» » Qəlbin bəzi xüsusiyyətləri


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2839
Şərhləri: 1504
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2382
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1920
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2765
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3843
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 494
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 733
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3919

Online Sual-Cavab

Azər77
Azər77
17 Kasım 2025

Salam, hər vaxtınız xeyir olsun in Sa Allah 🤲 bilmək istərdim, Pəleyqambarə ki, Mədinə və Məkkə də nazil olan ayələrin bir birindən nə fərqi var? Niyə məs Məkkədə və mədinədə nazil olub başqa yerdə deyil?? Bunların bir birindən fərqi var, ayələrin deyirem. Ama Məkkə və Mədinə niyə ancaq bu iki şəhərdə nazil olub?? Öncədən təşəkkür edirəm 🙏
Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18470
+0  
Şərhlər: 48501
+2  
İstifadəçilər: 6750

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6734

Qeydiyyatdan keçiblər:
Bu gün: 2
Dünən: 2
Həftə ərzində: 3
Ay ərzində: 3

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Qəlbin bəzi xüsusiyyətləri
    +5
    Müəllif: Fatimə Nuri Xuda | 1-08-2015, 22:00 | Baxılıb: 982
     
     
    Qəlbin bəzi xüsusiyyətləri

    Allahı yad etmək və Allah zikri Quranın şərif ayələrində, imamların kəlamlarında xüsusi təkid və diqqətlə qeyd olunmuşdur. Allah zikri insanın müvəqqəti və məhdud həyatına sonsuz dəyər verən və insanın qəlbini həqiqətlərin qəbulu üçün işıqlandıran bir zinət kimi göstərilmişdir.
    Pak və sağlam qəlbin xüsusiyyətlərindən biri də onun həqiqətləri tam göstərə bilən bir güzgüyə bənzəməsidir. İnsanın qəlbi öz fitri və təbii halında qalaraq, günah və dünyaya şiddətli bağlılıq nəticəsində pas bağlamazsa, həqiqətləri özündə əks etdirər. Lakin qəlb öz fitri halından xaric olduqda həqiqətləri lazımınca dərk edə bilməz. Allah zikri belə qəlblərə zinət verir. Həzrət Əli (ə) buyurur:
     "Həqiqətən, sübhan Allah öz zikrini qəlblər üçün nur (cəla) qərar vermişdir. Bunun sayəsində karlığın yerini eşitmə, korluğun yerini iti baxış tutur.”  Bir şey paslandıqda onun pasının təmizlənib parıldadılması "cəla” adlanır. Məsələn, rütubətdə qalıb pas basmış dəmir parçası cəlalandıqda (cilalandıqda) parıltı verir. İnsan qəlbi də müəyyən səbəblərdən pas atır. Həzrət Peyğəmbər (s) buyurur: "Həqiqətən, qəlblər də dəmir kimi paslanır. Quran qiraəti və ölümü yada salmaq onlar üçün cəladır.”
    Yuxarıdakı ifadələrdə həzrət Əli (ə) buyurur: Qəlbin gözü, qulağı var və bəzi səbəblərdən kor və ya kar olur, həqiqətləri düzgün anlamır. Qəlb güzgüsü çirklənir və həqiqətləri əks etdirmir. Həzrət bu şeylərin əlacını Allahı zikr etməkdə görür və buyurur: "Zikr nəticəsində qəlb gözü işıqlı və qəlb qulağı eşidən olur. Bu zaman qəlb əvvəllər dərk etməkdə aciz olduğu həqiqətləri qavrayır”. Bunun ardında həzrət buyurur: "Və yətənəssimunə biduaihi rəvhət-təcavuzi”.
    Sanki qəlbin qoxubilmə qabiliyyəti vardır. Bu hissiyyat həmin səbəblər nəticəsində bağlanır və ilahi zikr onu yenidən gücləndirir. Buna görə də buyurur: "Allahı zikr edən kəslər ilahi rəhmət nəsimini qoxulayırlar”.
    Məlum olur ki, qəlbimizin gözü və hissləri naqisdir. İlahi övliyaların dərk etdiyi bir çox şeyləri bizim qəlbimiz hiss etmir. Əgər azacıq hissiyyatı olsaydı, günah yükünün ağırlığını hiss edərdi.
