Heyz olan qadın
Sual 113: Ramazan ayında sübh azanından qabaq heyzdən pak olan qadının hökmü nədir?
Bütün müctəhidlərin rə`yi: Əgər qüsl vermək üçün vaxt varsa qüsl etməlidir, əgər vaxt geniş olmazsa, gərək təyəmmüm etsin və orucu düzdür. Qəsdən qüsl və ya təyəmmüm etməzsə, orucu batildir və gərək kəffarə ödəsin.
Sual 114: Oruc tutan qadın gündüz heyz olarsa, orucunun hökmü nədir?
Bütün müctəhidlərin rə`yi: Orucu batil olar və gərək ramazan ayından sonra qəza etsin.
Sual 115: Ramazan ayında heyz qüslü verməyi unudan və bir neçə gündən sonra yada salan haiz (heyz görən) qadın orucunu qəza etməlidirmi?
(Məkarimdən başqa) Bütün müctəhidlərin rə`yi: Xeyr, orucları düzdür və qəzası yoxdur.
Məkarim: Vacib ehtiyata əsasən, gərək orucları qəza etsin.
Behcət: Gərək orucları qəza etsin.
Qeyd: Qeyd olunmuş fərziyyədə yaxşı olar ki, orucları qəza etsin.
Heyz olan qadının nəzir orucu
Sual 116: Şə`ban ayının əvvəlindən bir neçə gün oruc nəzir edən və bu günlərdə heyz olan qadının orucunun hökmü nədir?
Bütün müctəhidlərin rə`yi (Fazil, Məkarim və Vəhiddən başqa): Əgər nəzir üçün şəri siğə oxuyubsa, gərək heyz olduğu günlərdə oruc tutmasın və başqa vaxt onun qəzasını tutsun.
Fazil, Məkarim və Vəhid: Əgər nəzir üçün şəri siğə oxuyubsa, heyz günlərində tutmamalıdır və vacib ehtiyata əsasən, başqa vaxtda onun qəzasını yerinə yetirməlidir.
Heyz adətinin qarşısını almaq
Sual 117: Heyz günlərində heyzin qarşısını alan iynədən istifadə edən qdının orucu düzdürmü?
Bütün müctəhidlərin rə`yi: Əgər heyz olmasa, orucu düzdür.
Sual 118: Cavanlıqda yediyi orucların həddi-büluğ zamanından qabaq olub-olmamasını bilməyən şəxsə onların qəzası vacibdirmi?
Bütün müctəhidlərin rə`yi: Əgər bilmirsə, qəza da vacib deyil.
Kitabın adı: Orucun hökmləri (200 sual-cavab)
Müəllif: Seyyid Məhəmməd Hüseyni