Vintilyator ixtiraçısına verilən mükafat
Şeyxin şagirdlərindən biri ondan belə nəql edir:
Bir gün kiçik bir vintilyatoru mənə hədiyyə gətirdilər. Gördüm ki, bərzəx cəhənnəmində onu ixtira edən şəxsin qabağına bir vintilayator qoyublar (yə᾽ni onu sərinlədir). Bu mükaşifə islamda mövcud olan bə᾽zi rəvayətlərin məfhumunu bir daha təsdiq edir. Hədislərdə buyurulur ki, kafir şəxsin behiştə getməməsinə baxmayaraq, onların yaxşı əməlləri heç vaxt əvəzsiz qalmaz. Rəsuli-əkrəmdən (s) nəql olunan bir hədisdə buyurulur:
«Müsəlman və ya kafir olmasından asılı olmayaraq, hər kəs yaxşı bir iş görsə, Allah-taala onun əvəzini verir.
Soruşdular: Kafirə əvəz verilməsi necədir?
Buyurdu: Əgər qohumluq əlaqələrini bərqərar etmiş, yaxud kiməsə sədəqə vermiş, yaxud başqa bir yaxşı əməl görmüş olsa, Allah-taala bu işlərin əvəzi olaraq ona mal-dövlət, övlad, sağlamlıq və s. şeylər əta edir.
Soruşdular: Axirətdə ona necə əvəz verilir?
Buyurdu: Ona əzabı az dadızdırarlar. (Sonra isə bu ayəni tilavət etdi:)
«Ey Fir᾽on övladları! Ən ağır əzablara daxil olun!»(Mizanul-hikmət, 2/662/474/2213)
Kitabın adı: Məhəbbət iksiri
Müəllif: Məhəmməd Reyşəhri