» » «Quran»ın qəlbinin başlanğıcı


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    «Quran»ın qəlbinin başlanğıcı
    0
    Müəllif: Fatimə Nuri Xuda | 20-06-2015, 16:00 | Baxılıb: 736
     
     
     «Quran»ın  qəlbinin başlanğıcı

    «Yasin» surəsi də digər 28 surə kimi müqəttəə hərifləri ilə başlayır. Bu hərflər «Ya» və «Sin» hərifləridir. Bu hərflər barədə bir neçə təfsirlər verilmişdir. Ancaq «Yasin» surəsi barədə bu təfsirlərdən əlavə digər təfsirlər də olmuşdur. O cümlədən, bu kəlmə (Yasin kəlməsi) «Ya» və «Sin» hərflərindən təşkil olmuş bir kəlmədir. «Ya» hərfi (ərəb dilinin qrammatikasında) nida ədatı, «Sin» hərfi isə Peyğəmbər (s) cənablarına xitabdır. Beləliklə, Allah Peyğəmbəri (s) sonrakı ayələr üçün müxatəb qərar verir.
    Müxtəlif hədislərdə gəlmişdir ki, «Yasin» Peyğəmbərin (s) adlarından biridir.
    «Sin» hərfi barədə başqa bir nəzəriyyə isə budur ki, burada xitab Peyğəmbərin özünə yox, bütün insanlaradır. Lakin bu ehtimal sonrakı ayələrlə uyğun gəlmir. Çünki sonrakı ayələrdə bütün xitablar yalnız Peyğəmbərə (s) olunur.
    İmam Sadiqdən (ə) belə bir rəvayət vardır: «Yasin Mühəmməd (s) Peyğəmbərin adıdır. Bunu sonrakı «sən həqiqətən Peyğəmbərlərdənsən. Doğru və düz yoldasan.» ayələri də təsdiq edir».
    Müqəttəə hərflərindən sonra (müqəttəə hərfləri ilə başlayan digər surələrdə olduğu kimi) bu surədə də söhbət «Qurani–Kərimdən gedir. Lakin burada «Quran»a and içilərək deyilir: «Hikmətlə dolu olan «Quran»a and olsun.» Diqqəti cəlb edən məsələ budur ki, «Quran» bu ayədə «həkim» (hikmətlə dolu olan) sifəti ilə qələmə verilmişdir. Halbuki,  əksər hallarda «həkim» canlı və aqil şəxslər üçün sifət gətirilir. Burada «Quran»ı «həkim» sifəti ilə birgə gətirməkdə məqsəd budur ki, Allah «Quran»ı canlı və aqil bir varlıq, onu insanlar üçün hikmət qapılarını açıb və sonrakı ayələrdə bəyan olmuş düz yola hidayət edə biləcək bir rəhbər kimi tanıtdırmaq istəyir. Əlbəttə, Allahın and içməyə heç bir ehtiyacı yoxdur və bu cür and içməyin yalnız iki faydası vardır. Birincisi, and içilən  məsələyə təkid, ikincisi isə and içilən məsələnin əzəmətli və əhəmiyyətli olmasıdır. Səbəbi budur ki, heç kim dəyəri olmayan şeylərə and içməz .
    Sonrakı ayədə Allah-təala nədən ötrü and içdiyini söyləyərək buyurur: «Sən, həqiqətən (Allah tərəfindən göndərilmiş, şəriət sahibi olan) Peyğəmbərlərdənsən.»
    Daha sonra isə bu risalət və Peyğəmbərliyin həqiqətlə uyğun və düz yol olduğunu bildirib deyir: «Düz yoldasan!(Doğru yol üzrə göndərilən Peyğəmbərlərdənsən. Allahın əsl tövhid dini olan İslam dinindəsən. Bu yolu tutub gedən haqqa yetişər.)
    Bunları dedikdən sonra «Quran»ın, Əziz və Rəhim Allah tərəfindən nazil olduğunu bəyan edir: «Bu «Quran» (mülkündə) yenilməz qüvvət sahibi (Əziz) və (bəndələrinə) mərhəmətli (Rəhim) olan Allah tərəfindən nazil edilmişdir.
       Allahın Özünü Əziz (əzəmət və yenilməz qüvvə) adlandırmasınının səbəbi Onun belə bir böyük, məğlubedilməz və bütün əsrlər boyu əbədi bir möcüzə  kimi yaşayacaq kitabı («Quran»ı) bəşəriyyət üçün göndərməsi və eləcə də Allahdan başqa bir qüdrətin bu kitabı  ürək və qəlblərin səhifəsindən pozub məhv edə bilməməsidir.
