Ya Əli
Qıl bir nəzər əhvalıma, gör ahü-zarım, ya Əli
Aləm yanar bu halimə, yoxdur qərarım, ya Əli
***
Ey tacidari Həl-əta, həddən aşıb cövrü-cəfa
Zəhra qalıb düşmən ara, ey şəhsəvarım, ya Əli
***
Bax bu cəlalü-cahimə, qəlbimdə dudi ahimə,
Od vurdular dərgahimə, getdi qərarım, ya Əli
***
Qoyma bu qədri xar olum, olma riza gül tək solum
Vurdu ömər, sındı qolum, yox ixtiyarım, ya Əli
***
Çoxdu əmoğlu möhnətim, oldu digərgün halətim
Qalmadı tabü-taqətim, ümmidvarım, ya Əli
***
Sür"ətlə şiri kirdigar, qıldı qapuya çün nəzər
Gördü deyir Zəhrayi zar: gəl tacidarım ya Əli
***
Gördü olub od şö"ləvər, yanar qapısı sərbəsər
Durmuş xitab eylər zibəs sənsən şikarım, ya Əli