Vəhşət namazı
+5
Müəllif:
Admin | 30-09-2015, 23:51 | Baxılıb: 9 989
Vəhşət namazı
Müstəhəbdir ki,meyyitin dəfn olunduğu gün 2 rəkət vəhşət namazı qılsınlar.onun qılınma qaydası belədir.Birinci rəkətdə Həmddən sonra 1 dəfə Ayətül-kürsü,ikinci rəkətdə Həmddən sonra 10 dəfə Qədr surəsi oxunub namazın salamından sonra deyilir.
"Allahummə salli əla Muhammədin və ali Muhamməd,vəbəs səvabəha ila qəbri fulan” . "Fulan” kəlməsinin yerinə mərhumun adı deyilsin.
Vəhşət namazının vaxtı
Vəhşət namazını,mərhumun dəfn olunduğu ilk gecənin hər saatında olsa,qılmaq olar.Amma daha yaxşı olar ki,işa namazından sonra gecənin əvvəlində qılınsın.
Əgər meyyiti uzaq bir şəhərə aparmaq istəsələr,yaxud başqa səbəblərə görə onun dəfni təxirə düşsə,bu vəhşət namazı onun qəbrə qoyulduğu ilk gecəyə təxirə salınmalıdır.
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.