       «Rəhim» sifəti ilə özünü qələmə verməsinin səbəbi də odur ki, Onun rəhmətinin sayəsində belə bir nemət («Quran») gəlib insanların əlinə çatmışdır. Bəzi təfsirçilər bu iki sifəti (Əziz və Rəhim sifətlərini) bir-birinin əksinə olan sifətlər hesab etmişlər. Yəni, əgər camaat bu kitabı və göndərilən Peyğəmbəri danıb inkar etsə, Allah Öz qüdrəti ilə onları qorxudub belə işdən əl çəkmələrini tələb edər. Yox, əgər camaat Quranı qəbul edib Allahın Peyğəmbər inə iman gətirsə, belə olan təqdirdə Allah Öz rəhməti ilə onlara müjdə verir. Məhz bu səbəbdən Allahın biri qorxu, digəri isə müjdə aynası olan izzət (Əziz) və rəhmət (Rəhim) xüsusiyyətləri bir-biri ilə əl-ələ vermiş və böyük, səmavi kitabı insanların ixtiyarına qoymuşdur. Burada belə bir sual yaranır ki, Peyğəmbər  və ya kitabın, Haqq tərəfindən göndərilməsini təkcə and içməklə sübut etmək mümkündürmü? Bu sualın cavabı yuxardakı ayələrin mənasında gizlənmişdir. Çünki Allah «Quran»ı «hikmətlə dolu olan» adlandırmış və onun hikmətli olmasına heç kimin şübhəsi yoxdur. Elə bunun özü (hikmətli olması) «Quran»ın düzgün olub, Haqq tərəfindən gəlməsinə bir sübutdur. Başqa bir tərəfdən isə Allah Peyğəmbərin düzgün yolda olmasını tələb edir. Peyğəmbərin dəvətinin mənası onun düz yolda olmasını vurğulayır. Onun həyat sabiqəsi də bu məsələyə sübutdur.
       Ümumiyyətlə, Peyğəmbərlərin doğru yolda olmalarını və Allah tərəfindən göndərilib-göndərilməməsini bilmək üçün onların dəvətlərinin mahiyyəti diqqətlə araşdırılmalıdır. Əgər dəvətin mahiyyəti fitrət, əql və vicdana müvafiq olarsa, digər tərəfdən də Peyğəmbərlərin gördüyü işlər bəşəriyyətin qüdrəti xaricində olarsa və onun keçdikləri həyat yolu sədaqətli olmasından xəbər verərsə, demək, həmin Peyğəmbər Allah tərəfindən göndərilmişdir. Yuxarıdakı ayələr həqiqətdə bu iki məsələyə (Quran və Peyğəmbərlərin Onun tərəfindən gönərildiyinə) açıq-aşkar bir sübutdur. Deməli, yuxarıda içilən and heç də əsassız deyildir.
       Bundan əlavə Peyğəmbər öz müşrikliyindən əl çəkməyən şəxslərin qəlbinə nüfuz etmək üçün sözləri (ayələri) nə qədər möhkəm və təkidlə deyərsə onların diqqətini daha çox cəlb etmiş olar.
    Başqa bir sual irəli gəlir ki, bəs nə üçün Allah bu ayələrdə ancaq Peyğəmbərə xitab edir və müşriklərlə birgə ümumi camaat bu xitaba şimal olmurlar?
    Bunun cavabında deyilir ki, məqsəd Peyğəmbərin haqq və düz yolda olmasına bəyan etməkdir. İstər müşriklər və digər insanlar onun düz yolda olmasını qəbul etsinlər, istərsə də qəbul etməsinlər. Buna görə də Allah Peyğəmbərə öz vəzifəsində ciddi və fəal olmasını həm də müxalif şəxslərin onun nübüvvətini qəbul etmədiyinə görə ruhdan düşməməsini tövsiyə edir.
         Sonrakı ayə «Quran»ın nazil olmasının ən əsas səbəbini izah edir: «(Bu Quranı sənə nazil etdik ki, onunla «Cahiliyyət dövründə) ataları (Allahın əzabı ilə) qorxudulmamış və (Allahın hökümlərindən, imandan, tövhiddən) qafil olan bir tayfanı xəbərdar edib, qorxudasan.»
    Şübhəsiz ki, bu tayfa, müşrik və cahil ərəblərdir. Ola bilər deyilsin ki, bizim əqidəmizə görə heç bir ümmət və tayfa peyğəmbərsiz olmayıb. Bəs necə ola bilər ki, müşrik ərəblərin ata-babaları qorxudulmayıb? (Yəni onların peyğəmbəri olmayıb?)
    Bu sualın cavabında deyilir ki, bizim bəhs etdiyimiz ayədə məqsəd risalət və nübüvvəti ümumi olan (şəriət sahibi olan) peyğəmbərdir. Müşrik ərəblərin ata-babalarının dövründə isə belə bir peyğəmbər  olmamışdır. Ola bilsin risalət və nübüvvəti ümumi (şəriət sahibi) olmayan peyğəmbər  onlara göndərilib. Çünki, yer üzü heç vaxt İlahi elçisindən boş qalmaz. Həzrət İsa (ə) ilə Muhəmməd (s) peyğəmbərin arasında olan fasilənin «peyğəmbərsizlik dövrü » adlandırılması o demək deyildir ki, bu iki peyğəmbər  arasındakı dövrdə başqa bir Peyğəmbər  olmayıb. Xeyr, peyğəmbər  olub, lakin onların nübüvvəti ümumi olmayıb (və şəriət sahibi olmayıblar). Onlar yalnız müəyyən camaatın və ya müəyyən şəhərin peyğəmbəri olmuşlar. Deməli, «peyğəmbərsizlik dövrü» dedikdə o nəzərdə tutulur ki, həmin peyğəmbərlər  arasında olan fasilədə peyğəmbərliyi ümumi olan başqa bir peyğəmbər olmamışdır.
       Həzrət Əli (ə) bu barədə belə buyurur: «İnnəllahə bəəsə Muhəmmədən (s) və ləysə əhədun minəl ərəbi yəqrəu kitabən və la yəddəi  nubuvvətən»
    «Allah təala Muhəmmədi (s) ərəbərin heç kimin səmavi bir kitab oxumadığı və Peyğəmbər lik iddiası etmədiyi bir dövürdə göndərilmişdir». («Nəhcül bəlağə». 33 və 104-cü xütbələr). Bir sözlə, «Quran»ın nazil edilməsindən  məqsəd qafil insanları xəbərdar etmək, yatmışları qəflət yuxusundan oyatmaq, eləcə də onları əhatə etmiş xətər və aludə olduqları günahları onların yadına salmaqdır. Həqiqətən «Quran» insanı ayıldan və onu günahdan təmizləyən bir kitabdır.
    Sonra «Quran»da kafirlərin rəhbər və başçılarının aqibəti barədə deyilmişdir: «Doğrudan da onların əksəriyyəti barədə o söz (əzəldən buyurduğumuz əzab hökmü) gerçək olmuşdur, çünki onlar (Allaha və Onun peyğəmbərinə) iman gətirməzlər. (Biz onların iman gətirməyəcəklərini öz əzəli elmimizlə bilib lövhi-məhfuzda təsbit etmişik).
    Bu ayədə «onların əksəriyyəti barədə o söz» ifadəsində «o söz»-dəki məqsədin nə olduğu barədə təfsirçilər bir neçə ehtimal irəli sürmüşdlər. Çox ehtimala görə bunda məqsəd şeytan yolunun davamçılarına verilmiş Cəhənnəm əzabının vədəsidir. Necə ki, «Səcdə» surəsinin 13-cü ayəsində deyilir: «Cəhənnəmi mütləq bütün(günahkar) cinlər və insanlarla dolduracağam» sözünü gerçək olaraq demişəm!»
    Başqa bir yerdə, «Zumər» surəsinin 71-ci ayəsində deyilir:
    «Lakin əzab hökmü kafirlər barəsində vacib oldu!» Hər bir halda bu ayələr, öz əlaqələrini Allah ilə qırmış, hidayət qapılarını öz üzlərinə bağlamış və inadkarlıqlarında ən yüksək dərəcəyə çatmış insanlara aiddir. Bəli! Bu insanlar heç vaxt iman gətirməyəcək və geriyə dönməyə yolları qalmamışdır. Çünki arxaya qayıtmaq  üçün qurulmuş  körpülərin  hamısını uçurub dağıtmışlar.
