Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Cümə gününün son saatında qılınır. Bu namazı qılanlar aşağıdakılara diqqət yetirməlidirlər:
1. "İmam Zaman namazı”ndan lazımınca istifadə etmək istəyənlər onu ardıcıl olaraq hər gün eyni saatda qılmalıdırlar.
2. Namazda yüz dəfə oxunan "İyyakə nəbudu və iyyakə nəstəin.” (Biz yalnız Sənə ibadət edirik və yalnız səndən kömək diləyirik) – ayəsi tam qətiyyətlə deyilməli və ibadəti yalnız Allaha məxsus edib, yalnız Onun özündən kömək dilənməlidir. Yə`ni, çəkic mismarın düz üzərinə vurulduğu kimi, bu sözlər də qəlbə vurulmalıdır ki, Şeytan heç bir yolla onu oradan çıxara bilməsin. Və insan yalnız bu yolla ixlasa, saf və həqiqi imana nail ola bilər.
Namaz iki rükətdən ibarətdir. Hər rükətdə "Həmd” surəsinin "İyyakə nə`budu və iyyakə nəstə`in” ayəsi yüz dəfə təkrar olunur. Həmd surəsindən sonra "İxlas” surəsi oxunur. Nəhayət, namaz qılınıb qurtardıqdan sonra bu dua oxunur:
«اللَّهُمَّ عَظُمَ الْبَلاءُ وَ بَرِحَ الْخَفَاءُ وَ انْكَشَفَ الْغِطَاءُ وَ ضَاقَتِ الْأَرْضُ بِمَا وَسِعَتِ السَّمَاءُ وَ إِلَيْكَ يَا رَبِّ الْمُشْتَكَى وَ عَلَيْكَ الْمُعَوَّلُ فِي الشِّدَّةِ وَ الرَّخَاءِ اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ الَّذِينَ أَمَرْتَنَا بِطَاعَتِهِمْ وَ عَجِّلِ اللَّهُمَّ فَرَجَهُمْ بِقَائِمِهِمْ وَ أَظْهِرْ إِعْزَازَهُ يَا مُحَمَّدُ يَا عَلِيُّ يَا عَلِيُّ يَا مُحَمَّدُ اكْفِيَانِي فَإِنَّكُمَا كَافِيَايَ يَا مُحَمَّدُ يَا عَلِيُّ يَا عَلِيُّ يَا مُحَمَّدُ انْصُرَانِي فَإِنَّكُمَا نَاصِرَايَ يَا مُحَمَّدُ يَا عَلِيُّ يَا عَلِيُّ يَا مُحَمَّدُ احْفَظَانِي فَإِنَّكُمَا حَافِظَايَ يَا مَوْلايَ يَا صَاحِبَ الزَّمَانِ يَا مَوْلايَ يَا صَاحِبَ الزَّمَانِ يَا مَوْلايَ يَا صَاحِبَ الزَّمَانِ الْغَوْثَ الْغَوْثَ الْغَوْثَ أَدْرِكْنِي أَدْرِكْنِي أَدْرِكْنِي الْأَمَانَ الْأَمَانَ الْأَمَانَ»
Mərhum Hacı Nuri "Nəcmus-Saqib” və Şeyx Tusi "Künuzun-Nicat” kitablarında İmam Zaman (ə)-dan istək və hacəti olanlara belə bir göstərişin olduğunu nəql edirlər:
Cümə günü gecə yarısı qüsl alıb iki rükət namaz qılsın. Hər rükətdə həmd surəsinin 5-ci ayəsini – "İyyakə nə`budu və iyyakə nəstəin” (Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik) – yüz dəfə, sonra rükunun "Sübhanə Rəbbiyəl-əzimi və bihəmdih” (Həmd edirəm, bir halda ki, əzəmətli Rəbbim pak və münəzzəhdir) və səcdənin "Sübhanə rəbbiəl ə`la və bihəmdih” (Həmd edirəm, bir halda ki, uca Rəbbim pak və münəzzəhdir) – zikrlərini yeddi dəfə təkrar etsin. Namazdan sonra isə bu duanı oxusun:
"Əllahummə, in ətə`tukə fəl-məhmidətu ləkə və in əsəytukə fəl-huccətu ləkə, minkər-ruhu və minkəl-fərəcu. Subhanə mən ən`əmə və şəkərə, subhanə mən qəddərə və ğəfərə. Allahummə, in kuntu əsəytukə fəinni qəd ətə`tukə fi əhəbbil əşyai iləykə və huvəl-iymanu bikə, ləm əttəxiz ləkə vələdən və ləm əd`u ləkə şərikən, mənnən minkə bihi ələyyə la mənnən minni bihi ələykə. Və qəd əsəytukə ya ilahi, əla ğəyri vəchil-mukabərəti və ləl-xuruci ən ubudiyyətikə və ləl-cuhudi lirububiyyətikə və lakin ətə`tu həvayə və əzəlləniş-şəytanu. Fə ləkəl-huccətu ələyyə vəl-bəyanu, fə in tuəzzibni fə bizunibi ğəyru zalimin li və in təğfirli və tərhəmni fə innəkə cəvadun kərim.” Bundan sonra ardıcıl olaraq "Ya kərimu, ya kərim” – deyilsin. Daha sonra isə bu duanı oxusun: "Ya aminən min kulli şəy`in və kullu şəy`in minkə xaifun həzir. Əs`əlukə biəmnikə min kulli şəy`in və xovfi kulli şəy`in minkə, ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd, və ən tu`tiyəni əmanən linəfsi və əhli və vələdi və sairi ma ən`əmtə bihi ələyyə hətta la əxafə və la əhzərə min şəy`in əbədən, innəkə əla kulli şəy`in qədirun və həsbunəllahi və ni`məl vəkil. Ya kafiyə İbrahimə Nəmrudə və ya kafiyə Musa Fir`əunə, əs`əlukə ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd və ən təkfiyəni şərrə fulanibni fulan.”
"Fulanibni fulan”-ın yerinə şərindən qorunmalı şəxsin adı və atasının adı çəkilir və inşallah, hacəti qəbul olar
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |