» » Mərhum Qazi Təbatəbainin buyurduğu


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Mərhum Qazi Təbatəbainin buyurduğu
    +10
    Müəllif: Fatimə Nuri Xuda | 1-06-2015, 18:00 | Baxılıb: 1 647
     

     Mərhum Qazi Təbatəbainin buyurduğu 

    Mərhum Əllamə Təbatəbai mərhum Qazi Təbatəbaidən nəql edir: "Bəzən Allah-təala bir bəndəni uzun müddət kasıbçılığa, ağır və ya əlacsız xəstəliyə düçar edir ki, bir dəfə "ya Allah” desin. Demək, insanın nuraniləşməsi üçün bir dəfə Allahı düşünmək o qədər faydalıdır ki, insan bunu əldə etmək üçün uzun müddət çətinliyə dözməli olur. Bu da Allahın lütfüdür ki, O, insanı həyatın eniş-yoxuşlarında çətinliklərlə qarşılaşdırıb, hər yerdən naümid edib, özünə tərəf cəlb edir.
    "Əlləzinə səffəytə luhumul-məşaribə və bəlləğtəhumur-rəğaibə və əncəhətə ləhumul-mətabilə və qəzəytə ləhum min fəzlikəl-maribə”
    "O kəslər ki, onların su içəcəyi yeri zülal etdin və onları istəklərinə çatdırdın. Hacətlərini gerçəkləşdirdin və öz fəzlinlə ehtiyaclarını təmin etdin.”
    Minacatın bu hissəsində öncüllər və Allaha qovuşma yolunda məqsədə çatmış, əvvəlki hissələrdə qeyd edilmiş səciyyələrə malik yolçular üçün bir neçə mükafat bəyan olunur:
    1. Onların su içəcəyi yeri saf, zülal, şəffaf, təmiz və pak etdin.
    İnsan yol gedərkən bir müddət sonra yorulub susayır. Əgər yaxınlıqda çay olduğunu bilərsə qəti şəkildə susuzluğunu yatırmaq üçün özünü həmin çaya çatdıracaq. Yaxşı bilirsiniz ki, çay kənarı lilləşmiş və çirkli olur. Yaxud, su hərəkət etmədiyi üçün kənardakı suyun rəngi dəyişir. Eyni zamanda zülal və saf su əldə etmək də mümkündür. Su hər nə qədər pak, xoşagələn və zülal olarsa, susamış və yorulmuş şəxs ona baxmaqdan bir o qədər çox ləzzət alacaq. Bu öncüllər zülal və saf su kənarlarından faydalanırlar. Biz də Allahdan istəyirik, bizi elə bir yolla aparsın ki, zülal və ləzzətli su çeşmələri ilə rastlaşaq. Bu təbirlərin həqiqi mənası odur ki, saf, şübhələrdən, nəfs istəklərindən və şeytənətdən uzaq yol olsun.  Belə bir yolda hərəkət rahat və asan olur. Əks halda şübhələr yolu insan üçün çətinləşdirir.
    2. Onları arzularına çatdırdın;
    3. Onları rəğbət göstərdiklərinə nail etdin;
    4. İstəklərində kama çatdırdın;
    5. Ehtiyaclarını təmin etdin. 
    Əslində bütün bu təbirlər bir mətləbə işarə edir. O isə ehtiyacların, istəklərin və hədəflərin təmin olunmasıdır. İndi isə belə bir sual yaranır ki, öncüllərin istədiyi və Allahın təmin etdiyi bu ehtiyac, istək və hədəf nədir?
    Mənzil, maşın, bağ və sair bu kimi dünyəvi istəklərin nəzərdə tutulması çox çətin təsəvvür olunur. Bu şəxslərin istəkləri Allaha doğru olan hərəkət, məqsəd və yollara uyğun olmalıdır. Çünki hər bir mənzil özlüyündə bir məqamdır. Bu məqamdan ötdükdən sonra ikinci mənzilə çatılır. İkinci mənzildən ötüb üçüncü mənzil gəlir. Bu qayda ilə mənzillər bir-birinin ardınca keçilir və sonra son məqsədə çatılır.
    Zənnimcə, bütün bu ehtiyaclar və istəklər insanı məqsəddən uzaqlaşdırıb, onun başını qatan işlər deyil. Çünki yolçu bütün qüvvəsini yola sərf etməlidir. Əks-halda qüvvəsi müxtəlif sahələrə paylanar və məqsədə çata bilmir. Beləliklə, çox ehtimal olunur ki, öncüllərin və yolçuların istəkləri dedikdə həmin Allaha doğru hərəkətə aid olan istəklər nəzərdə tutulur.
    "Və mələtə ləhum zəmairəhum min hubbikə və rəvvəytəhum min safi şirbikə”
    "Onların qəlbini məhəbbətinlə doldurmusan və öz xalis şərabınla onları doyurmusan.”
    İnsanların hisslərini və tutumunu nəzərə aldıqda onların müxtəlif tutumda olduğunu görürük. Bu tutum yüklənə də bilər, yarı yüklənmiş də qala bilər. Əslində bu tutum daim dolmalı və heç zaman boş və ya yarımçıq qalmamalıdır; eyni zamanda bu tutum ilahi eşqlə dolmalıdır. İlahi eşqin kənarında dini vəzifələrin yerinə yetirilməsinə mane olmayan, uyğun yolu adlamaqda insana kömək edən ilahi eşq şüası və ilahi övliyalara eşqdən savayı heç nə olmamalıdır. Qurani-kərimdə buyurulur: "De ki: "Əgər atalarınız, oğullarınız, qardaşlarınız, övrətləriniz, qohumlarınız, qazandığınız mallar, kasad olmasından qorxduğunuz ticarət, xoşunuza gələn məskənlər sizə Allahdan, Onun peyğəmbərindən və Allah yolunda cihaddan daha əzizdirsə, Allahın öz əmrini gətirəcəyini gözləyin.”
    Bütün bunlar insanın məhəbbətinə aid olan işlərdir. Çünki insan ata-anasını, övladını, qardaşını, zövcəsini, qohumlarını, var-dövlətini və sair şeyləri sevir. Lakin əgər bütün bunlar bəndəlik vəzifələrinin yerinə yetirilməsinə mane olarsa və bütün bunlara görə Allah yolunda cihad tərk edilərsə, ağır əzab gözlənilir.
    Bütün bu məhəbbətlər şəriətə uyğun və Allaha məhəbbət xatirinə olarsa eybi yoxdur.
    Beləliklə, Allahdan istəyirik ki, bizi o insanlara qovuşdursun ki, əvvəldə qeyd olunan səciyyələrə və mükafatlara malik olmaqdan əlavə, onların qəlbi də ilahi eşqlə doludur. Eyni zamanda Allah-təala dadlı, xalis, saf və zülal suyundan onlara içirmişdir.
    Əvvəlki hissələrin şərhində bəyan olundu ki, insan maddi səfərlərdə susuzluğunun ödənməsinə ehtiyaclıdır. Susuzluq ağrısı aclıqdan çətindir. Mənəvi səfərlər və Allaha doğru seyrdə bir çox ehtiyaclar susuzluq təbiri ilə bəyan olunur. Elə buna görə də minacatın bir hissəsində "məşarib”, bu hissəsində isə "şərb” təbiri işlədilmişdir. Zülal və dadlı su içib, doymaq yolçulara verilmiş mükafat kimi yad edilir.
    "Fəbikə ila ləzizi munacatikə və səlu və minkə əqsa məqasidihim həsəllu”
    "Beləliklə, onlar sənin vasitənlə ləzzətli minacatına çatdılar və sənin tərəfindən öz əlçatmaz məqsədlərinə nail oldular.” Minacatın bu hissəsində Allaha doğru hərəkətdə öncüllərin əldə etdiyi mükafatların nəticə və təsirlərinə işarə edirik: Ləzzətlə dolu minacat və çox uca hədəflərə nail olmaq!
    Əvvəldə gəlmiş "fə bikə” kəlməsi bir daha təkidlə bildirir ki, yolu qət etmək və onun nəticələrindən faydalanmaq yalnız və yalnız Allahın fəzl və tövfiqi ilə əldə olunur. Onun köməyi olmadan bir addım belə atmaq olmaz. Əgər minacat halı əldə olunursa Onun tövfiqidir. Əgər bu haldan istifadə edilərsə tövfiqin artması deməkdir. "Ləin şəkərtum ləəzidənnəkum”
    "Əsəlukə ən təc’ələni min əvfərihim minkə həzzən və əlahum indəkə mənzilən və əczəlihim min buddikə qəsmən və əfzəlihim fi mərifətikə nəsibən.”
    "İlahi, Səndən istəyirəm ki, məni nümunəvi və öncül şəxslərdən qərar verəsən. O şəxslər ki, daha çox faydalanmışlar, Sənin yanında daha uca məqama malikdirlər, sənin məhəbbətindən daha çox pay almışlar və Səni tanımaq onlara daha çox nəsib olmuşdur.”
    Minacatın bu hissəsində ərz edirik: İlahi, qovuşmaq istədiyim öncüllərin məqam, mərifət və məhəbbət baxımından ən üstünləri ilə eyni sırada olmaq istəyirəm. Orta və aşağı dərəcələrlə kifayətlənmirəm.
    Əslində buradaca raz-niyaz, minacat ruhu və eşq başlanır.
    "Fəqədinqətət iləykə himməti vənsərəfət nəhvəkə rəğbəti fəəntə la ğəyrukə muradi vələkə la lisivakə səhəri və suhadi və liqaukə qurrətə əyni və vəslukə muna nəfsi və iləykə şəvqi və fi məhəbbətikə və ləhi və ila həvakə səbabəti və rizakə buğyəti və civarukə təlibəti və qurbukə ğayətu suli və fi munacatikə rəvhi və rahəti və indəkə dəvau illəti və işfau ğəlləti və bərdu ləvəti və kəşfu kurbəti” "Ey Allah, bütün meylimi sənə doğru yönəltdim. Bütün təmayülümü Sənə sərf etdim. Başqa heç nə yox, yalnız Sənsən muradım. Başqa heç kim üçün yox, yalnız sənin üçün gecələr oyaq qalıram. Sənin görüşün gözümün aramlıq səbəbidir. Sənin vüsalın qəlbimin arzusudur. Şövqüm Sənə doğrudur, Sənin məhəbbətin və istəyin arzumdur. Sənin razılığın diləyim və Sənin qonşuluğun tələbimdir. Səninlə minacat aramlıq və asayişimdir. Kədərimin aradan getməsi, yanğılı ruhumun sərinliyi və yanğımın şəfası Sənin yanındadır.”
    Minacatın bu hissəsində belə ərz edirik: İlahi, yalnız Sənə çatmaq üçün çalışıram və başqa heç nəyə təlaş göstərmirəm. Başqa bütün işlərim bu məqsədimə xidmət edir.
    İlahi, rəğbətim Sənədir. Bəzən insan nəyinsə əslinə müştaq olur. İnsanın bu şeyə çatmaq üçün lazım olan vasitələrə meyl göstərməsi kömək məqsədi daşıyır. İnsan müəyyən bir şəxsə güclü məhəbbət bağladıqda və bu məhəbbət onun bütün qəlbini bürüdükdə Ondan başqalarına məhəbbət yalnız və yalnız onun şüası altında olacaqdır. Yəni insanın sevgilisinin şüası nəyə saçarsa, həmin şey də onun üçün sevimli olacaqdır. Bu mövzunu ilahi məhəbbət xəttində olan ilahi övliyalara məhəbbətə də aid etmək olar.
    İlahi, sən mənim muradım və istəyimsən. Mənim istəyim başqa heç nəyə yox, yalnız sənə aiddir.
    İlahi, gecələr oyaq qalmağım behişt tamahı və ya cəhənnəm qorxusu kimi başqa şeylərə görə yox, yalnız sənin üçündür.