    Allahın övliyaları bir günahın nə qədər ağır və necə də pis aqibətlə tamamlandığını bilirlər. Buna görə də həddindən artıq tabdan düşüb lərzəyə gəlirlər.
    Günah çoxalan zaman (bir iki olur, iki üç, bu qayda ilə minə çatır) insan qəfildən çiynində dağ olduğunu hiss edib ixtiyarsız olaraq fəryad çəkir. Çünki bunun üçün onda dözüm yoxdur. Əgər ucadan fəryad çəkmiriksə, demək, günah yükünün ağırlığını anlamırıq. Qəlbimizin hissləri işdən düşmüş, korlaşmışdır. Qəlbimizin iy bilmə duyğusu günahın üfunətli iyini hiss etmir. Biz murdarları yeyir, iyini belə hiss etmirik.
     "Məgər öz ölmüş qardaşının ətini yemək istəyən bir kəs varmı?”  Biz qeybət etdikdə nəinki üfunət hiss etmir, hətta ləzzət alırıq. Məlum olur ki, bizim qəlbimizin iybilmə duyğusu zəifdir. Həzrət Əli (ə) buyurur: "Allah düşüncəsini özlərinə məşğuliyyət etmiş şəxslər ilahi rəhmət nəsimini qoxulayırlar. İlahi rəhmət nəsiminin xoş qoxusu var. Lakin biz onu dərk etmirik və onunla tanışlığımız yoxdur. Çünki qəlbimizin iybilmə duyğusu zəifləmişdir.
    Şübhəsiz, Allahı zikr etmək dedikdə dil zikri nəzərdə tutulmur. Qəlb iştirakı olmadan dil ilə sözlər tələffüz etmək hər bir münafiq və kafirin əlindən gələr. Demək, həqiqi zikr üçün meyar və mehvər dil yox, qəlbdir. Həqiqi zikr qəlbə nüfuz edib onu işıqlandırır.
    Əlbəttə, zikr əslində qəlbə aid düşüncə və diqqət olsa da, dil zikri də faydasız, təsirsiz deyil. Dillə olan zikr bir çox faydasız və boş sözlərdən üstündür. Hidayət imamları həmişə (səhabələrlə söhbət edib, onların suallarına cavab verməyə məşğul olmayan vaxtlar) dillə zikr edirdilər. İmam Sadiq (ə) buyurur: "Atam imam Baqirin (ə) dili damağına yapışmışdı.” Yəni həmişə "la ilahə illəllah” zikrini deyirdi.
    Qəlb dərya kimidir. Zikr onda təsir qoyur. Bəzən zikr kiçik bir daş kimi dəryaya düşməklə səthi dalğa yaradır və tez bir zamanda ötüb keçir. Bu bizim etdiyimiz bir çox zikr və ibadətlərə bənzəyir. İbadət və zikrlərimiz səthi dalğa kimidir və qəlbimizin dərinliyində yer tapmamışdır. Dilimizdə uyğun sözləri deyirik, lakin fikrimiz başqa yerdə olur. O zaman özümüzə gəlirik ki, ibadətimiz başa çatıb. Lakin bəzən zikr ağır tufan kimi qəlbi alt-üst edir və əbədi təsir qoyur. Demək, qəlbin xüsusiyyətlərindən biri də budur ki, pak və sağlam olduqda həqiqətləri düzgün dərk edə bilir.
    İnsan qəlbinin digər bir xüsusiyyəti onun hər şey üçün keçid ola bilməsidir. İnsan qəlb cilovunu boşladıqda o hər an kiminsə və ya nəyinsə ixtiyarına keçir. Qəlb elə bir məkr bazarına çevrilər ki, insan özü bundan xəbərsiz qalar. İnsanın bir neçə dəqiqə öz-özlüyündə düşünməsi və qəlbindən keçənləri yadda saxlaması kifayətdir. Bu zaman qəlbində, xəbərsiz qaldığı böyük bir qırğın getdiyini anlayacaqdır! Bəzən neçə dəqiqəlik bir ibadətdə (məsələn, iki rəkətlik namazda) insanı cürbə cür fikirlər məşğul edir. Bu fikirlər onu o tərəfə-bu tərəfə çəkir. İnsan özü bundan xəbərdar olduqda heyrətlənir. Bu iş yalnız ayıqlıqda yox, insanın yuxusunda da özünü göstərir.


    Kitabın adı: Rəbbin dərgahında  
    Müəllif: Məhəmməd Təqi Mishab Yəzdi

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 1
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Huseynci Medine | Status: İstifadəçi Offline | 2 Ağustos 2015 16:19 | Redaktor | Şərh yazdı
    Gözəl mövzu idi. Allah razı  olsun bacım. Allah ürəyinə görə versin.Amin inşAllah

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.