» » Hüseyn (ə) düşmənlərinin xüsusiyyətləri


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2839
Şərhləri: 1504
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2382
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1920
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2765
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3843
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 494
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 733
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3919

Online Sual-Cavab

Azər77
Azər77
17 Kasım 2025

Salam, hər vaxtınız xeyir olsun in Sa Allah 🤲 bilmək istərdim, Pəleyqambarə ki, Mədinə və Məkkə də nazil olan ayələrin bir birindən nə fərqi var? Niyə məs Məkkədə və mədinədə nazil olub başqa yerdə deyil?? Bunların bir birindən fərqi var, ayələrin deyirem. Ama Məkkə və Mədinə niyə ancaq bu iki şəhərdə nazil olub?? Öncədən təşəkkür edirəm 🙏
Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18470
+0  
Şərhlər: 48501
+0  
İstifadəçilər: 6750

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6734

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 2
Həftə ərzində: 3
Ay ərzində: 3

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Hüseyn (ə) düşmənlərinin xüsusiyyətləri
    0
    Müəllif: Huseynci Medine | 27-08-2015, 09:00 | Baxılıb: 1 164
     
     
    Hüseyn(ə) düşmənlərinin xüsusiyyətləri 

    1)İbadətsizlik: varlıq aləminin yaradıcısına olan itaət və ibadət insan övladının birinci vəzifəsidir. İlk insani vəzifəsini yerinə yetirməyən şəxs digər yükümlüklərinin öhdəsindən heç bir halda gələ bilməz. Nəticə etibarı ilə Allaha ibadət etməyərək Ondan uzaq düşmüş adamın istənilən günaha bulaşması ehtimal olunur. Ömrü boyunca alnını bir dəfə də olsun səcdəyə düşməklə yerə qoymamış Yezid  kimilərin İmam Huseyn(ə) kimi pak insanları qətlə yetirməsi də eynilə ilahi itaətin nəticəsi ilə uyğunluq təşkil edir. Həqiqətən, İmam Huseyn(ə)-ın düşmənləri namaz və bu kimi ilahi itaət hesab olunan əməllərin nə olduğunu anlamamışdılar. Yezid və digər əsas başçılar namaz qılmamaqdan əlavə şərab içmək, meymunla oynamaq və möhtərəm insanları öldürməkdən də çəkinmirdilər. Onların köməkçiləri isə bəzən namaz qılıb ibadətə zahirdə meyl göstərsələr də ilahi itaətin həqiqətini heç başa düşməmişdilər. Nə dini mərifətləri var idi, nə də uca Allahla köklü rabitələri. Həqiqətən, onların heç biri ruhları ilə ibadətə bağlanmamışdı. Bu itaət və ilahi ibadətin yoxluğu Hüseyn(ə) düşmənlərinin əsas göstəricisi idi. Lakin İmam Huseyn(ə)-ın səhabələrinin halı... Necə də qəribə və dərin ilahi məhəbbətlə dolu bir səhnə... Onların Aşura günündəki abu-havası. Aşura günü həyatları boyunca yaşatmış olduqları mənəviyyatın kuliminasiyası və məntiqi nəticəsi idi. Onlar dünyaya və içindəkilərə zərrə qədər belə bağlanmamışdılar deyə, rahatlıqla İmam Hüseynə(ə) qoşulub Kərbəlaya üz tuta bildilər. Həmçinin uca Allaha elə bərk və möhkəm şəkildə bağlanmışdılar ki, Onun razılığı üçün öz mallarından, əhli-əyalından və ən əsas isə bal kimi hər şeydən şirin canlarından keçdilər. Onlar Huseynin(ə) eşq dolu bu cümləsinin həqiqətini öz ürəklərinə yazmış şərafətli insanlar idi: " İlahi Səni tapan nə itirib ki, Səndən uzaq düşən nəsə tapa bilsin”.2)Dünyapərəstlik: insan övladının dünya və onun içindəkilərlə olan sarsılmaz rabitəsi ilahi məhəbbətlə birgə olmazsa, şübhə yoxdur ki,  gün keçdikcə bu rabitə daha da güclənəcək və elə bir həddə çatacaqdır ki, bu əlaqənin gözlənilmədən qırılması-yəni ölüm insan üçün arzuolunmaz və qorxulu olacaq. İlahi nəbilər insanları Allahı sevib Ona itaət etməyə çağırdılar ki, qaçılmaz ölüm həqiqəti onlar üçün qorxulu bir şey olmasın. Odur ki, islami təlimlərin məntiqinə əsasən həyatı ibadətsiz keçən insanın dünyapərəst olması labud və inkarolunmaz həqiqətdir. Yezid tərəfdarlarının uca Allaha itaət və ibadətdən uzaq düşdüklərini qeyd etdik. Nəticə etibarı ilə onların dünyapərəst olması da təbii bir hal idi. Lakin onların dünyaya pərəstişi özünün pik həddinə çatmışdı. Tanınmış səhabə Səd ibn Vəqqasın oğlu Ömər İmam Huseyn(ə) ağanı çox yaxşı tanıdığı və onun nə cür fəzilətlərə sahib olduğunu bildiyi halda Yezid qoşununa rəhbərlik etdi. Çünki ona Yezidin sağ əli hesab olunan Kufə şəhərinin əmiri ibn Ziyad, Rey torpaqlarında başçılıq məqamı verəcəyini vəd etmişdi. Əbəs deyildir ki, Yezidin qoşununda olanların çoxu kiçik məbləğli bəxşişlərin müqabilində İmam Huseynə(ə) qarşı vuruşurdu. Onların qəlbi dünya sevgisindən elə bərkimişdi ki, nə uşaqlara rəhm etdilər, nə də əsir düşmüş qadınlara. Beyinləri dünya arzularına çatmaq üçün dəhşət doğuracaq həddə qəzəblə dolmuşdu. Nəticə göz qabağında idi. 6 aylıq uşaq öldürüldü, Əbəlfəzlin(ə) qolları kəsildi, heç kim sağ buraxılmadı və Huseynin(ə) başını kəsməklə də ürəkləri soyumadı. Qadın və uşaqları zülmlə Yezidin sarayına əsir apardılar. Hələ bəs deyilmiş kimi yol boyu İmam Huseynin(ə) başını nizəyə taxıb ona kafir və xarici( uca Allaha pənah aparırıq) dedilər. Çünki onların qəlbi dünya sevgisində qərq olmuşdu və onlar zərrə qədər də Allahdan  qorxmurdular. Lakin Huseynin(ə) vəfalı dostları... Onlar dünyaya aid hər bir şeylərini tərk edib İmama(ə) qoşulmuşdular. Həbib ibn Məzahir Kufədən olan imkanlı və geniş ailəyə sahib yaşlı bir kişi idi. Hər şeyini geridə qoymuş və özünü Peyğəmbər(s) nəvəsinə həsr etmişdi. Həbib kimi digər səhabələr də dünyada olan hər şeylərindən əlavə canlarını da imama(ə) təslim etmişdilər. Çünki onlar zərrə qədər bu həyata bağlanmamış və bütün qəlbləri ilə Allahdan qorxurdular. Zatən şəhadətləri də məlum həqiqətin ən son və mükəmməl təcəssümü idi.
    3)Qəddarlıq: aşura günü- insanlıq tarixinin ən faciəli səhnəsidir. Kimin qətlə yetirildiyi və necə qətl olunduğu nəzərə alınarsa aşura dəhşəti terrorizmin və qətliamların başında dayanır. Damarlardaki qanı donduran aşura gününün zülmləri neçə vaxt öncədən cücərməyə başlamışdı. Hələ Muaviyənin dövründə Hz.Əlini(ə) sevən insanlara olunan haqsızlıq və təcavüzlər aşura qətliamının ilk cücərtiləri idi. Hz.Əlinin(ə) yaxın dostu olmuş Hucr ibn Ədiy və iki gənc oğlunun vəhşicəsinə Muaviyə tərəfindən öldürülməsi, şiələrin daim təqib və təzyiq altında yaşaması aşuraya doğru aparan yolun başlanğıcı idi. Kərbəla faciəsinin yaxınlaşması isə İmam Huseynin(ə) Kufəyə göndərdiyi elçilər olan Muslim ibn Əqil və Qeys ibn Muzəhhərin qətli ilə hiss olundu. İmama(ə) ardıcıl şəkildə 10000 məktub yazaraq öz şəhərlərinə çağırmış Kufə əhalisi öncə Müslümü, sonra isə Huseynin(ə) özünü tək qoydular. Qəddarlıqları hələ Muaviyənin dövründən şiələrə bəlli olan düşmən əsgərləri Müslümü öldürməklə sakitləşməmiş və onun iki azyaşlı balasının da başlarını 48 www.ehlibeyt-aka.com SonUmidTV kəsmişdilər. Bundan öncə Hz.