    İnsan yalnız o vaxt  hidayət ola bilər ki, özünün tövhid əsasında xəlq olan fitrətini çirkin əməlləri ilə məhv etməsin. Yox, əgər tövhidi fitrətini təmamilə məhv edərsə belə insan daha hidayət olmaz və özünün ümüd çıraqlarını söndürər.
    Beləliklə də məlum   olur ki, ömür boyu hidayət olmayan şəxslərdən məqsəd kafir və müşriklərinin rəhbərləridir. Elə buna görə onların bəziləri müsəlmanlarla kafirlər arasında olan döyüşlərdə Cəhənnəmə vasil oldular. Sağ qalanlar da ömürlərinin axırına kimi (Məkkənin fəthindən sonra zahirdə müsəlmanlar olsalar da) qəlbən iman gətirmədilər. Sonrakı ayələrdəki «onları qorxutsanda, qorxutmasanda onlar üçün birdir; iman gətirməzlər» kimi ifadələr bu məsələyə bir sübutdur.
    Sonrakı ayədə yenə söhbət bu cür hegemon şəxslərdən gedir. Onların boyunlarından çənələrinə qədər sallanmış və başlarını yuxarı qaldırmağa qoymayan zəncir və həlqələrdən söhbət açılmışdır: «Biz onların boyunlarına dəmir həlqələr (zəncir) keçirtmişik. O həlqələr onların lap çənələrinə dirənmişdir. Buna görə başları yuxarı qalxmış, gözləri aşağı dikilmişdir. (Əlləri zəncirlə boyunlarına bağlandığı üçün başları yuxarını qaldırmağa, gözlərini aşağı dikməyə məcbur olmuşlar. Onlar boyunlarını bir tərəfə döndərmək, əllərini sağa-sola tərpətmək, ətrafa nəzər salmaq, hətta ayaqlarının altını görmək belə iqtidarında  belə deyillər. Beləliklə, kafirlər nə haqqı görər, nə də ona boyun əyərlər)».
    Əğlal (həlqələr) ğüll ( həlqə) sözünün cəmi və ləksik mənası «bir əşyanın arasında olan şey» deməkdir. Misal üçün ağacların arasında axıb-gedən suya (arxa) ğüləl deyirlər. «Ğüll» əl və ya boyundan asılan halqaya deyilir.
    Əllər və boyun o halqanın arasında olduğuna görə bu kəlmə (əğlal kəlməsi) əl və boyun barədə işlənilmişdir. Bəzi hallarda boyundan asılıb zəncirlə bağlanmış həlqə ayrıca bağlanır, bəzən isə əlləri də həmən həlqəyə keçirib zəncirə bağlayıb boyundan asılı həlqəyə bağlayarlarmış. Beləliklə də zindanda olan şəxsə əzab-əziyyət verirlərmiş.
    Bəzi hallarda boyundan asılan zəncir çənəyə qədər dirənərək insanı başını dik saxlamağa və gözlərini aşağı dikməyə məcbur edərdi. Bununla  da əsir və ya zindanda olan şəxs həddən artıq əziyyət çəkir və öz ətrafını görməkdə ətrafını gerçəkdən  aciz qalırdı.
    Təəccüblü budur ki, Allah büdpərəst insanları boynundan zəncir asılmış şəxslərə bənzətmişdir. Onlar ata-babalarının yolunu getməklə «dində olmayan adət-ənənələr» zəncirlərini boyun və əllərinə bağlamışlar. (məcazi zəncirlər) Bu zəncirlər o qədər uzundur ki, onların başlarını yuxarı qaldırmış və həqiqəti görməkdən məhrum etmişdir. Onların nə hərəkət etmək, nə də həqiqəti görmək iqtidarları var.
    Bu ayə imansız insanların həm bu dünyada, həm də axirətdəki taleyindən xəbər verir. Ola bilər deyilsin ki, ayədə işlədilmiş fel (cəəlna feli) keçmiş zamanda işlənilmişdir və ancaq bu dünyadakı hadisələri bəyan etmişdir. Burada axirətdəki talelər vurğulanmamışdır. Çünki qiyamət günü hələ gələcək zamanda olacaq, fel isə keçmiş zamandadır.
