Möminin duasının gec qəbul edilməsinin səbəbi..
+10
Müəllif:
miryaqub | 26-12-2013, 09:59 | Baxılıb: 2 332
Möminin duasının gec qəbul edilməsinin səbəbi..
O qədər ixlas sahibi olan şəxslər vardır ki, onların ağlayıb-sızlayaraq içdən etdikləri duaları göylərə qədər yüksəlir. Günahların iniltiləri çıxan, sevgi və şövqlə dolu olan könüllərin peşmanlıq duyğuları göyün üzərinə qədər qalxır. Bundan sonra mələklər Allaha yalvarırlar:
- Ey hər duanı qəbul edən, ey sığınılan uca varlıq!
Mömin qulun sənə yalvarır. Səndən başqa güvənəcək, etimad edəcək bir varlıq bilmir, tanımır. Sən Səni tanımayanlara, Sənə yad olanlara belə ehsan və lütf edirsən. Hər dilək sahibi diləyini Səndən diləyir. Allah da mələklərinə belə buyurar:
- Mömin qulumun diləyini verməkdə gecikmərəm. Bu onu günahkar və həqir gördüyüm üçün deyildir. Onun diləyini gecikdirməyimdə onun üçün bir lütf və yardım vardır, onun üçün xeyir vardır. Ehtiyacı o qulumu qəflətdən oyandırdı. Məni düşünməzkən, məni xatırlamazkən ehtiyac onu saçından tutub, çəkə-çəkə mənim hüzuruma gətirdi.
Onun ehtiyacını ödəsəm, duasını qəbul etsəm, məni unudub qayıdar. Uşaqlar kimi oyun oynamaqda davam edər. Qəlbən yalvararaq, qəlbi qırıq, könlü yaralı, içi yanaraq, ağlayaraq "Ey yardım istənilən Allahım !” deyə sızlanır, yalvarır, lakin onun inlənməsi və sızlanması "Ya Rəbbi! Ya Rəbbi!” deyə səslənməsi, dərdini açması, sirlərini söyləməsi mənə xoş gəlir..
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.