Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Niyyət
    0
    Müəllif: Allahıma aşiqəm | 12-06-2015, 13:00 | Baxılıb: 1 296
     

    Niyyət

    Niyyət - əməlin əsası

    Mənəviyyatın, nəfsani fəzilətlərin və ali insani dəyərlərin özülünün islah olunması və möhkəmləndirilməsi islam əxlaqının əsasıdır. Ona görə bütün əməllər-istər mənəvi, istərsə də cismi olsun,məxsusən ibadətlər niyyətə bağlıdır. Niyyət o qədər təsirlidir ki, əslində ibadət olmayan hər hansı bir mübah əmələ ilahi rəng vurub Allaha yaxınlıq niyyətilə yerinə yetirərək onu ibadət dərəcəsinə qaldırıb əcr və savaba yetişdirir. Məsələn, əgər yemək və ya istirahət etmək yenidən qüvvə toplayıb yaxşı ibadət etmək və ya xalqa xidmət göstərmək üçün olarsa, ibadət sayılar. Halbuki belə əməllər əslində ibadət deyildir. Deməli, bu keyfiyyətə görə niyyətə əməlin ruhu və özülü demək olar. Başqa sözlə desək, islamda ən mühüm məsələ hər bir şeyin batini və həqiqi cəhətidir, çünki əməllərin dəyəri və qəbulolma dərəcəsi ona bağlıdır. Bu barədə diqqətinizi bir neçə hədisə cəlb edirik:
    Peyğəmbər(s) buyurmuşdur:
    "Həqiqətən, əməllər niyyətə bağlıdır. Hər bir şəxs nəyi niyyət edibsə, elə ona da yetişər. Kim Allaha və Rəsuluna görə hicrət edərsə, Allah və peyğəmbərlərinə tərəf də gedər. Kim qadına görə evlənərsə və ya sərvət, var-dövlət ələ keçirmək xatirinə hicrət edərsə, hicrəti niyyətində tutduğu şey tərəfə də yönələr.” 
    "Möminin niyyəti əməlindən yaxşı, kafirin niyyəti isə əməlindən daha pisdir. Hər kəs niyyətinə görə iş görər.” 
    Dördüncü imam həzrəti Əli ibn Hüseyn(ə) buyurur: "Heç bir əməl niyyətsiz qəbul olunmur.” 
    Peyğəmbər(s) bir hədisdə buyurur: 
    "Qiyamət günü insanlar niyyətinə görə təhrik olunarlar.” 
    "Qiyamət günü adamlar niyyətinə görə sorğu-sual olunar.” 
    İmam Sadiq(ə) də bu barədə bir hədisdə buyurur: "Qiyamət günü Allah-təala insanları düşüncə və niyyətinə görə sorğu-suala çəkər.” 
    Niyyət və əbədiyyət.
    İmam Sadiq(ə)-dən «cəhənnəm əhli cəhənnəmdə, cənnət əhli isə cənnətdə niyə görə əbədi qalır?»- deyə soruşduqda o Həzrət belə buyrurur:
    "Cəhənnəm əhli dünyada əbədi olaraq qalsaydı, həmişə Allaha asi olacaqlarını niyyət etdiklərindən cəhənnəmdə, behişt əhli isə əgər dünyada həmişəlik qalarlarsa, daim Allaha ibadət edəcəklərini düşündüklərindən cənnətdə əbədi olaraq qalacaqlar.Onların hər ikisi niyyətinə görə cənnət və cəhənnəmdə əbədidir. Sonra isə bu ayəni tilavət etdi:
    "De, hər kəs öz əxlaqına uyğun əməl edər.” 

    Niyyətin əzab və savaba təsiri
    Niyyətin təsiri o qədər güclüdür ki, hər hansı bir cəbhəni müdafiə, havadarlıq etməklə əzab və savabda o cəbhə ilə şərik olur. 
    Əmirəlmöminin(ə) Cəməl döyüşündə qalib gələndən sonra səhabələrindən biri o Cənaba dedi: 
    -Kaş qardaşım da bizimlə birgə olaydı, sizin düşmən üzərində qələbənizi görəydi. Bu cihadın fəzilətində o da bizimlə şərik olaydı.
    Həzrəti Əli(ə) buyurdu:
    -Qardaşın biz tərəfdəndirmi? Ürəyi bizimlədirmi?
    O ərz etdi:
    -Bəli. 
    Əmirəlmöminin (ə) buyurdu:
    -Demək, o da bizimlə birgə bu döyüşdə vuruşubdur. (Təkcə o yox, əksinə) ataların belində, anaların bətnində olan bizimlə bir əqidədə olanlar da bu döyüşdə bizimlə birgə vuruşublar. Tezliklə zaman onları dünyaya gətirəcək, din və iman onların vasitəsilə qüdrətli olacaqdır.” 
    İbn Əbil Hədid bu xütbəni bəyan edəndən sonra yazır: "Əbul Əsvəd Duəli belə nəql edir: Əmirəl-möminin(ə) Cəməl döyüşündə qalib gələndən sonra bir dəstə mühacir və ənsarla (mən də onların arasında idim) Bəsrə şəhərindəki beytül-mal saxlanılan binaya daxil oldu. O Həzrətin gözü orada olan var-dövlətə sataşanda onlara xitab olaraq dedi: «Ey dirhəm və dinarlar! Məndən başqasını aldadın». Sonra Həzrəti Əli (ə) fərman verdi ki, səhabələrdən hər birinə beş yüz dirhəm verilsin. Dirhəmlərin hamısı səhabələr arasında bölüşdürülüb qurtarandan sonra Əbul Əsvəd dedi: «And olsun Mühəmməd(s)-i peyğəmbərliyə seçən Allaha, adamların sayı on iki min nəfər olmasına baxmayaraq, bir dirhəm belə artıq-əskik olmadı. Elə bil Əmirəl-möminin(ə) pulların məbləğindən xəbərdar idi.”
    Sonra ibn Əbil Hədid yazır: 
    "Həbbeyi Ərəni adlı bir nəfər deyir: «İmam(ə) beytül-malı səhabələr arasında bölüşdürdükdən sonra başqaları kimi özünə də beş yüz dinar pul ayırdı. Döyüşdə iştirak etməmiş bir şəxs o ali Cənaba yaxınlaşıb dedi: "Ey Əmirəl-möminin! Bu vuruşda cismim sizinlə birgə olmasa da, qəlbim sizinlə idi. İstəyirdim, bu döyüşdə sizinlə bir yerdə vuruşum. Mənə də puldan əta et. İmam(ə) öz payını ona verib özü üçün heç bir şey saxlamadı.” 
    Bu məsələdən belə başa düşürük ki, əgər biri başqalarının işindən razı olarsa, demək, əzab və savabında da onlarla şərikdir.

    Niyyət-insan şəxsiyyətini formalaşdıran amil kimi

    Əməlin keyfiyyət və dəyərinə niyyət güclü təsir bağışladığı kimi, insan şəxsiyyətinin formalaşmasına da böyük əhəmiyyətə malikdir. Əgər bizi əhatə edən adamların şəxsiyyətini öyrənmək istəsək, bunu onun düşüncə və məqsədlərində axtarmaq lazımdır. Təkcə özünü düşünən adamla xalqın nicatı üçün çalışan şəxs eynidirmi? Özünə qənimət ələ keçirmək üçün döyüşə gedən adamla Allah rizasına görə vuruşan adama bir cərgədə baxmaq olarmı? Bu bərabərlik və bərabərsizlik insanların əməlləri ilə yox, onların şəxsiyyəti və məqsədləri ilə əlaqədardır, çünki zahirdə əməl birdir, onun heç bir fərqi yoxdur. Şücaət göstərib rəşadətlə vuruşan iki dəstə arasındakı fərq düşüncə və niyyətdədir. İmam Sadiq(ə) bu ölçü ilə bəndələri üç qismə bölərək hər birini ibadətdə olan niyyətlərinə uyğun bir xüsusiyyətlə vəsf edir:
    "Həqiqətən, Allah bəndələri üç dəstədirlər. Birinci dəstə Allaha cəhənnəm əzabının qorxusundan ibadət edir. Bu, qulların ibadətidir. İkinci qrup cənnətə və mükafata görə Allaha ibadət edirlər. Bu da nökər və muzdur ibadətidir. Üçüncü dəstə isə Allahı sevdiklərindən ona ibadət edirlər. Bu isə azadələrin ibadətidir, yəni onlar Allaha cəhənnəm əzabından qorxduqlarına və cənnət nemətlərinə görə yox, Allaha bəslədikləri məhəbbət və pak niyyət üzündən ibadət edirlər. Bu, ibadətin ən uca zirvəsidir.” 
    Mülahizə edirsizmi, imam Sadiq(ə) Allah bəndələrini öz məqsəd və niyyətlərinə görə necə də dəqiq bölmüş və hər bir dəstəni Allah-təalaya hansı niyyətlə ibadət etməsinə görə o biri dəstədən fərqləndirmişdir.