    Cavab olaraq göstərilir ki, «Quran»da bir çox ayələrdə hələ həyata keçməmiş, lakin gələcəkdə mütləq baş verəcək hadisələr keçmiş zamanda işlənmiş feli ilə bəyan olmuşdur. Bu da həmin hadisələrin mütləq baş verəcəyini göstərir. Bu hadisələrin həyata keçmələri o qədər mütləqdir ki, Allah həmin hadisələri keçmiş zaman feli ilə gətirmiş və bu hadisələri həyata keçmiş kimi qələmə vermişdir. Deməli, bu ayə bütpərəstlərin həm dünya, həm də axirət talelərini açıqlayır.
    Təfsirçilərdən bir çoxu bu və bundan sonrakı ayələrin nazil olmasının bir neçə səbəblərini açıqlamışlar. Onların dediyinə görə bu ayələr «Əbu Cəhl», ya «Bəni Məxzum» ya da «Qüreyş» tayfasından olan bir kişi barəsində nazil olmuşdur. Bu insan bir neçə dəfə Peyğəmbər (s) sui-qəsd etmək istəmiş. Lakin Allah möcüzə vastəsi ilə onu bu çirkin məqsədə nail olmağa qoymamış. Hətta bir dəfə Peyğəmbəri (s) yaxalayaraq onu vurmaq istədikdə ya gözləri tutulmuş, ya da hərəkət etmə qüvvəsi ondan alınmışdır.1 Bunun mənası bu deyil ki, bu ayə bütpərəstlərin digər rəhbərinə aid deyil. Əksinə bu ayə yuxarıda «onlar iman gətirməyəcəklər» ayəsinin təfsirində dediyimiz sözü təsdiq edir və «onlar»dan məqsəd müşriklərin çoxu yox, onların rəhbərlərinin çoxudur.
    Sonrakı ayə bu dəstənin  daha bir bədbəxtçiliyini vurğulayaraq onların inadkarlıq etmələrinin səbəbini bəyan edir: «Biz onların ön və arxalarına sədd çəkib gözlərini bağlamışıq. Buna görə də (Allahın qüdrətinə dəlalət edən əlamət və nişanələri ) görmürlər. (Onların bəsirət gözü tutulub kor edilmiş, bütün hidayət yolları üzlərinə bağlanmışdır. Onlar zahirən görsələr də mənən və batinən görmürlər)».
    Onlar bu iki sədd arasında mühasirəyə düşmüş, nə irəli getməyə, nə də geri dönməyə yolları qalmamışdır.
    «Buna görə də heç nəyi görmürlər»  ifadəsiisə onların taleyinə son qoyur.
    «Quran»ın bu ifadəsi çox təəccüblüdür. Bir tərəfdən əl-qolları zəncirlənmiş, digər tərəfdən də bu zəncirlər o qədər böyük və uzundur ki, onların başlarını yuxarı çəkmiş və öz ətraflarını görməkdən belə  onları məhrum etmişdir. Bir tərəfdən onların ön  və arxalarına sədd çəkilərək irəli və geriyə olan yolları bağlanılmış, başqa bir tərəfdən isə gözlərinə pərdə çəkərək görmə qabiliyyətləri bütünlüklə fəaliyyətdən saxlanılmışdır.
    Yaxşı fikirləşin, görün bu xüsusiyyətlərə malik olan insanlardan nə asılıdır? Nəyi başa düşərlər? Nəyi və hansı həqiqəti görə bilərlər? İrəli gedə bilərlərmi?
    Özünüsevər, təkəbbürlü, kor-koranə və fanatik surətdə ata-babalarının yolunu gedən və eləcə də bütpərəst insanların vəziyyəti həqiqət qarşısında belə olar.
    Məhz bu səbəbdən birinci hissənin sonuncu ayəsində açıq-aşkar deyilir: «Ya Peyğəmbər! Onları qorxutsan da, qorxutmasan da onlara fərq etməz, iman gətirməzlər».
    Peyğəmbərin (s) sözləri və Allah tərəfindən nazil olan vəhy nə qədər təsirli olsa belə, əgər bunları qəbul etməyə hazır olmayan şəxslərə desək onlara heç bir təsir bağışlamayacaq. Şoranlıq bir yerə min illərlə belə günəş saçarsa, bərəkətli yağışlar yağarsa, yenə də oraya faydası olmayacaq. Oradan yalnız toz-torpaq  ələ gələcək. Çünki şoranlığın məhsul verməyə ləyaqət və   səlahiyyəti yoxdur.

