» » İnsanın İlahi yardımdan məhrumluğunun səbəbləri


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 5

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    İnsanın İlahi yardımdan məhrumluğunun səbəbləri
    +5
    Müəllif: Fatimə Nuri Xuda | 19-07-2015, 22:00 | Baxılıb: 1 237
     
     
      İnsanın İlahi yardımdan məhrumluğunun səbəbləri  

    İmam Səccad (ə) "Əbu-Həmzə” duasının bir yerində Allaha belə ərz edir: "Pərvərdigara, nə vaxt özümü Sənə itaət üçün hazırladımsa, Sənin hüzurunda namaza dayandımsa, Səninlə mincata məşğul oldumsa, məni yuxuya verdin, raz-niyaz halını məndən aldın. Nə oldu ki, hər dəfə batinimi gözəlləşdirmək, tövbə əhlinə qatılmaq istəyəndə qarşıma bir hadisə çıxdı və əhdimə vəfa qıla bilmədim? Həmin bəla mənimlə Sənə xidmət arasında pərdə oldu. Ey mənim Ağam, yoxsa məni Öz lütf dərgahından qovub, bəndəlik xidmətindən uzaqlaşdırmısan? Olsun ki, bəndəlik haqqını ucuz saydığımı görüb məni uzaqlaşdırdın. Bəlkə də, Səndən üz döndərdiyimi görüb mənə qəzəbləndin və mənim yalançılardan olduğumu görüb lütfündən uzaqlaşdırdın. Olsun ki, nemətlərinə şükür etmədiyimi görüb məni məhrum etdin! Bəlkə də, məni elm əhli ilə bir məclisdə görməyib xar etdin? Bəlkə də, məni qəflət əhli arasında görüb öz rəhmətindən məyus qoydun? Olsun ki, batil əhli ilə ünsiyyətimi görüb məni onların arasında tənha buraxdın? Bəlkə də, dualarımı eşitmək istəməyib məni Öz dərgahından qovdun... Bəlkə də, xəta və günahlarımı cəzalandırdın, hüzurunda xəcalət çəkmədiyimə görə əvəz verdin”.
    Duanın bu hissəsində aydın olur ki, istədiyimiz vaxt dua, münacat və Allaha ibadət üçün hal tapa bilmərik. Təcrübə də sübut edir ki, bu halları əldə etmək tamamilə insanın ixtiyarında deyil. Bir çox hallarda insan hal ilə namaz qılıb, dua oxumaq istəsə də, namaz qılıb və ya dua etdiyini unudur. Duanın bu hissəsindən aydın olur ki, bizim əməllərimiz hal tapmağa və ya ilahi yardımın kəsilməsinə səbəb olur.
    Gecə-gündüz batil və faydasız işlərlə məşğul olan insan münacat və namaz vaxtı diqqətini tamamilə Allaha cəmləşdirib, zehninə batil xəyalların daxil olmasının qarşısını ala bilməz. Nalayiq işlər görən, faydasız söhbətlər edən şəxslərlə ünsiyyətdə olduqda bu şəxslərin rəftarı insanın ruhunda təsir qoyur. Bununla da dua və münacat halı insandan uzaqlaşır. Saleh bəndələr və alimlərdən uzaqlaşmaq, həmçinin günah etmək insandan ibadət tövfiqinin uzaqlaşmasına səbəb olur. Bəzi rəvayətlərdə göstərilmişdir ki, Allah bəndəni günahlarına görə gecə ayılıb ibadət etməkdən məhrum edir. Bu cəza gündüzlər baş vermiş günahın nəticəsi sayılır.
    Beləliklə, insan hal ilə dua etmək, qəlb iştirakı ilə namaz qılmaq və Quran oxumaq üçün tövfiq tapmaq istəyirsə, əvvəlcədən bu işlər üçün müqəddimə hazırlamalıdır. Əvvəlcədən şərait yaradılmazsa, dua və namaz zamanı münasib hal yaranmayacaq. "Əbu-Həmzə” duasının bu hissəsi bizə tamamilə ehtiyatlı olub nalayiq işlərlə özümüzdən dua halı və ibadət üçün qəlb iştirakını uzaqlaşdırmamağı xatırladır. Gecələr ibadətə nail olmaq istəyən kəslər gündüzlər öz danışıq və əməllərini qorumalıdırlar. Onlar göz və qulaqlarını görülməyəsi və eşildilməyəsi şeylərdən hifz etməli, qəlblərində batil işlərə yer verməməli, təsəvvürlərini puç xəyallardan qorumalıdırlar. Çünki bütün bu hallar qəlbin iştirakına ("hüzuri-qəlbə”) mane olur. Buna görə də, insanın bütün çətinlikləri öz əli ilə yaratdığını demək olar. O mənəvi nemətləri əməlləri ilə özündən uzaqlaşdırır. Bütün bu məsələlərin həllinin açarı onun öz əlindədir.


    Kitabın adı: Rəbbin dərgahında  
    Müəllif: Məhəmməd Təqi Mishab Yəzdi

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 1
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Aşiqi Rüqəyya | Status: İstifadəçi Offline | 19 Temmuz 2015 22:46 | İstifadəçi | Şərh yazdı
    Allah komeyiniz olsun cox gozel movzudur her kese lazimli bir menivi dersdir Allahim bizileri komek ol bizleri ovliyalarindan et cunki o meqami biz insanlar ucun yaratmisan Amin ƏLLAHUMMƏ SƏLLİ ƏLA MUHƏMMƏD VƏ ALİ MUHƏMMƏD

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.