    Niyyət və əqidəvi, mədəni, ictimai, milli bağlılıqlar

    Niyyət insanın şəxsiyyətini nümayiş etdirməkdən əlavə əqidəvi, ictimai və milli bağlılıqlardan da bizə xəbər verir. İslam mənbələrində bu barədə elə ifadələr vardır ki, onların hamısını üç cümlədə ümumiləşdirmək olar:
    1) Kim hər hansı bir işdən razı qalarsa, onu yerinə yetirmiş kimidir.
    2) Hər hansı bir dəstənin əməli ilə razılaşan, onlardan hesab olunur.
    3) Kim hər hansı bir dəstəni müdafiə edərsə, savab və əzabda onlarla şərikdir.
    Həzrəti Əli(ə) bu üç fikiri bir cümlədə çox böyük məharətlə ifadə etmişdir: "....Məhəbbət və nifrət birlik rəmzidir...” 
    Yəni cəmiyyətdə hərənin bir işlə məşğul olmasına, yaşayış, adət-ənənə və rəng cəhətdən bir-birindən fərqlənməsinə baxmayaraq, onları yalnız bir şey birləşdirərək cəmiyyət, millət və dəstə halına salır: maraqlar. Birlik əqidə və məqsəddir.
    Bu qanun əqidə, əməl, ictimai, mədəni və milli baxımdan insanları birləşdirib cəmiyyət halına salan amildir. Həzrəti Əli(ə)-nin fikrincə, bir millətin vəhdətinin meyarı yalnız razılıq və narazılıqlardır. Nəsil, dil, irq və coğrafi mühitlər kimi meyarlar ikinci dərəcəli amil qəbul olunmalıdır. Başqa sözlə desək, etiqad, mədəniyyət və məqsəddə yekdil olmaqdan xəbər verən məhəbbət və nifrət ayrı-ayrı adamları vahid bir millət kimi birləşdirib onların taleyini bir-birinə bağlayan yeganə meyardır. Yerdə qalanlar isə ikinci dərəcəlidir.
    Burada bir neçə nüansa toxunmağı özümüzə lazım bilirik:
    1) Bu bəhsdə «maraq» sözünün işlədilməsində məqsəd insanda ötəri emosiyaların təsirindən əmələ gəlib tez də yox olan səthi həvəs və meyllər deyildir. Əksinə, burada söhbət yekdil ideologiya ilə bağlı olan meyllərdən gedir, yəni bu faktorlar insan psixologiyasında təsir qoyan və onu öz silahdaşları ilə həmfikir edən insan təbiətindən irəli gələn amillərdir. Bu qəbildən olan meyllərin inikası insan əməlində köklü təsirə malikdir. Əgər şərait yaranarsa və heç bir maneə olmasa, insan dərhal başqalarının təsiri altına düşüb onların etdiklərini o da yerinə yetirər. Hər hansı bir hərəkətə münasibət (istər yaxşı olsun, istər pis) əməl formasında gerçəkləşməsədə, qəlbin dərinliklərində kül altda olan köz kimidir, küləyin əsməsini gözləyir ki, alovlanıb ətrafını da yandırsın, yəni şərait yaranarsa, fikir əməli olaraq reallaşacaq.
    2)Hüquqi cəhətdən belə bir asılılığın ədalət normalarına zidd olması mümkündür. "Qurani-Kərim”də bu barədə də buyurulur:
    "...Heç bir günahkar başqasının günahını daşımaz...”(«İsra»-15).
    "Hər kəs öz əməlinin girovudur!” («Muddəssir»-38).
    Bundan əlavə hüquq elmində günah etmək niyyəti və cinayət fikri cinayət sayılmadığı halda, necə ola bilər ki, insan yalnız niyyətinə görə (yaxşı, yaxud pis) şəri cəhətdən məhkum olunsun və ya mükafatlandırılsın? 
    Bu suala cavab olaraq deyilməlidir: 
    Cinayəti düşünmək, yaxud onu həyata keçirənə fikrən dəstək vermək, əlbəttə, cinayət sayılmır, lakin güclü əxlaqi təsirlərə malikdir. Məsələn, günahsız bir insanın öldürülməsinə razılığını bildirən, şübhəsiz, qatillərlə həmfikir sayılır. 
    İnsanın hüquqi məsələdə cinayəti inkar etməsi kifayət qədər dəlil-sübutun olmamasından irəli gələ bilər, lakin yaradılış qayda-qanunundan qaçmaq qeyri-mümkündür: 
    "Sənin hakimiyyətindən boyun qaçırmaq olmaz.”
    Allah Təala "Qurani-Kərim”də buyurur:
    " Özlərindən sonra (aciz və) zəif övladlar qoyub gedəsi olan şəxslər, onlardan ötəri necə qorxurlarsa, (yetimlərdən ötrü də) o cür qorxsunlar!...”(«Nisa»-9).