    İncəliklər:

    1.Tanıma qüvvələrinin fəaliyyətdən düşməsi.
    İnsanın öz vücudundan kənardakı aləmlə ünsiyyətdə olmaq üçün tanıma qüvvələrinə ehtiyacı vardır. Bu qüvvələrin bəziləri insanın batininə, bəziləri isə onun zahirinə aiddir. Ağıl, düşüncə, vicdan və fitrət batini, zahirdə olan hissiyyat o cümlədən eşitmək, görmək və bu kimi qüvvələr isə insanın xarici qüvvələri hesab olunur.
       Allahın verdiyi bu qüvvələr əgər lazımlı yerlərdə istifadə olunsa günü-gündən daha güclü, daha yaxşı və daha diqqətli fəaliyyətdən göstərər, həqiqətləri olduğu kimi anlayar. Yox, əgər bu qüvvələrdən pozğun və azğın yerlərdə istifadə olunsa, yaxud heç istifadə olunmasa, onda bu qüvvələr yavaş-yavaş azalar, ya da ki, bütünlükdə fəaliyyət düşərlər. Həqiqəti  əksinə cilvələndirərlər. Bu qüvvələri bir aynaya bənzətmək olar. Əgər ayna təmiz, ləkəsiz olarsa ona düşən şəkli olduğu kimi göstərəcək. Ancaq ayna sınıq, çirkin və ləkəli olarsa ona düşən şəkli göstərə bilməyəcək. Göstərsə də olduğu kimi göstərməyəcək.
    İnsanın gördüyü səhv işlər, törətdiyi günah və cinayətlər, düzgün seçmədiyi yolun nəticəsində bu böyük nemət insanın əlindən çıxır. Elə buna görə də birinci növbədə insanın özü günahkardır.
    Əvvəlki ayələr bu əhəmiyyətli və insan taleyini həlledən məsələni bəyan edir. Allah təkəbbürlü, özünüsevər və fanatik surətdə ata-babalarının yolunu davam etdirən insanları  zəncirlərlə bağlanmış (bu zəncirlər təkəbbür, xudbinlik və.. zəncirləridir), iki sədd arasında qalıb getməyə yolu olmayan və gözlərinə pərdə çəkilmiş insanlara bənzətmişdir.
    Bu üç bədbəxtliyin səbəbləri hər biri ayrı-ayrılıqda insanı öz hərəkətindən saxlaya bilər.
    Onların ön və arxalarından çəkilmiş bu  iki sədd o qədər hündür və bir-birinə yaxındır ki, onların hərəkətinin qarşısını almaqdan əlavə görmə qabiliyyətini də onların əlindən alır.