Əli(ə) həyatda olduğu zaman Muaviyənin Hicaz torpaqlarına qarət məqsədilə göndərdiyi ordu komandanı Busr ibn Ərtad da Peyğəmbərin(s) əmisi oğlu və Əlinin(ə) Yəməndəki nümayəndəsi olan Übeydullah ibn Abbasın iki yeniyetmə oğlunu amansızcasına öldürmüşdü. Görünən budur ki, yad əllərlə yaradılmış müasir terroristlərin "baş kəsmə mədəniyyəti” Muaviyə və Yezid hakimiyyətinin şiələrə və əhli-beyti sevən insanlara qarşı ən güclü silahı idi. Qeyd etmək lazımdır ki, aşura günündəki dəhşətlərdən qabaq İmam Huseynin(ə) Bəsrə şəhərinə göndərdiyi elçisi Süleyman ibn Əzim də Yezid hakimiyyətinin dirəyi olan ibn Ziyad tərəfindən öldürülmüşdü. Bütün bunlar Aşuraya qədər baş verən qəddarlıqların çox az bir hissəsidir. Amma aşura günü...Şiələrin və ümumiyyətlə, qəlbində rəhm olan bütün insanların ürəyini yandıran zülmlərlə dolu bir gün... Mərhəmətli insanların Hz.Zeynəb(s.ə) kimi görməyə deyil, hətta eşitməyə belə tab gətirə bilmədiyi dəhşətli qətllərlə dolu bir gün...Fərat çayının yolu bağlanmaqla İmamın(ə) qoşunu susuz qoyuldu, 6 aylıq südəmər körpə boğazından oxlandı, Huseynin(ə) qardaşları və qardaş oğulları bircə-bircə öldürüldü, Əbəlfəzlin(ə) qolları kəsildi, Huseynin(ə) gənc oğlu Əliəkbər gözünün qarşısında tikə-tikə doğrandı və daha nələr...Qələm o dəhşətləri yazmağa acizdir! Bütün bunlar azmış kimi şəhid olmuş İmam Huseyn(ə) və dostlarının cəsədləri üzərindən atlar çapıldı. Qadınların xeymələrinə hücumlar edildi və bu kimi bir çox şərəfsiz işlər görməkdən çəkinilmədi.  Lakin İmam Huseynin(ə) mərhəməti...Eynilə babası Peyğəmbər(s) və atası Əli(ə) kimi o da bir rəhmət və qayğıkeşlik nümunəsi idi. Aşura günündə yerə düşmüş cəsədindəki yaraların içində digərlərindən seçilən bir yara o həzrətin(ə) bədənində daha öncə yaranmışdı. Gecələr ərzaqla dolu ağır zənbili belinə atıb qapı-qapı fəqirlərin və yoxsulların evlərinə baş çəkməsi və onların ehtiyacını qarşılaması üzündən belinə yara düşmüşdü. Bu işin gündəlik və teztez olması onun yarasını da gözlə görünən hala salmışdı. İmam Huseyn(ə) da ata-babası kimi yetimlər atası idi. Kufəyə gedən yolda imamın(ə) qarşısını kəsmək üçün göndərilmiş Hürrün qoşunu ilə Huseynin(ə) rəftarı kifayət qədər humanist idi. Suyu qurtarmaqda olan düşmən qoşununun əsgərlərinə, hətta onların heyvanlarına da su verildi.İgidlikdə dillər əzbəri olmuş Hürr su içərkən xəcalətindən titrəyirdi. İmam Huseyn(ə) isə ona sakit və rahat olmağı, özündən sonra atına da su verməyi buyurdu. Aşuradan bir gün öncə Huseyn(ə) kufəlilərin ona yazdığı məktubları bir tonqal qalayaraq yandırdı və səbəbinin xainliyə müqabil yarana biləcək təbii qəzəb olduğu düşünüldükdə o həzrətin(ə) cavabı çox qəribə olur. İmam(ə) buyurur ki, bu işi əsla qəzəbə görə etmir, əksinə ondan sonra məktubların ibn Ziyadın əlinə düşərək kufəlilərdən bir çoxunun öldürülməsindən qorxması idi. İmam Huseynin(ə) mərhəməti xain insanları belə düşünəcək qədər geniş idi. Çünki onun mərhəməti ilahi mərhəmətdən qaynaqlanırdı. 
     
    Kitabın adı: Kərbəla həqiqətləri
     
     
     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.