![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2839 Şərhləri: 1504 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2382 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1920 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2765 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3843 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 494 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 733 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3919 |
| « Aralık 2025 » | ||||||
|---|---|---|---|---|---|---|
| Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
| 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
| 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
| 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
| 29 | 30 | 31 | ||||

Mübarək ramazan ayı gecələrinin namazları
1-ci gecənin namazı
4 rəkətdir. Hər rəkətdə "Həmd”dən sonra 15 dəfə ixlassurəsini oxumaq.
2-ci gecənin namazı
4 rəkətdir. Hər rəkətdə "Həmd”dən sonra 20 dəfə "İnna ənzəlna” (Qədr surəsini oxumaq lazımdır).
3-cü gecənin namazı
10 rəkətdir. Hər rəkətdə "Həmd”dən sonra 50 dəfə "İxlas” surəsini oxumaq.
4-cü gecənin namazı
8 rəkətdir. Hər rəkətdə "Həmd”dən sonra 20 dəfə "İnna ənzəlna”nı oxumaq lazımdır.
5-ci gecənin namazı
2 rəkətdir. Hər rəkətdə "Həmd”dən sonra 50 dəfə "İxlas” surəsini oxumaq və müstəhəbdir ki, salamdan sonra 100 dəfə salavat demək.
6-cı gecənin namazı
4 rəkətdir.
Hər rəkətdə "Həmd”dən sonra 1 dəfə "Təbarəkəlləzi” surəsini oxumaq.
7-ci gecənin namazı
4 rəkətdir. Hər rəkətdə "Həmd”dən sonra 13 dəfə "İnna ənzəlna” surəsini oxumaq lazımdır.
8-ci gecənin namazı
2 rəkətdir. "Həmd”dən sonra 10 dəfə "İxlas” surəsini oxumaq salamdan sonra 1000 dəfə "Subhanəllah”demək.
9-cu gecənin namazı
6 rəkətdir. Şam və Xiftənin arasında qılınır. Hər rəkətdə "Həmd”dən sonra 7 dəfə "Ayətəl-kürsi” oxumaq, sonuncu salamdan sonra 50 dəfə "Salavat” demək.
10-cu gecənin namazı
20 rəkətdir. Hər rəkətdə "Həmd”dən sonra 30 dəfə "İxlas” surəsini oxumaq lazımdır.
11-ci gecənin namazı
2 rəkətdir.Hər rəkətdə "Həmd”dən sonra 20 dəfə "Kövsər” surəsini oxumaq.
12-ci gecənin namazı
2 rəkətdir. Hər rəkətdə "Həmd”dən sonra 30 dəfə "İxlas” surəsini oxumaq.
13-cü gecənin namazı
4 rəkətdir. Hər rəkətdə "Həmd”dən sonra 25 dəfə "İxlas” surəsini oxumaq lazımdır.
14-cü gecənin namazı
6 rəkətdir. Hər rəkətdə "Həmd”dən sonra 30 dəfə "İza -zulzilətil ərzu” surəsini oxumaq lazımdır.
15-ci gecənin namazı
4 rəkətdir. Birinci rəkətdə "Həmd”dən sonra 100 dəfə "İxlas” surəsini, ikinci rəkətdə "Həmd”dən sonra 50 dəfə "İxlas” surəsini oxumaq.
16-cı gecənin namazı
12 rəkətdir. Hər rəkətdə "Həmd”dən sonra 12 dəfə "Əla hakimut-təkasur” surəsini oxumaq.
17-ci gecənin namazı
2 rəkətdir. Birinci rəkətdə "Həmd”dən sonra "İxlas” surəsini 1 dəfə, İkinci rəkətdə 100 dəfə oxumaq. Salamdan sonra "La ilahə illəllah”zikrini 100 dəfə demək.
18-ci gecənin namazı
4 rəkətdir. Hər rəkətdə "Həmd”dən sonra 25 dəfə "Kövsər” surəsini oxumaq.
19-cu gecənin namazı
50 rəkətdir. Hər rəkətdə "Həmd”dən sonra "İza zulzilətil” surəsini (Zəlzələ surəsi) 1 dəfə oxumaq.
20, 21, 22, 23, 24-cü gecənin namazları
8 rəkətdir. Hər rəkətdə "Həmd”dən sonra istənilən surəni oxumaq.
25-ci gecənin namazı
8 rəkətdir. Hər rəkətdə "Həmd”dən sonra 10 dəfə "İxlas” surəsini oxumaq.
26-cı gecənin namazı
8 rəkətdir. Hər rəkətdə "Həmd”dən sonra 100 dəfə "İxlas” surəsini oxumaq.
27-ci gecənin namazı
4 rəkətdir. Hər rəkətdə "Həmd”dən sonra 1 dəfə "Təbarəkəlləzi” surəsini və ya 25 dəfə "İxlas” surəsini oxumaq.
28-ci gecənin namazı
6 rəkətdir. Hər rəkətdə "Həmd”dən sonra 100 dəfə "Ayətəl-kürsi”, 100 dəfə "İxlas”, 100 dəfə "Kövsər” surələrini oxumaq. Namaz qurtarandan sonra 100 dəfə "Salavat” demək.
Mərhum Qummi deyir: rəvayətlərdən aydın olur ki, bu 3 surənin hərəsini 10 dəfə oxusa, kifayət edər.
29-cu gecənin namazı
2 rəkətdir. Hər rəkətdə "Həmd”dən sonra 20 dəfə "İxlas” surəsini oxumaq.
30-cu gecənin namazı
12 rəkətdir. Hər rəkətdə "Həmd”dən sonra 20 dəfə "İxlas” surəsini deməli, namaz qurtarandan sonra 100 dəfə "Salavat”
zikr etməli.
Mənbə: "Allaha pənah, Allaha təvəkkül” kitabı

|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |









