ehtiyacı Allahdır. Əgər istənilən bir ehtiyac Allahın müəyyən bir ne’məti ilə tə’min olunursa, ruhun son ehtiyacı yalnız və yalnız Allahdır. Bir şeyin vücuda gəlməsi üçün Allahın istəyi kifayət edir. Bütün varlıq aləmi Allahın iradəsi nəticəsində ərsəyə gəlmişdir. Əgər Allahın istək və iradəsi kəsilərsə, bütün varlıq aləmi puç olar. Əgər insan varlıq aləmində iynə ucu qədər çəkisi olmayan bir tikə təamdan böyük ləzzət ala bilirsə, təbii ki, bütün varlıq aləmini yaratmış Allahla ünsiyyətin ləzzəti misilsizdir.
İnsanın havaya, suya və digər şeyə olan bütün ehtiyacları əslində Allaha olan ehtiyacdır. Bəşərin ehtiyaclarını və bu ehtiyacları tə’min edən ne’mətləri sayıb qurtarmaq çətindir. Amma bütün ne’mətləri yaradan da, bütün ehtiyacları ödəyən də Allahdır. İnsan ən müasir hesablama texnikalarından istifadə etsə belə, öz ehtiyaclarını sayıb qurtara bilməz. Əgər insan öz ehtiyacının kökünü və onu tə’min etmək yolunu dərk etsəydi, Allahla ünsiyyətin nə qədər böyük ləzzət olduğunu anlayardı. Dünyanın ən ali ləzzətləri başdan ayağa möhtac olduğumuz Allahın ne’mətlərinin zəif bir işartısıdır. Əgər insan öz ehtiyaclarını və bu ehtiyacların kimin tərəfindən ödəndiyini anlaya bilsəydi, Allahla ünsiyyətdən böyük ləzzət alardı. Behişt əhli bu iki məsələni çox gözəl anlamışdır ki, ehtiyac nədir və bu ehtiyacı yalnız Allah tə’min edə bilər.
Qur’ani-kərimdə alçaq, münafiq, kafir bəndələrə veriləcək əzab haqqında danışılarkən ən böyük əzab haqqında belə buyurulur: "Onlar Allahın mərhəmətindən o qədər uzaqdırlar ki, Allah onlarla danışmaz və onlara nəzər salmaz.”
Əgər Allahın öz bəndəsi ilə danışmaması, ona nəzər salmaması ən  böyük əzabdırsa, əksinə, bir bəndəyə nəzər salması və onunla danışması ən böyük mərhəmətdir. Bu məsələni dərk etmək çox mühümdür. Bir misal çəkək. İki uşaq bir-birləri ilə ünsiyyətdə olub dostlaşdıqları zaman əgər biri o birindən inciyərsə, onun öz yoldaşına ən böyük cəzası küsmək olur. Küsmüş uşaq o biri ilə rastlaşdıqda ona baxmır, üzünü yana çevirir. Bir-birini sevən insanlar üçün belə bir əzab çox ağırdır. Uşaq vaxtı öz fitrətinin tələbi ilə mehriban bir baxışı hər şeydən üstün tutan insan, təəssüf ki, yaşa dolduqdan sonra eyni ehtiyacları lazımınca qiymətləndirmir. Uşaq vaxtı küsməkdən acı bir cəza tanımayan insan bir qədər yaşa dolduqdan sonra heyvan səviyyəsinə enərək yalnız dünya malı əldə etdikdə sevinir və dünya malını itirdikdə qəmlənir. Hansı ki, mə’nəvi ləzzətlərin maddi ləzzətlərlə müqayisəyə gəlməyənəcək dərəcədə çəkiyə malik olması ağıllı insanlarda şübhə doğurmur. Təəssüf ki, mə’nəvi ləzzətlərin dərk olunmasında həmin alçaq maddi ləzzətlər böyük bir maneəyə çevrilmişdir. Qarın, geyim və sair dünya ləzzətlərinə əsir olmuş insan Allaha olan ehtiyacını hiss etmir. Yaş ötdükcə uyğun həqiqətləri yetərli şəkildə anlamalı olan insan maddi işlərlə baş qataraq, heyvansayağı  bir həyat sürür. Belə  bir rəzil vəziyyətdən qurtulmaq üçün çalışmaq lazımdır. İnsan nəyə çox diqqət yetirirsə, ona da daha çox bağlanır. Mə’nəvi ne’mətlərdən zövq almaq üçün maddi ne’mətlərə diqqətimizi azaltmalıyıq.
Gecə-gündüz iş-peşəsi ləzzətli yeməklər ardınca qaçmaq olan insan günbəgün daha da heyvanlaşır. Artıq onun iç gözü tutulur və yemək-içməkdən qat-qat üstün mə’nəvi ləzzətlərin olduğunu hiss etmir. Bəli, bu çirkin vəziyyətdən qurtulmaq üçün dünya ne’mətlərinə göz yummaq lazımdır. Yalnız maddi ne’mətlərə arxa çevirdikdən sonra mə’nəviyyat səmasının ulduzları görünməyə başlayır. Mə’nəvi ləzzətlər o qədər üstündür ki, hətta behişt əhlinin bir dəstəsi axirətin misilsiz təam və pak şərablarına nəzər salmır. Bəli, onlar üçün daha böyük ləzzət var. Bu, Allahın zikri və onunla danışmaq ləzzətidir. Aşiqlik iddiasında olan kəs uzun ayrılıqdan sonra mə’şuqla görüşdüyü vaxt süfrəyə girişib qarnını doldurursa, maddi ne’mətləri mə’şuqu ilə ünsiyyətdən üstün tutursa, onun iddiaları şübhə doğurmaya bilməz.
Axirətdə behişt təamlarına nəzər salmayan insanlar dünyada da eyni cür rəftar etmiş insanlardır. Əgər bir kimsə dünyada yemək-içməyə həvəskar olarsa, şübhəsiz ki, behiştdə də bu həvəsin əsarətindən qurtula bilməz. Çünki insanın axirət istəkləri onun dünya istəklərinin davamıdır. Axirətdə insanlara verilən ləzzət onların dünya istəklərinə uyğundur. Allah-təala Qur’ani-məciddə buyurur: "Onlar behişt meyvələri verildiyi vaxt deyərlər ki, bu meyvələr bundan qabaq dünyada bizə verilən meyvələr kimidir.”
Əgər insan əvvəlcədən bir meyvənin, bir təamın dadını bilməzsə, təbii ki, onu gördüyü vaxt düzgün dəyərləndirə bilməz. Ne’mət odur ki, insan əvvəlcədən ona əlaqəli olsun. Qur’ani-kərimdə oxuyuruq: "Orada (behiştdə) onların ürəkləri istəyən və gözlərini oxşayan hər şey olacaqdır.”
Dünyada azmı insanlar peyğəmbərlərlə, övliyalarla söhbəti digər dünya ne’mətlərindən üstün tutmuşlar?! Çünki bu insanlar daha böyük ləzzət sorağında olmuş, öz ruhi ehtiyaclarını Allaha diqqətlə tə’min etmişlər. Dünyada peyğəmbərlərlə ünsiyyət onlar üçün Allah ünsiyyətini əvəz etmişdir. Peyğəmbərlərin isə təbii ki, elə dünya həyatındaca Allahla ünsiyyət səlahiyyətləri olmuşdur. Qur’ani-məciddə oxuyuruq: "Allah Musa ilə aşkar şəkildə danışdı.” Allahla ünsiyyətə can atan mö’minlər xalqla boş danışıqdan çəkinmiş, sükuta üstünlük vermişlər. Belələri heç şübhəsiz axirətdə öz arzularına çatasıdırlar. Bə’ziləri məclisə daxil olarkən danışmaq üçün fürsət axtarırlar, bə’ziləri də süfrə salınan kimi ləziz təamlara girişirlər. Amma elələri də var ki, xəlvətə çəkildikdə rahat nəfəs alır və Allahla münacata məşğul olurlar. Cəmiyyət içərisində gündəlik vəzifəsinə məşğul olan Allah aşiqləri xəlvət bir guşəni qənimət sayırlar. Ona görə də həzrət Peyğəmbər həmin insanların əlamətləri haqqında soruşduqda Allah-təala buyurur: "Bir-birlərini boş danışıqdan, qarınlarını yeməkdən saxlayarlar.” Belələri yalnız Allahın razılığını qazanmaq üçün danışır və ibadət qüvvəsi əldə etmək üçün qidalanırlar.

Kitabın adı: Dost diyarının yolçuları 
Müəllif: Doktor Misbah Yəzdi

 
 
Bölmə: İslami mövzular
Şərhlər: 0
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.