Dükanlarda satılar dondurmadan fərqli olaraq, bu dondurma həm dadlı, həm də faydalıdır.
Lazım olan məhsullar:
Çiyələk - 500 qr
Şəkər tozu - 120 qr (zövqə görə artırmaq və ya azaltmaq olar)
Su - 120 qr
Limon - 1/2 dənə
Hazırlanması:
1. Təmizlənmiş və yuyulmuş çiyələyi blenderdə əzin, alınmış püreni ələkdən sıxın və limonu sıxıb şirəsini əlavə edin.
2. Qazana su töküb, şəkər tozu əlavə edin, 2 dəqiqə ərzində vam odda qaynadın.
3. Su soyanda çiyələk püresini əlavə edin, yaxşı qarışdırın.
4. Alınmış kütləni yoqurt stəkanlarına və ya digər kiçik plastik qablara tökün, soyuducunun dondurucu kamerasına qoyun. Supermarketlərdə ev dondurması üçün olan xüsusi dəstlər tapmaq olur.
5. Dondurma bir qədər donanda hər stəkana plastik çöp batırın və tam donana kimi dondurucu kamerada saxlayın.
Nuş olsun!
P.S. Dondurmanı həmçinin banan, moruq, şaftalı, ərik, portağal, kivi, qarpız və zövqə görə digər meyvə və giləmeyvələrdən hazırlamaq olar.
Sağlamolun