Peyğəmbəri sevmək

Həqiqətən şükür və tərif yalnız Allaha məxsusdur! Biz Ona
həmd edirik, Onu köməyə çağırırıq, Ondan bağışlanma və bizi
doğru yola yönəltməyi diləyirik, nəfslərimizin şərindən və pis
əməllərimizdən qorunmaq üçün yalnız Ona pənah aparırıq. Allah
kimə hidayət verərsə onu azdıran tapılmaz, kimi azdırarsa onu
doğru yola yönəldən tapılmaz. Mən şahidlik edirəm ki, Allahdan
başqa ibadətə haqqı olan məbud yoxdur, Onun şəriki yoxdur və
şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir."Ey iman gətirənlər! Allahdan Ona layiq olan tərzdə qorxun
və ancaq müsəlman olduğunuz halda ölün!”
"Ey insanlar! Sizi tək bir candan xəlq edən, onun özündən
zövcəsini yaradan və onlardan da bir çox kişi və qadın törədib
yer üzünə yayan Rəbbinizdən qorxun! Adı ilə birbirinizdən
cürbəcür şeylər istədiyiniz Allahdan və qohumluq əlaqələrini
kəsməkdən çəkinin! Həqiqətən, Allah sizə nəzarət edir”.
"Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz danışın
ki, O, əməllərinizi islah etsin və günahlarınızı bağışlasın. Kim
Allaha və Onun Elçisinə itaət etsə, böyük bir uğur qazanar”.
Kəlimələr və onların mənası:
A) Məhəbbət sözünün lüğəti mənası:
Lisan əl-ərəb əsərində deyilir: Məhəbbət nifrətin əksidir və
sevgi mənasındadır. Məhəbbət əl-hubb sözündən əmələ gəlmişdir.1
İbn əl-Qeyyim demişdir: Ərəb dilində əl-hubb sözü beş mənanı
ifadə edir:
1- Saflıq və bəyazlıq: Ərəblər dişlərin ağ olmasına hibab əl-əsnan
deyirlər.
2- Ucalmaq və zahirə çıxmaq: Yağış yağdıqda üzə yığılan suya
hibab əl-ma deyilir.
3- Oturub bir yerdə qalmaq: dəvə oturub yerində qaldıqda ona
həbbəl bəir-deyirlər. Şair demişdir:
Səhralıqda ona elə bir zərbə endirdim ki,
Sanki oturmuş vəziyyətdə olan pis bir dəvəni vurdum.
4- Əsas və daxil: Qəlbin içərisinə hibbətul qalb, dənli bitginin bir
dənəsinə isə həbbə deyilir.
5- Yerləşmək və hifz etmək: Su qabına hibbul mə deyilir. Çünki
həmin qab suyu qoruyur və hifz edir.
Şəkk yoxdur ki, məhəbbət sözü bu beş mənanı əhatə edir.
Yəni sevgi safdır, ucadır, sabitdir, bir yerdə qalandır və qəlbin
daxilini əhatə edəndir.
B)Məhəbbət sözünün terminaloji mənası:
Qazı İyad Allaha və peyğəmbərinə qarşı olan sevgi barədə
alimlərin ixtilafını qeyd etdikdən sonra demişdir: "Məhəbbətin
mahiyyəti: insana münasib olan bir şeyə meyl etməkdir. Bu da ki:
- Ya hər bir normal insanın ləzzət aldığı şeylərə, o cümlədən
gözəl surət, səs, yemək-içmək və ya digər bu kimi şeylərə meyl
etməklə olur.
- Ya qəlbinin dərinliklərində batini mənalarla, məsələn
əməlisaleh şəxsləri, alimləri, yaxşı şəxsləri sevməklə olur.
Məlumdur ki, insanın təbiəti ehtirasa meyillidir. Hətta bəzən bir
qövm digərinə tərəfdar olur və bununla diyarlardan məcburi
köçürmələr, haram işlər görülməsi və insanların rahatsızlığı baş
verir.
- Ya da ola bilsin ki, bir yaxşılığın müqabilində bir insan
digərinə meyl etsin. Çünki insanın təbiəti ona qarşı yaxşılıq edənə
tərəf yönəlir.
- İbn əl-Qeyyim demişdir: "Məhəbbətə onun özündən daha
yaxşı tərif vermək mümkün deyil. Çünki bütün təriflər onu daha
da anlaşılmaz edir. Məhəbbətin tərifi onun varlığıdır. Məhəbbət
özündən daha aydın bir şeylə vəsf oluna bilməz. İnsanlar isə
sadəcə olaraq məhəbbətin səbəbləri, onu vacib edənlər, əlamətləri,
şahidləri, səmərələri və əhkamları barədə danışmışlar. İnsanların
məhəbbətə verdikləri təriflər bu altı məsələ ilə əlaqədar olmuşdur.
Beləliklə də insanlar malik olduqları elmə görə müxtəlif ifadələrlə
və çoxlu işarələrlə buna tərif verməyə çalışmışlar.”
İbn Həcər əl-Əsqəlani demişdir: "Dahilərə görə məhəbbət
tərifolunmaz məlumatlardan ibarətdir. Onu hiss edən şəxs bilir ki,
məhəbbət ifadəolunmaz bir hissdir.”
C) Peyğəmbər (ən–Nəbi) sözünün lüğəti və terminaloji mənası.
Nəbi sözü xəbər sözündən əmələ gəlmişdir. Uca Allah
buyurmuşdur: "Qullarıma xəbər ver ki, Mən Bağışlayanam,
Rəhmliyəm." Həmçinin buyrmuşdur: "Peyğəmbər bunu ona
bildirdikdə zövcəsi dedi: "Bunu sənə kim xəbər verdi?” O dedi:
"Bunu mənə hər şeyi Bilən, Xəbərdar olan Allah xəbər verdi! " Lisan əl-ərəb əsərində deyilir: "Nəbə sözünün mənası xəbər
deməkdir, cəmi ənbə-dir. Nəbi isə Allahdan xəbər verən kəsə
deyilir." Şeyx Saleh Ali Şeyx demişdir: "Nəbi başqalarından fərqli
olaraq ucalmış mənasındadır. Beləliklə Nəbi o kəsə deyilir ki, həmin kəsə vəhy verməklə onu digərlərindən fərqləndirmiş və
məqam etibarı ilə ucaltmışdır.”
Kitabın adı: Peyğəmbəri sevmək
Cəm edib toplayan: Əlixan Musayev
Tərcümə: Aydın Salehli