» » Təsirli dualar


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Təsirli dualar
    +15
    Müəllif: Fatimə Nuri Xuda | 14-06-2015, 16:00 | Baxılıb: 1 558
     
     
    Təsirli dualar

    Dua xalis niyyətlə olduqda hansı dildə, hansı ləhcədə, hansı məkanda və zamanda olmasından asılı olmayaraq, təsirli və faydalı olur. Lakin ən üstün dualar ilahi övliyalardan nəql olunmuş dualar sayılır. Qurani-Kərimdə peyğəmbərlər və ləyaqətli bəndələrin dilindən nəql olunmuş dualar, girami peyğəmbər və pak imamlardan rəvayətlərdə nəql olunmuş dualar bu dualardan sayılır. İki səbəbə görə bu dualar başqa dualardan üstündür:
    1. Bu dualar ibadətin qaydalarını bizdən daha yaxşı bilən kəslər tərəfindən deyilmişdir. Onların Allaha münasibətdə mərifətləri daha çox olmuş və dua etməyin 
    qayda-qanunlarını başqalarından daha yaxşı bilmişlər. Bundan əlavə, onlar daha kamil mərifət sahibi olduqlarından istəkləri bizim istəklərimizdən daha üstün və daha bəyənilmiş sayılır. Buna görə də necə dua etməyi onlardan öyrənməliyik. Demək olar ki, imamlardan nəql olunmuş dualar hər cəhətdən bizim dualardan, istək və düşüncə tərzimizdən fərqlidir. Adətən, onların duaları Allahı həmd-səna etməklə, Ona təsbih və təkbir deməklə başlanır. Onların istəkləri etiraz və tələbkarlıq yox, üzrxahlıq və bağışlanma istəyi ilə müşayiət olunur. Onlar nemətlərin inkarı, çətinlik və məhrumiyyətlərdən şikayət əvəzinə Allahın rəhmətlərini, sonsuz nemət və fəzlini yada salırlar. Dünyəvi mal və məqam, maddi istəkləri daha az, ilahi yaxınlıq, Allahın razılığı və insani kamillikləri isə daha çox dilə gətirirlər.
    Başqa bir tərəfdən, rəvayət yolu ilə bəyan oluna bilməyən bir çox uca və dəyərli biliklər dualar yolu ilə, xüsusən imam Səccadın (ə) duaları ilə yayılmışdır. Çünki hidayət imamları dua halında haqqın zatı ilə qarşı-qarşıya olmuş və Onunla raz-niyaz etmişlər. Buna görə də ürəklərində olanları dilə gətirmiş və Allahla onu tanıdıqları kimi söhbət etmişlər; Ona həmd-səna demiş, Onu vəsf etmişlər. Lakin rəvayətlərdə adi insanlara müraciət olunduğundan bütün maarifi izah etməyə imkan olmamışdır. Rəvayətlərdə camaatın düşüncəsinə uyğun həqiqətlər izah olunmuşdur.
    2. Peyğəmbərlər və hidayət imamlarından nəql olunmuş duaları oxumaqla həqiqətdə onlara ardıcıl olmuş oluruq. Allahın peyğəmbəri və Onun dostlarına ardıcıllığı tövsiyə edən bir sıra göstərişlər bizə ünvanlanır. Demək, imamlardan nəql olunmuş duaları oxumaqla ən yaxşı duaları ən yaxşı qaydada oxumuş oluruq. Bundan başqa, ilahi övliyaların üsuluna da riayət etmiş oluruq. Bu isə duanın özündən əlavə, ayrıca bir fəzilət sayılır.
    Əlbəttə, böyüklərə ardıcıl olmağın bir çox faydaları vardır. Ən böyük fayda isə bu işlə insanın təkəbbürdən uzaqlaşması və ondan da böyük, ondan da qabaqcıl insanların olmasını hiss etməsidir. Bu nöqtə nəfsi təmizləmək üçün çox əhəmiyyətlidir. Bir çoxları nəfsi paklaşdırdıqdan sonra müəyyən kamillik mərhələləri keçirlər. Bununla da başqaları ilə müqayisədə özlərini onlardan üstün görür və təkəbbürə düçar olurlar. Bu iş də insani çirkinliklərdən sayılır. Lakin insan ilahi bəndələr və ilahi yol yolçularının hamısından öndə və hamının tabe olduğu karvan başçısı olduğunu nəzərə alarsa, Ona qarşı müti olar. Bu düşüncə insanın təkəbbürünə mane olar. Əhli-beyt (ə) vilayəti nemətindən məhrum kəslər bəzi vaxtlardakı xalis niyyətləri və çəkdikləri əziyyətlərə baxmayaraq, nəfsin paklaşdırılması üçün zəhmətlərindən bəhrə götürməmiş və bir sıra səhvlərə düçar olmuşlar. Bu da daha çox onların qüruru səbəbindəndir.
    Onlar pak imamların məqamını tanımadıqlarından və onların insaniyyət karvanının rəhbər olduğunu anlamadıqlarından bəzən elə təsəvvür edirdilər ki, zirvə məqama çatmışlar və tam vilayət əldə etmişlər. Buna görə də bəzən onlardan bəndəliklə bir araya sığmayan sözlər eşidilirdi. Lakin yaranmışların ən şərəflisi olan girami Peyğəmbər (s) ömrünün son anına kimi belə deyirdi: «Əşhədu ənnə Muhəmmədən əbduhu...». Əhli-beytin sadiq ardıcılları heç zaman belə gümana düşmürlər. Bu da onların tabe olduqları vilayətin böyük bərəkətlərindən biridir.
    Təsirli dualar bu cür fəzilətlidir. Lakin unutmamalıyıq ki, insaniyyətin üstün mərhələsini keçmiş və ilahi yaxınlıqda uca məqamlara çatmış şəxslər Allah ilə münacatlarında elə sözlər ərz edirlər ki, bizim o sözləri zikr etməyimiz yersiz olar. Çünki bu sözlər bizim halımıza uyğun deyil və bu mətləblərin bizim tərəfdən deyilməsi sadiqanə olmayacaq. Məsələn, dəyərli və şərafətli dualardan biri olan "Kumeyl” duasında həzrət Əli (ə) Allaha xitabən buyurur: "Ey mənim Ağam, ey Rəbbim, tutaq ki, əzab atəşinə səbr etdim, bəs Sənin ayrılığına necə səbr edəcəyəm? Tutaq ki, odunun hərarətinə dözdüm, bəs kəramət və lütfünə necə göz yuma bilərəm?”
    Bu ifadələr yalnız və yalnız Allahın kamil övliyalarının halına uyğundur və hər kəs belə bir iddia edə bilməz. Bu sözləri yalnız ayrılıq və vüsalı tanıyan şəxslər deyə bilər. 
    O kəslər ki, vüsalın ləzzətini dadmış, ayrılığın, özü də həqiqi məhbubdan ayrılığın əziyyətini çəkmiş olsun. Lakin vüsalın nə olduğunu bilməyən şəxs Allahla ayrılıqdan əziyyət çəkdiyini deyə bilməz. Vüsalı anlamış və onu tanımış şəxs ayrılıqdan əziyyət çəkə bilər; məsələn, öz dostunu çox istəyən bir şəxs onunla vüsaldan ləzzət alır və onunla ayrılıqdan əziyyət çəkir. Lakin özgə birisi onunla ayrılıqdan heç bir əzab hiss etmir. Necə ki, onunla vüsaldan və ona qovuşmadan heç bir ləzzət duymur.
    Biz Allahı tanımayıb, Onun kamalını dərk etməyənədək heç zaman Onunla ayrılıqdan əzab hiss etməyəcəyik. Beləliklə, necə deyə bilərik ki, Sənin əzabına dözərik, lakin ayrılığın bizim üçün çətindir?
    Sadə dişağrı və adi başağrıdan fəryadı göylərə çatan, axirət əzabının milyardda biri də olmayan bu ağrı qarşısında səbirsizlik edib naşükürlüyünün həddini artıran insan cəhənnəm əzabına dözümlü, lakin Allahdan ayrılığa dözümsüz olduğunu necə iddia edə bilər?! Biz Allahla vüsaldan nə dadmışıq ki, Onun ayrılığı bizim üçün cəhənnəm əzabından daha çətin olsun!
    Bu növ dualar yalnız Əmirəl-möminin (ə) kimi kəslərə layiqdir. Bu sayaq sözlərin nümayiş etdirilməsi bizim üçün həqiqətdən çox uzaqdır. Bununla belə, uyğun mətləblər təsirli dualarda çox gözə çarpır. Əgər bu sözləri öz adımızdan desək, yalan demiş olarıq və Allaha yalan danışmaq xalqa yalan danışmaqdan çox-çox pisdir. Buna görə də uyğun dualarda məqsədimiz hekayət olmalıdır. Məsələn, həzrət Əlinin (ə) Allah qarşısında ərz etdiklərini hekayət məqsədi ilə nəql edərək, bu şeyləri öz adımızdan bəyan etməməliyik. Çünki bu mətləbləri biz özümüz inşa etməmişik. Ya da məqsədimiz belə olmalıdır: Allahdan bizim üçün də elə bir mərifət əta etməsini istəyək ki, bu sayaq sözlər deməyə səlahiyyətimiz çatsın.

    Kitabın adı: Rəbbin dərgahında  
    Müəllif: Məhəmməd Təqi Mishab Yəzdi

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 2
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Allahin-Asiqi | Status: İstifadəçi Offline | 14 Haziran 2015 18:53 | İstifadəçi | Şərh yazdı
    Allah razi olsun bacim Allah bizim xeyrimize olan dualarimizi qebul etsin AMIN

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: yahuseyn | Status: İstifadəçi Offline | 14 Haziran 2015 17:28 | İstifadəçi | Şərh yazdı
    ALLAH  RAZI OLSUN BACIM ,ALLAH BUTUN DUALARI QEBUL ETSIN BIZIMKILERDE ONLARIN ICERISINDE OLMAQ SERTIYLE


    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.