Hiss edirdi ki, çox yaşaya bilməyəcək. Artıq yaş da öz işini görmüşdü. Oğullarını yanına çağırdı. Son vəsiyytəni etmək, sonra rahat ölmək istəyirdi:
-Əzizlərim, artıq ömrümə bir şey qalmayıb. Mən öləndən sonra aranızdaa inciklik olmasın deyə, dəvələrimi indidən bölmək istəyirəm. Dəvələrin yarısını böyük oğluma verirəm. Üçdə birini ortancıl, doqquzda birini isə kiçik oğluma verirəm...
Çox keçmədi ki, qoca dünyasını dəyişdi. Nəhayət, dəvələri bölmək vaxtı çatdı. Ancaq qocanın 17 dəvəsi var idi və bu dəvələri nə 2-yə, nə 3-ə, nə də 9-a bölmək mümkün idi. Böyük oğul: " Bu işin öhdəsindən gəlsə-gəlsə, ancaq hz.Əli (ə) gələ bilər " , - dedi. Yığışıb hz.Əlinin (ə) yanına getdilər. Hz.Əli (ə)onları diqqətlə dinlədi. Sonra: " Mənim də bir dəvəm var. Onu da götürün və dəvələri yenidən bölün" , - dedi. Oğullar hz.Əlinin (ə) bu səxavətinə heyran qaldılar. İndi onların 18 dəvəsi var idi. Əvvəlcə, dəvələri 2-yə böldülər. Böyük oğlunun payına 9 dəvə düşdü. Sonra 3-ə böldülər. Ortancıl oğlu 6 dəvə götürdü. Sonra 9-a böldülər. Kiçik oğula da 2 dəvə çatdı. Bütün dəvələri böləndən sonra ortada bir dəvə qaldı. Yenə hz.Əlinin (ə) yanına getdilər.
Hz.Əlinin (ə) məsələni öyərənəndən sonra gülümsədi və: " Mədam ki, dəvələri bölmüsünüz, onda mən öz dəvəmi geri götürürəm", - dedi. Artıq heç bir şübhəyə yer yox idi...
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.