» » (Riyazət) Zahidlik və nəfslə cihad


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2839
Şərhləri: 1504
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2382
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1920
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2765
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3843
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 494
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 733
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3919

Online Sual-Cavab

Azər77
Azər77
17 Kasım 2025

Salam, hər vaxtınız xeyir olsun in Sa Allah 🤲 bilmək istərdim, Pəleyqambarə ki, Mədinə və Məkkə də nazil olan ayələrin bir birindən nə fərqi var? Niyə məs Məkkədə və mədinədə nazil olub başqa yerdə deyil?? Bunların bir birindən fərqi var, ayələrin deyirem. Ama Məkkə və Mədinə niyə ancaq bu iki şəhərdə nazil olub?? Öncədən təşəkkür edirəm 🙏
Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18470
+0  
Şərhlər: 48501
+0  
İstifadəçilər: 6750

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6734

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 2
Həftə ərzində: 3
Ay ərzində: 3

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    (Riyazət) Zahidlik və nəfslə cihad
    +5
    Müəllif: Allahıma aşiqəm | 23-06-2015, 21:00 | Baxılıb: 2 601
     
     
    (Riyazət) Zahidlik və nəfslə cihad

    İlkin mərhələlərdən biri də riyazət və nəfslə cihaddır.
    (Riyazət) zahidlik dedikdə məqsədimiz tərkidünyalıq, hindular kimi özünə qapılma, kilsə keşişləri, sufilər, dərvişlər deyildir. Əksinə, burada vacib əməlləri əda, haram buyurulmuşları tərgitmə, digər xeyirxah əməllərə özünü məcbur etmə və öyrətmə nəzərdə tutulmuşdur. İnsan nəfsi təbii olaraq rifah və rahatlıq ardınca gəzir. Heyvani istəklərə, şəhvətə əsir olaraq vacib əməllərdə səhlənkarlıq, günaha batmaq və qanunları pozmağa daha çox meyl edir. Buna görə də heyvani nəfsi ram edib itaətə gətirmək üçün (həvayi nəfslə) ehtiras və şəhvətlə mübarizə, onun islah olunmasına (normallaşdırılmasına) çalışmaq lazımdır. Riyazət dedikdə üç şey nəzərdə tutulur: birincisi, haqqa qovuşmağa mane olan əməlləri aradan qaldırmaq; ikincisi, heyvani nəfsi, əməli əqlə müti etmək; üçüncüsü isə, insanı ilahi feyz və hidayətləri, qeybi yardımları qəbul etməyə hazırlamaq. «Qurani-Kərim»də bu barədə buyurulur:
    "Bizim uğrumuzda cihad edənləri öz yolumuza (haqq yoluna) hidayət edərik.” («Ənkəbut» - 69).
    Daxili düşmənlə mübarizə.
    İnsanın ən təhlükəli düşməni olan nəfslə mübarizə, şübhəsiz, çox çətin bir işdir. Rəvayət və hədislərdə həvayi-nəfsi tərk etməyin zəruriliyi barədə dönə-dönə söhbət açılmışdır. Bu rəvayətlərdən bəzilərini nəzərinizdən keçiririk.
    Əmirəlmöminin(ə) buyurmuşdur:
    "İnsanın ən qorxulu düşməni onun nəfsidir.” 
    Başqa bir rəvayətdə isə buyurur:
    "Sənin ən yaxın düşmənin nəfsindir.” 
    "Sənin nəfsin döyüşkən düşmən və misilsiz hücumçudur. Əgər ondan qafil olsan, səni öldürəcək.” 
    "Düşməninizlə vuruşduğunuz kimi, həvayi-nəfsinizlə də vuruşun.” 
    İmam Sadiq(ə) belə buyurmuşdur:
    "Düşməninizdən çəkindiyiniz kimi, həvayi-nəfsinizdən də çəkinin.” 
    Sədi Şirazi «Gülüstan» əsərində yazır: 
    Bir arifdən soruşdular: 
    -Peyğəmbər(s) buyurur ki, insanın nəfsi onun bütün düşmənlərindən qatı və təhlükəli düşməndir. Bu hədisin mənası nədir? 
    Həzrəti-Mühəmməd(s) dedi: 
    -Çünki hər hansı bir düşməninə yaxşılıq etsən və ya istədiyini ona versən, səninlə dost olar, amma nəfsə nə qədər yaxşılıq edib istədiyini versək, düşmənçiliyi daha da artar. 
    Ehtiras və şəhvətlə mübarizə aparmaq riyazətdə ən mühüm addımdır. Mücahidlərin mövlası Əmirəlmöminin Əli(ə) ismət məqamında olmaqla yanaşı buyurur:
    ".......Qorxusu və dəşhəti çox olan qiyamət günü asudə olsun deyə, mən nəfsimi təqvalı, əxlaqlı və ram etməyə çalışıram...” 
    Çünki həvayi-nəfsə hakim kəsilib onu ram etmək çox çətin bir işdir. Əgər insan ilkin mərhələdə özünə nəzarət etməyib daxili təlabatlarını ödəməkdə azad olaraq çətinlik və məhrumiyyətlərə dözməzsə, nəfsani qüvvələr ona hakim kəsilər və nəhayət, günaha müqavimətgöstərmə qüvvəsini əldən verər, belə ki Əmirəlmöminin(ə) buyurmuşdur:
    "Nəfsani qüvvələrin güclənməmiş onlarla vuruş! Çünki üsyankar qüvvələr təcavüz etməkdə və özbaşınalıqda möhkəmlənərlərsə, sənə hakim kəsilib hansı tərəfə istəsələr, çəkərlər. Nəticədə isə, onlara müqavimət qüvvəsini itirərsən.” 
    Həzrəti-Əli(ə) başqa bir yerdə buyurur:
    "Allahın itaətkar bəndəsinə çevrilmək sizə asan olsun deyə, günahları tərk etməklə öz nəfsinizə hakim kəsilin.” 
    Bir sözlə, insan öz daxili istək və şəhvətini islah etməzsə (normallaşdırmazsa), həmişəlik günah içində qərq olar. Belə bir islahın zahidliyə ehtiyacı vardır.
    Başqa bir tərəfdən də yaradılmışların əxlaqi vicdana və məsuliyyət hissinə malikdir. Bu hissiyyat ona xəbərdarlıq edir, əxlaqi öhdəlik və məsuliyyətlərə tərəf çəkir. Nəticədə isə, insan daxilində şiddətli savaş başlayır. Bu savaşda yalnız ilahi və insani düşüncələri qüvvətləndirən, şeytani və nəfsani vəsvəsələri ram edənlər qələbə çalır. Şübhəsiz, bu cihad insanın zahirindəki düşmənlə vuruşmaqdan qat-qat çətindir. Əziz Peyğəmbərimiz(s) bu cihadı "Cihadi-əkbər” (böyük cihad) adlandırmışdır. 
    Müsəlmanlar kafir və müşriklərlə savaşdan qayıdarkən o Həzrət belə buyurmuşdu:
    -Afərin, kiçik cihadı başa vuran xalqa! Amma cihadi-əkbər (böyük cihad) onların öhdəsindədir. 
    Soruşdular: 
    -Ey Allahın Rəsulu, böyük cihad hansıdır? 
    Peyğəmbər (s) buyurdu: 
    -Nəfslə edilən cihad. 
    Bu cihadda, həqiqətən, öz nəfslərini islah edib xeyirxah işlərə vadar edənlər müvəffəqiyyətə nail olur.
    Əmirəlmöminin(ə) buyurur:
    "Nəfsini islah etməyən şəxs özünü məhv etmişdir.” 
    "Dözümsüzlük və düşüncəsizliyi özünüzə adət etməyin, çünki belə bir azadlıq sizi zülmkarlığa tərəf çəkər. Səhlənkarlıq etməyin ki, bu, sizi qanunları pozmağa və günah etməyə vadar edər......” 
    "Nəfsin üsyankarlıq etdikdə ona qarşı ciddi ol ki, önündə ram olsun.” 
    "Dilin adət etdiyini, nəfsin isə uyuşdurduğunu istər.” 
    Nalayiq adətlərlə mübarizə.
    Tanrı dərgahına aparan yolda ən böyük maneə nalayiq adətlərdir, buna görə də onlarla mübarizə aparmaq lazımdır. Çünki pis adətlər tərk edilməyincə özünüislah və vəzifələri yerinə yetirmədə bəndə nailiyyət əldə edə bilməz. Əli(ə) buyurur:
    "İtaət və ibadətlərin sizə asan olması üçün adətlərinizi tərk edin.” 
