Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Yuxu yozmalari-X hərfi üzrə
XINA
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda xına qoymağın dörd yozumu var:
1.Nalayiq əməl və səmərəsiz iş. 2.Dünyəvi bər-bəzək. 3.Mənsəbpərəstlik, vəzifə hərisliyi. 4. Yalançılıqda şöhrətlənmə».
XƏLƏT
Həzrət Sadiq əleyhissəlam buyurur: «Əgər bir kəs yuxuda ona verildiyi xələtin ağ və ya yaşıl rəngli pambıq parçadan yaraşıqlı bir paltar olduğunu görsə, dünya və axirətdə məqam və izzətə yetişəcək. Amma gördüyü xələti ipəkdən olarsa dünyada izzət və sərvətə nail olacaq».
XƏLIFƏ
Həzrət Sadiq əleyhissəlam buyurur: «Əgər bir şəxs yuxuda vəfat etmiş bir xəlifəni diri və şad halda onunla söhbət etdiyini görərsə o öz muradına yetişərək , səadətli və xoşbəxt həyata nail olacaq. Amma əgər xəlifəni qəmgin halda görsə, yuxusu əksinə yozulacaq».
XIYAR
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda xiyar görməyin üç yozumu var:
1. Bir işdən peşman olmaq. 2.Şadlıq, əyləncə. 3.Dostlar və qohumlar tərəfindən yetişən mənfəət, xüsusilə xiyar yaşıl və öz fəslinə təsadüf edərsə».
XALAT
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda xalat görməyin yeddi yozumu var:
1.Qəmlərdən qurtulmaq. 2.Qüvvət. 3.Dəlil, sübut. 4.Şəriət, məqam və mənsəb. 5.Hakimiyyət, dərəcə. 6.Işlərdə nizam-intizam. 7. Qadın».
XOŞ ƏTIRLI BITKILƏR
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda xoş ətirli bitkilər (məs. reyhan) görməyin yeddi yozumu var:
1.Evlənmək. 2.Kəniz. 3.Dost. 4.Övlad. 5.Ürək açan xoş sözlər. 6.Elm məclisi. 7.Yüksək əxlaqi keyfiyyət
Həmçinin bir şəxs yuxuda evində yaxud bağında xoş ətirli bitki bitdiyini görərsə, yuxarıda sadaladıqlarımızdan bəzisinə nail olacaq. Həmin bitkilərin solub çürüməsi də yuxu görən şəxsə dəyəcək zərərə dəlalət edir».
XEYMƏ ÇADIR
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda xeymə ( geniş ) görməyin beş yozumu var:
1.Səltənət. 2.Rəyasət. 3.Vilayət. 4.Rəhbərlik. 5.Ordunun sərkərdəsi, sərdar».
XƏLBIR
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda xəlbir görməyin üç yozumu var:
1.Xidmətçi. 2.Mehriban dost. 3.Ağıllı, zəkalı şagird».
XARABA
Həzrət Sadiq əleyhissəlam buyurur: «Əgər bir şəxs yuxuda məscid, mədrəsə və bu qəbildə digər binaları dağıdıb viran etdiyini görsə, onun din və dünyasında nöqsan vardır».
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |