Həzrət Fatimənin (əleyha-salam) şəhadəti
Can üstəyəm canım sənə qurban əmoğlu
Tez gəl gözüm bağla oxu Quran əmoğlu
Hərçəndi bir gün olmadım dünyada dilşad
Gəldi əcəl oldum qəmü-möhnətdən azad
Qoy gözlərim üstə əlin ey qəlbi naşad
Ey gənci ehsan xaneyi-ehsanın abad
Giryan dilimsən olma dil giryan əmoğlu
Ey sahibi-fəzlü-kərəm eylə kəramət
Zeynəb balam çox ağlasa etmə məlamət
De hamiye din eyliylə Gülsumə himayət
Bu Müctəbanı mən sənə verdim əmanət
Yoxdu dodağında hənuz əlqan əmoğlu
Yannam Hüseynin halinə qəlbimdə heyrət
Neylim əlimdən çarəmi aldı bu ümmət
Əşgim olur cari üzə bi tabü-taqət
Səlb eyliyir aramimi əfkari-qürbət
Sinəmdə var bəs ki qəmi pünhan əmoğlu
Mən ağlaram əhvalüvə bir də Hüseynə
Sən ağlama ey şahi-din mən dil həzinə
Qəsb oldu həqqin baxdılar əhli-Mədinə
Od vurdular dərgahimə əşrarü-kinə
Yandı qapın yandı dilim hər an əmoğlu
Verrəm Hüseyni mən sənə baş peykər üstə
Barmaqları salim-salamət əllər üstə
Mərcan kimi xüşk olmuyub qan ləblər üstə
Xarü-müğilandan nişan yox güllər üstə
Rüxsari olmub gül kimi əlvan əmoğlu
Şeyxeyni-qasib olmasın hərgiz xəbərdar
Təşyiü-dəfnimdə olardən etmə ehzar
Ruhum olardan çəkməsin qəbr içrə azar
Ta həşr ola bizarəmü-bizarü-bizar
Əsrari-gizlin eylirəm elan əmoğlu
Beyni dərü-divaridə düşdüm fişarə
Cismim yarəsin salmadım çox aşikarə
Sinəm yara bazulərimdə ayrı yarə
Qüslüm gecə ver dəfn elə tapşır məzarə
Zəhrayla ta olsun fişar asan əmoğlu
Qəlbində var arami-taqət dizlərində
Badi-xəzandan bir əsər yox gülşənində
Qan ləxtə-ləxtə dolmuyub şəhla gözündə
At dırnağından bir əsər yox sinəsində
Gülşən şükufa gülləri xəndan əmoğlu
Pəjmürdə olsa gülləri yox məndə taqət
Görsəm Hüseynin cismidə var bir cərahət
Barmaq kəsilsə eylərəm bərpa qiyamət
Tapmaz nəvadən qəbridə qəlbim fərağət
Getsə diyari-Kufəyə mehman əmoğlu
Xuli evində qoymaram yatsın kül üstə
Allam yaralı başını məhzun dil üstə
Öz bülbülüm naz eyliyə gülşən gül üstə
Sayə sala bülbül gülə gül bülbül üstə
Dərya kimi əşkim eylər tufan əmoğlu
Bu köynəyim qüslüm verən vaxda çıxarma
Bazulərimə baxma çox nalən ucaltma
Eylə kəfən tez qəbrə qoy fikrindən atma
Xuni-dilin göz əşkivə səbr eylə qatma
Etmə hisari-səbrivi viran əmoğlu
Gəlsən evə yığ dövrəvə tiflani-zari
Olmaz gələn didarüzə bir kimsə bari
Matəm tutun yad eyliyin mən dil fikari
Mən olmuşam səyyadi bi rəhmin şikari
Qoyma yetimlər çox edə əfğan əmoğlu
"Qəmkeş” yazar bu qəmləri ba ahi cansuz
Zikri olar ey vay Hüseyn hər şamü-hər ruz
Zülmət evin rövşən qıl ey şəm”i-şəbəfruz
Saildi ehsan eyliyin əltafü-fəzliz
Olsun Hüseynin yasinə dərban əmoğlu