    "Riyazətin bəlası pis adətlərdir.” 
    "İbadətlərin ən üstünü pis adətləri tərk etməkdir.” 
    "Nəfsinizi adətləri tərk etməklə ram edin.” 
    Sözsüz ki, adəti tərk etmək onun yaranmasından çətindir. Əmirəlmöminin(ə) bu barədə buyurur:
    "Siyasət və tədbirlərin ən çətini adətləri tərk etməkdir.” 
    İlkin mərhələdə bu mübarizəyə girişmək çətin nəzərə çarpır, amma heç bir şeydən qorxmayıb Allahdan yardım diləyərək, səbir, dəyanətlə nicat və qələbə sahilinə yetişmək lazımdır. Uca Yaradan səbirlilərlədir. Kim bu yola qədəm qoyarsa, tədriclə bütün işlər ona asanlaşıb maraqlı görünər. Şairin dediyi kimi:
    Əgər ləzzətin tərk edilməsinin ləzzətini duysan,
    Bir daha nəfsin ləzzətini ləzzət hesab etməzsən.
    Hamının təsəvvür etdiyinin əksinə olaraq, bu işə başlamaq yaşlılardan cavanlara daha asandır, çünki cavanın qəlbi çirkinlik və nalayiq xislətlərə hələ aludə olmamış, fitrət çırağı onun qəlbində hələ sönməmişdir.
    Əmirəlmöminin(ə) övladı imam Həsən(ə)-ə buyurur:
    "Cavanın qəlbi xam torpaq kimidir: ona hər nə səpsən, bitər. Buna görə də mən, qəlbin daşlaşmamış, zehnin cürbəcür fikirlərə aludə olmamış sənin tərbiyənə təşəbbüs göstərdim.....” 
    Beləliklə, özünüislah yoluna qədəm qoymaq istəyənlər bu üsyankar və itaətə gəlməyən nəfsi cilovlayıb öz iradəsi qarşısında ram etməli, bu yolda heç bir çətinlikdən qorxmayıb əlindən gələni əsirgəməməlidirlər.
    Hər şey istək və düşüncəyə bağlıdır. Başqa sözlə, insan özünü müalicə etmək üçün gərək ağrı hiss etsin. Kim özündə bu hissiyyatı oyadarsa, hər şeydən əvvəl təbib və dərman ardınca gedər, gecə yarısı yuxudan durub, özünü müalicə üçün bir vasitə gəzər. Xəstə sağalması üçün çox yeməkdən əl çəkib, pəhriz saxlamalıdır. Xəstəliyi olan şəxs mikroblardan özünü qorumaq üçün natəmiz yerlərə getməz, yoluxucu xəstəliyi olan adamlarla durub-oturmaz, canını təhlükədən qorumaq üçün şübhəli şeylərdən çəkinər.
    Təqvalı yaşayıb axırda Allah dərgahına saf qəlblə getmək istəyiriksə, qətiyyətli olub əməl meydanına atılmalıyıq:
    "İnsana ancaq öz əməli (öz zəhməti) qalar! Şübhəsiz ki, onun əməli (zəhməti) görünəcəkdir!” («Nəcm» - 39,40).
    Şeytanın istəklərinin ziddinə hərəkət etsək, o, bizdən əlini üzüb başqasının ardınca gedər.
    İmam Sadiq(ə) vəsvəsəyə düçar olub çox şəkk edən şəxs barədə buyurur:
    "Namazı pozmaqla qoymayın bu xəbis sizdə bənd alsın, çünki şeytanla necə rəftar etsən, elə də öyrəşəcək. Namazda çox şəkk etsəniz, buna fikir verməyin, belə ki bu işi bir neçə dəfə təkrarlasanız, bir daha o sizin tərəfə gəlməyəcəkdir. Şeytan istəyir ki, sizə hakim kəsilsin. Sizi özünə qarşı itaətsiz gördükdə əl çəkib gedər və bir daha geriyə dönməz.” 
    Hədisi-şərifdən belə məlum olur ki, insan şeytanın istək və şübhələrinə qarşı nə qədər etinasız yanaşarsa, bir o qədər də onun şərindən uzaq olar. Bir çoxlarının düşündüyündən fərqli olaraq, şeytan əvvəldən insana hakim kəsilmir. Əksinə, o yalnız hökmranlığını qəbul edib ona üz tutanlara ağalıq edir.
    Allah-təala buyurur:
    "Sənə uyan azğınlar istisna olmaqla, bəndələrim üzərində (onları yoldan çıxarıb günaha vadar etməyə) sənin heç bir hökmün olmaz!” («Hicr»- 42).
    "Şeytanın hökmü yalnız ona itaət edib Allaha şərik qoşanlar üzərindədir!” («Nəhl» - 100).

