Cümə gününün son saatında qılınır. Bu namazı qılanlar aşağıdakılara diqqət yetirməlidirlər:
1. "İmam Zaman namazı”ndan lazımınca istifadə etmək istəyənlər onu ardıcıl olaraq hər gün eyni saatda qılmalıdırlar.
2. Namazda yüz dəfə oxunan "İyyakə nəbudu və iyyakə nəstəin.” (Biz yalnız Sənə ibadət edirik və yalnız səndən kömək diləyirik) – ayəsi tam qətiyyətlə deyilməli və ibadəti yalnız Allaha məxsus edib, yalnız Onun özündən kömək dilənməlidir. Yə`ni, çəkic mismarın düz üzərinə vurulduğu kimi, bu sözlər də qəlbə vurulmalıdır ki, Şeytan heç bir yolla onu oradan çıxara bilməsin. Və insan yalnız bu yolla ixlasa, saf və həqiqi imana nail ola bilər.
Namaz iki rükətdən ibarətdir. Hər rükətdə "Həmd” surəsinin "İyyakə nə`budu və iyyakə nəstə`in” ayəsi yüz dəfə təkrar olunur. Həmd surəsindən sonra "İxlas” surəsi oxunur. Nəhayət, namaz qılınıb qurtardıqdan sonra bu dua oxunur: