İstidən limonadla xilas olun!
+5
Müəllif:
Admin | 19-07-2015, 21:00 | Baxılıb: 1 973
İstidən limonadla xilas olun!
Yayda içkilər bizim xilasedicilərimizə çevrilirlər. Bizi istidən xilas edib sərinlədən halal içkilərdən biri də limonaddır.
Limonad reseptini təqdim edirik:
Lazım olan ərzaqlar:
1 ədəd portağal
3 ədəd limon
4-5 xörək qaşığı şəkər tozu
700 ml. su
350 ml. qazlı su
Hazırlanması:
Limonların və portağalın qabığını soyub bir qaba doğrayın. Üzərinə şəkəri əlavə edin. Daha sonra üzərinə qaynanmış suyu əlavə edib soyumasını gözləyin. 5-6 saat soyuducuda saxlayın.
Soyuduqdan ələkdən keçirib suyunu çıxarın.
Meyvələrin suyunun üzərinə qazlı suyu əlavə edib qarışdırın.
Limonadınız hazırdır. Nuş olsun!
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.