    Zahidlik (riyazət) və hidayət

    Uca Yaradana tabe olub onun itaətkar bəndəsinə çevrilmək üçün şeytanın əsarətindən xilas olmaq mümkündür. Bu işdə Allah özü rəhmət və hidayət mələkləri vasitəsi ilə bəndəsinə mərhəmət edər. «Qurani-Kərim»də buyurulur:
    "Bizim uğrumuzda cihad edənləri öz yollarımıza qovuşduracağıq.....” («Ənkəbut»- 69).
    Başqa bir yerdə buyurulur:
    «Şübhəsiz, Rəbbimiz Allahdır!” - deyən, sonra da sözünün üstündə möhkəm duran kəslərə mələklər nazil olub (belə bəşarət verərlər): "Qorxmayın və kədərlənməyin!.....” («Fussilət» - 30).
    Buna görə Allah yolunda cihad və riyazət etməyin iki böyük əhəmiyyəti vardır: biri insanı şeytanın əsarətindən qurtarır; digəri isə insanı mələklər və saleh adamlarla həmsöhbət edir. Dünyada bundan gözəl nə ola bilər?
     
    Nəfsin islah olunmasının və pərhizkarlığın (riyazətin) əhəmiyyəti

    Nəfsin saflaşdırılması və riyazət o qədər əhəmiyyət kəsb edir ki, əmirəlmömin Əli(ə) bütün kəramət və fəzilətləri ilə belə buyurur:
    "......O böyük və dəhşətli qiyamət səhnəsinə arxayın daxil olmaq və hamının titrədiyi yerdə sakit qalmaq üçün mən öz üsyankar nəfsimi təqva ilə tərbiyə etdim. Nəfsimi elə öyrətmişəm ki, bir çörəklə (onu da əgər tapsam) kifayətlənsin. Xörək əvəzində duzla qane olur.” 
    O Həzrət Malik bin Əştərə belə buyurur:
    "Rəiyyət sənə qarşı bədgüman olduqda tez bunu ifşa et. Bədbinliyə səbəb olan şey haqda öz üzrünü onlara açıq-aydın söylə. Məsələni izah edib sənə qarşı etdikləri bədbinliyi özündən dəf et. Çünki bu iş sənin nəfsinin tərbiyələnməsinə səbəb olar....” 

