Nəzir orucu
Sual 161: Ramazan ayının qəza orucu boynunda olan şəxs oruc nəzir edə bilərmi?
İmam Xomeyni, Sistani və Məkarim: Xeyr, oruc nəzir edə bilməz.
Təbrizi, Behcət, Safi, Fazil, Nuri və Vəhid: Bəli, oruc nəzir edə bilər.
Fazil: Əgər elə bir günü nəzir edərsə ki, ramazan ayının qəza oruclarını ondan qabaq tutmaq mümkün olsun, eybi yoxdur.
Sual 162: Ərin icazəsi olmadan nəzir edib oruc tutan qadının orucu düzdürmü?
İmam Xomeyni, Xamenei və Nuri: Orucu batildir.
Təbrizi, Sistani, Fazil, Safi, Məkarim və Vəhid: Əgər ərin hüquqlarına zidd olarsa, batildir.
Behcət: Vacib ehtiyata əsasən, ərin icazəsi olmazsa batildir.
Kitabın adı: Orucun hökmləri (200 sual-cavab)
Müəllif: Seyyid Məhəmməd Hüseyni