» » Qəlbin xüşusu


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6721

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6705

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 1
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Qəlbin xüşusu
    0
    Müəllif: Aşiqi Rüqəyya | 10-09-2016, 10:00 | Baxılıb: 616

     

    Ustad Füruğinin (Allah onu qorusun) çıxışı

    Qəlbin xüşusu


    İnsanın əsil vücudu onun qəlbidir və onu qorumaq lazımdır. İmam Baqir (ə) buyurur: “Parlaq işığı olan qəlbin nuru qiyamətə qədər sönməz. Bu möminin qəlbidir”[ “Kafi”, c. 2, səh. 423.].
    Belə ürək Peyğəmbəri-əkrəmin (s) qəlbi ilə əlaqə yarada bilər. Çünki həzrətin (s) həqiqəti nurdur. Habelə, bu qəlblər Qurana qovuşa bilər. Çünki Quran nurdur. “Artıq Allah tərəfindən sizə bir nur və açıq-aydın bir Kitab (Quran) gəldi”[“Maidə” surəsi, ayə 15.].
    Molla Sədra deyir: “Nuru yalnız nur dərk edə bilər”[“Məfatuhul-qeyb”, səh. 12.]. Zülmətin nurla heç bir uyğunluğu yoxdur. Hər kəs mənbəyi Allah olan (Allah göylərin və yerin nurudur“Nur” surəsi, ayə 35) nur alməni dərk etmək istəsə, özü də nur olmalıdır.
    Bu nurun mərkəzi insanın ürəyidir. Ona görə də bəzi insanların qəlbləri nuranidir və onlar aləmin həqiqətlərini dərk edə bilərlər. Bu yolla əldə edilən mərifət çox təsirlidir. Amma təkcə sözləri toplamaq vasitəsilə zehində yaranan və yeri təkcə zehin olan mərifət təsirli deyil və belə bir elm insanın həqiqətindən sayılmır. İnsanın ürəyindən zühur edən mərifət təsirlidir, yəni həqiqəti görsün. Elm və görmək ayrı-ayrı şeylərdir. Nümunə kimi deyək ki, həzrət Əlini (ə) tanımaq üçün nur lazımdır. Canı qaranlıq olan kəs Əlini (ə) necə tanıya bilər?!
    Sən Əlini qaranlıqda görmüsən
    Ona görə də ondan başqasını seçmisən.
    İnsanın nəfsi zülmətdən xaric olsa və qəlbinin dərinliyi tövhid çırağıyla işıqlansa, öz vücudu ilə həqiqətləri dərk edər, Peyğəmbər (s) və imamları (ə) tanıyar, Allahşünas olar və nəhayət belə qəlb xaşe olar.
    Heyvani və zülmət ürək xüşuni anlaya bilməz. Ona görə də Qurani-kərim xatırladır ki, ey mömin! Nə vaxt ürəyinin sorağına gedəcəksən? “İman gətirənlərin qəlblərinin Allahın zikri və haqdan nazil olan (Quran) üçün yumşalması vaxtı gəlib çatmadımı?!”[“Hədid” surəsi, ayə 16.]
    Allahın zikrinin bizim qəlblərimizi yumşaltması və Allahın qarşısında qəlblərimizin sınmasının vaxtı çatmayıbmı?!
    Əllamə Həsənzadə Amulinin “İlahinamə”də maraqlı bir cümləsi vardır: “İlahi! Xoş o kəslərin halına ki, cavanlıqda (Sənin qarşında) sınıblar. Yoxsa qocalıq özü sınıqlıqdır”.
    Cavanlıqda xüşu tapmağın səmərə və nəticəsi vardır. Çünki cavanlıqda insanın qürurunun və batil xəyallarının yüksək həddi olur. Bəzən insan xəyalında özü üçün qəsr yaradır və heç kəsə etina etmir. Allah qarşısında xaşe və təvazö olan qəlb Haqqın rəhmətindən feyz alır.

    Füzeyl ibn Ayazın tövbəsi

    Füzeyl ibn Ayaz gecə vaxtı oğurluq üçün bir evə daxil olmaq istəyirdi. Hasarın üstündə gördü ki, qonşusu Quranın bu ayəsini oxuyur: “İman gətirənlərin qəlblərinin Allahın zikri və haqdan nazil olan (Quran) üçün yumşalması vaxtı gəlib çatmadımı?!”[“Hədid” surəsi, ayə 16.]
    Füzeyl öz-özünə dedi: Bir ömür batil və nəfsi istəklərin ardınca getmisən. Tövbə etməyinin vaxtı çatmayıbmı?!
    Bu ayə onun qəlbini silkələdi. Dedi: İlahi! Gecənin bu vaxtı çarəsiz Füzeyl ilə söhbət edirsən! Mən o kəsəm ki, “La ilahə illəllah” dedim, amma qəlbimin sorağına getmədim. Qəlbimi abad etməmişəm. Xaşe deyil və günahla qaralıb. İndi gecənin yarısı mənimlə danışırsan?!
    Diqqətlə qulaq assanız, Quran ayələri insanla danışır. Füzeyl elə divatın üstündə ikən tövbə etdi. Aşağı endi və divarın yanında səcdəyə düşdü. Öz dostlarına dedi: Mənim yanımdan dağılışın. Mən artıq qabaqkı Füzeyl deyiləm və dəyişmişəm.
    Füzeyl haqqında çoxlu hekayələr vardır. deyirlər ki, bir gün bir yəhudinin qapısını döyüb dedi: Filan vaxt sənin malını mən oğurlamışdım. Başqalarının mallarını qaytarmışam. Sənin haqqını qaytarmaq üçün artıq əlimdə heç nə qalmayıb. Təkcə bunu deyə bilərəm ki, məni halal et. Yəhudi dedi: And olsun Musa Kəlumullaha, səni bağışlamıram. Yalnız mənim malımı qaytarsan bağışlayaram. Füzeyl Allahın qorxusundan ağlamağa başladı. Yəhudinin ürəyi yumşaldı və dedi: Döşəmənin altı qızılla doludur. Əlini ora apar, qızılla doldur və mənə ver, mən səni bağışlayım. Füzeyl əlini döşəmənin altına saldı və əlini qızıl sikkə ilə doldurub çıxartdı. Yəhudi dedi: La ilahə illəllah. Muhəmmədən rəsulullah! Füzeyl onun belə deməsindən təəccüb edib soruşdu: Müsəlman oldun? Dedi: Bəli. Çünki döşəmənin altında torpaqdan başqa bir şey yox idi. Tövratda oxumuşdum ki, axirəz-zaman Peyğəmbərin (s) ümmətindən hər kəs xalis tövbə etsə, onun iradəsi Allahın iradəsinin məzhəri olar və əgər istəsə torpaq qızıla dönər. Başa düşdüm ki, sənin dinin haqq dindir.
    İnsan qəlbinə bir qayıdışla dəyişir. İnsanın qəlbi tövhidin təcalla yeri və Allahın xüsusi rəhmətinin zühuruna dönür, irasdəsi Allahın iradəsi olur.
    “O, nur üstündə nurdur. Allah dilədiyini öz nuruna qovuşdurur”.[“Nur” surəsi, ayə 35.]
    İnşallah, bu nur bizim hamımızın qəlbinə daxil olsun.

    Hazırladı: Füruği-Tövhid Təhqiqat Qrupu

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.