Allah әmri
+12
Müəllif:
miryaqub | 27-12-2013, 09:46 | Baxılıb: 1 734
Bir gün Peyğәmbәr (s) Hәzrәt Әlinin (ә) evinә gәldi. Bu vaxt Әli (ә) mәrci tәmizlәyirdi. Fatimәyi Zәhra (ә) qızının yanında әylәşmişdi. Peyğәmbәr (s) buyurdu: "Eşit, ey Әbülhәsәn! Dediklәrim Allah әmridir. Hansı kişi arvadına ev işlәrindә kömәk etsә, Allah onun bәdәnindәki hәr bir tükünün sayında bir illik ibadәtin (ki gündüzlәri oruc tuta, gecәlәri ibadәt edә) vә Yaqub, Davud, İsa (ә) kimi sәbirli şәxslәrin savabını verәr. Ey Әli! Hәr kim ailәsinә kömәk edә vә kömәyini ondan әsirgәmәyә Allah onun adını şәhidlәr dәftәrindә yazar vә hәr gecә-gündüz min şәhidin savabını verәr. Hәr addımını Hәcc vә Ümrә, min cihad, min xәstә görüşünә getmә, min cümә namazı, min dәfndә iştirak etmә, min acı doyurma vә Allah yolunda min ehsan etmәyin savabın verәr. Hәyat yoldaşına ev işlәrindә kömәk etmәk Tövrat, İncil, Zәbur vә Quran oxumaqdan, min әsiri azad etmәkdәn, kasıblara min dәvә ehsan etmәkdәn üstündür vә elә bir şәxsin yeri cәnnәtdir.”
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.