    Ataların keçmişdə göstərdiyi amansızlığın gələcəkdə övladlarını necə də haqladığını görürsünüzmü? Halbuki övladların heç bir günahı yoxdur. Çünki bu, varlıq aləmində sabit olaraq dəyişilməz qalan yaradılış qanun qaydasıdır. Onun təhqiqatı və mühakimə qaydası adi məhkəmə orqanlarının mühakiməsindən tam fərqlənir. Bu məhkəmədə haqq, ədalət məfhumu çox əhatəli və genişdir. 
    3)Hərəkət (razılıqla baş verən) özü də iki xarakterə malikdir: fərdi və ictimai. Fərdi hərəkət yalnız bir nəfərin istəyi ilə baş verir və ancaq həmin şəxs üçün müəyyən bir əhəmiyyət kəsb edir. İctimai əməl bir nəfər tərəfindən həyata keçirilsə də, böyük ictimai əhəmiyyətə malikdir. Məsələn, baxmayaraq ki, Saleh peyğəmbər(ə)-in dəvəsi bir nəfər tərəfindən təqib edilib öldürülmüşdü, lakin başqaları da onunla həmfikir olduğu üçün Allah-təala bu əməli ümumilikdə Səmud qövmünə aid edərək buyurur:
    "...Onu (dəvəni) tutub kəsdilər. Rəbbi də bu günahlarına görə onların kökünü kəsib yerlə yeksan etdi.”(«Şəms»-14).
    İctimai işlərdə fikiri və əməli asılılıq əsas deyil, yetər ki, qəlbən və ruhən razılıq olsun.000 Cəmiyyətin bir nümayəndəsi olan icraçı cəmiyyətə arxalanır, buna görə də onun törətdikləri cəmiyyətin hesabına keçərək, ictimai məzmun daşıyır. 
    İslam mədəniyyətində bu ortaqlıq üçün zaman və məkan, uzaq-yaxınlıq şərt deyildir, yəni bu ictimai ortaqlıqda gələcəkdəkilər keçmişdəkilərlə oxşar olacaqlar. Buna görə də cəmiyyət ictimai rəqabətlər və ziddiyyətlərdə qarşılıqlı əməllərin cəriməsini ödəyir. Nə üçün? Ona görə ki, əqidə və məqsəddə onlarla ortaqdırlar. Əməllərinə qarşı razılıqlarını izhar edirlər. Ümumiyyətlə, məhəbbət və nifrətdə şərikdirlər. Bunu şərh etməklə ümumi ictimai əməllərdə tabelik fəlsəfəsi aydın olur. Təsadüfi deyildir ki, ayə və rəvayətlərin çoxu asılılığın fərdi əməllərdə yox, ictimai əməllərdə daha çox özünü biruzə verməsini qeyd edir: 
    "Kim bir qövmün əməli ilə razı qalarsa....” və ya "Hər hansı bir qövmün əməlindən razı qalan onlardan sayılır və s.”
    Bu hədislərdə fərdin yox, cəmiyyətin hərəkəti müzakirə olunur, çünki ictimai təsir fərdi təsirdən daha güclüdür. 
    Yuxarıda sözügedən asılılıq icraçı və həmrəy tərəflər arasındakı mənəvi və mədəni bağlılığın ifadəsidir. Bu cəhətdən fərdi hərəktlə ictimai hərəkət arasında heç bir fərq yoxdur. Bunlar yalnız əhatə dairəsinə görə fərqlənirlər. 
    Şübhəsiz, hər hansı bir hərəkətə müsbət münasibət bəsləyən onun icraçısının savab və əzabı ilə şərikdir. 
    4)Dördüncü mətləb niyyətin mənəvi və əxlaqi inikaslarıdır. Məhəbbətin və nifrətin yaxşı və pis düşüncələrin insan mənəviyyatının və ruhiyyəsinin formalaşmasında təsiri olmayıb onun xoşbəxt və ya bədbəxt olacağını qabaqcadan xəbər verməsi.
    İmam Sadiq(ə) məhəbbət və nifrətin imandan olmasını xəbər alan şəxsə belə cavab verir:
    "Məgər iman məhəbbət və nifrətdən başqa bir şey deyilmi?” 
    Məhəbbət və nifrət bir-birlərindən ayrılmazdırlar. Bunlar, təqribən eyni təsirə malikdirlər. Niyyət məhəbbət və nifrətin əlaməti, məhəbbət və nifrət imanın nişanəsi, iman isə inam və əqidənin göstəricisidir. İnsanın inam və əqidəsi onun daxili aləmi və spesfik xüsusiyyəti olduğundan, həqiqətdə, niyyətin bu zəncirin bir halqası olduğunu söyləmək olar.
    5)Üsul alimləri "təcərri” (günah etmək qəsdi) fəslində buyurmuşlar: "Günah niyyəti əmələ çevrilməzsə, bağışlanar və niyyət sahibi üçün heç bir günah yazılmaz. Bu fikrin tərəfdarları öz müddəalarının isbatı üçün rəvayətlər qeyd etmişlər.

    Kitabın adı: İslamda əxlaq
    Müəllif: Ayətullah Məhəmmədrza Məhdəvi Kani

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.