     

    «Quran» ayələrində və islami hədislərdə deyilir ki, əgər insan bir günah edərsə gərək tez tövbə edib Allaha tərəf qayıtsın. Tövbəni gecikdirib təxirə salmasın, günahını təkrar etməsin. Bu cür ifadələrin hamısı bunu göstərir ki, insan gərək bu mərhələyə yetişməsin. Kiçik və xırda çətinlikləri yolunun qarşısını kəsən böyük səddlərə çevirməsin. Öz hərəkətinin qarşısını kəsməsin. Gözlərinin önündən pərdə asmasın və görmə qabiliyyətini əldən verməsin.

    2.Öndən və arxadan çəkilmiş səddlər:

    Bəzi təfsirçilər üçün belə bir sual qarşıya  çıxıb ki, insanın qarşısını alın öndən çəkilmiş səddir. Daha arxadan çəkilən səddin nə mənası var?

    Bir qrup təfsirçilər buna belə cavab vermişlər ki, insanın iki cür hidayət yolu var: istidlali hidayət (yəni insan özü bu yolu tapıb seçmişdir) və fitri hidayət (yəni Allah insanı fitrətən hidayət etmişdir). Öndən çəkilən sədd insanı istidlali hidayətdən məhrum edir, fonun yalnız geri dönüb öz fitri hidayətinə nəzər salmaq imkanı var. Lakin arxadan çəkilən sədd insanı fitri hidayətdən də məhrum edir.

    Ayənin təfsirində başqa bir ehtimal da vardır ki, insan məqsədinə çatmaq üçün getdiyi yolda bir çətinliklə üzləşərsə, başqa bir yol seçmək üçün geriyə dönməlidir. Lakin arxadan çəkilən divar və sədd onun geriyə dönməyinə mane olur.

    Başqa bir sual da budur ki, nə üçün bu səddlər insanın sağ və solundan çəkilməmiş , ön və arxadan çəkilmişdir?

    Bu sualın cavabı çox sadədir. Çünki insan sağa, yaxud sola getməklə məqsədinə  nail ola olmaz. İnsan yalnız irəli getməklə məqsəd və hədəfinə çata bilər.

    Bundan əlavə səddi çox vaxtlar sağı, solu bağlı və yalnız irəli getməyə yolu olan  yerlərdə çəkərlər. Bununla da insan tam mühasirədə olar.

     
     
    Kitabın adı: Yasin surəsi (Tərcümə və şərh)
    Müəllif: Ayətullahül-üzma Nasir Məkarim Şirazi

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 1
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Huseynci Medine | Status: İstifadəçi Offline | 20 Haziran 2015 18:59 | Redaktor | Şərh yazdı
    Allah razi olsun Gülüm.bu kitabi oxumusam amma sonacan yox. insAllah sayende bitirerem. Allah elmini biliyini kamil elesün. Kərbübəla səfərin olsun.

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.