    Zahidlik (riyazət) və səbir

    Səbrin özünün də bir neçə növü vardır. Sevimli Peyğəmbərimiz(s) bir hədisdə buyurur:
    «Kim mətinliklə düçar olduğu bəlanı dəf edənədək səbir edib dözərsə, Allah-təala onun üçün yerdən göyə qədər üç yüz dərəcə yazar. Hər kim Allahın əmrlərinə itaət etməkdə səbir edərsə, Allah-təala onun üçün ərşindən yerin dərinliklərinədək olan altı yüz dərəcə (rütbə, məqam) yazar. Hər kim də Allaha qarşı günah etməməkdə səbir edərsə (yəni, nəfsinə müqavimət göstərərsə), Allah-təala onun üçün ərşin son nöqtəsindən yerin dərinliklərinədək doqquz yüz dərəcə yazar.” 
    Başqa bir hədisdə imam Baqir(ə) buyurur:
    "Behişt çətinlik, narahatlıq və (çətinliklər müqabilindəki) səbirlə örtülüdür». Deməli, çətinlik qarşısında səbirli olan şəxs behişt əhlindəndir. Cəhənnəm isə ləzzət və şəhvətlə örtülmüşdür. Belə çıxır ki, kim nəfsi qarşısında mütidirsə (ürəyi istəyəni edərsə), cəhənnəmə daxil olar.” 
    İmam Baqir(ə) yenə bir hədisdə buyurur: "Atam Əli ibn Hüseyn(ə) (imam Zeynulabidin(ə)) vəfat edərkən məni sinəsinə dayayıb buyurdu: "Övladım, atamın vəfat edərkən mənə etdiyi nəsihəti mən də sənə edirəm. (O da bu vəsiyyəti atası Əli(ə)-dən nəql edir):
    ".....Övladım, həqiqət acı olsa da, ona döz.” 
    Əlbəttə, ilkin mərhələdə səbir və (riyazət) zahidlik bir qədər çətindir, lakin sonradan asanlaşır. «Qurani-Kərim»in dili ilə desək, hər çətinlikdən sonra iki asanlıq gəlir; biri ötüb keçən çətinliklərdən qurtulmaq, digəri isə yolun ardının asanlığı. Əziyyətlərə qatlaşıb çətinliklərdə bişənlər yavaş-yavaş səbir məqamından çox yüksək olan "riza” məqamına yetişir, heç bir vasitə olmadan Allah-təalanın məxsusi olaraq xitab etməklə şərəfləndirdiyi bəndələrə çevrilirlər:
    "Ey xətircəm olan kəs! Dön Rəbbinə, sən Ondan razı olaraq, O da səndən! (Əməlisaleh) bəndələrimin zümrəsinə daxil ol! (Onlarla birlikdə) Cənnətimə varid ol!” («Fəğr» - 27,28,29,30).
    Sözsüz ki, riza məqamı Allahı həmişə yad edən, yəqinlik vadisinə qədəm qoyub bu mövqedən razılıq məqamına yetmiş şəxslərə aiddir:
    "O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): "Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi Cəhənnəm odunun əzabından (özün) qoru!” («Ali-İmran» - 191).
    Belələri mərifətin elə dərəcəsinə yetişərlər ki, kainatda heç bir batil şey görməzlər, yəni onlarda heç bir şəkk-şübhə qalmayıb gözlə görüb yəqinetmə (eynul-yəqin) mərhələsinə daxil olarlar. 
     
    Kitabın adı: İslamda əxlaq
    Müəllif: Ayətullah Məhəmmədrza Məhdəvi Kani

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.