    İlahi, yalnız səninlə görüş zamanı gözüm sakit olur və əbədi aramlığa çatıram. (Gözün sakit olması dedikdə ruhun aramlığı və özünə inam nəzərdə tutulur. Çünki insan  iztirab keçirərkən onun gözləri davamlı şəkildə o tərəf-bu tərəfə baxır. Lakin insan aramlıq tapanda onun gözləri sakitləşir.
    İlahi, sənin vüsalın qəlbimin arzusudur. Yəni, mənimlə sənin aranda heç bir vasitə olmayacaq qədər yaxınlaşmağı arzulayıram.
    İlahi, şövq və meylim başqa heç nəyə yox, yalnız sənə doğrudur.
    İlahi, şövqüm sənin məhəbbətindədir. Mən sənin eşqinə valeh və şeydayam.
    İlahi, "səbabət” (eşq mərtəbələrindən biri) və eşqim sənin üçündür.
    İlahi, istəyim sənin razılığındır, bütün təlaş və eşq izharımla yalnız sənin razılığını istəyirəm.
    İlahi, səninlə görüş ehtiyacım və arzumdur.
    İlahi, səninlə qonşuluq, istəyimdir.
    İlahi, sənə yaxınlıq xahişlərimin sonudur.
    İlahi, mənim aramlığım, asayişim və razılığım səninlə raz-niyaz və minacatlardadır.
    İlahi, dərdimin dərmanı sənin yanındadır.  Mən elə bir xəstəyəm ki, onun dərmanı yalnız səndədir.
    İlahi, içimin yanğısının şəfası sənin yanındadır.
    İlahi, susuz və yanğılı ruhumun sərinləşmə vasitələri sənin əlindədir.
    İlahi, qüssə və kədərimin aradan getməsi sənin əlindədir.
    "Fəkun ənisi fi vəhşəti və muqilə əsrəti və ğafirə zəlləti və qabilə təvbəti və mucibə dəvəti və vəliyyə isməti və muğniyə faqəti”
    "Belə isə, ey Allah, tənhalıqda munisim, günahlarımı bağışlayan, tövbəmi qəbul edən, duama cavab verən, günahdan qorunmaq zamanı məni hifz edən və ehtiyacımı ödəyən ol!”
    Minacatın bu hissəsində ərz edirik:
    İlahi, o zaman ki, tənhayam və hamıdan üz çevirmişəm mənim munisim və həmdəmim ol.
    İlahi, büdrəmələrimi azalt.
    İlahi, səhvlərimi bağışla.
    İlahi, tövbəmi qəbul et.
    İlahi, dualarımı qəbul et.
    İlahi, günahdan qorunmaq zamanı mənə hami ol ki, günaha düçar olmayım.
    İlahi, ehtiyacımı təmin et.
    "Və la təqtəni ənkə və la tubidni minkə. Ya nəimi və cənnəti. Ya dünyayə və axirəti.”
    "İlahi, məni özündən ayrıma və uzaqlaşdırma. Ey mənim nemətim və cənnətim, ey mənim dünyam və axirətim!”
    "Muridin” minacatının sonuncu hissəsində belə ərz edirik:
    Ey İlahi, məni özündən ayırma. Ey ilahi, məni özündən uzaqlaşdırma.
    Ey o Allah ki, mənim behiştim sənsən və mənim behiştimin nemətləri də sən özünsən.
    Ey o Allah ki, hər şeydən üstün dünya və axirətim sənsən. Dünya həyatında daim heç nəyi yox, səni axtarıram.

    Kitabın adı: Münacatın əzəməti
    Müəllif: Mishab Yəzdi

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 2
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Ali Ragimov | Status: İstifadəçi Offline | 2 Haziran 2015 11:22 | Sayt nəzarətçisi | Şərh yazdı

    ALLAH RAZI OLSUN COX MARAQLI MELUMATLARDIR

    ALLAHUMME SALLI ELA MUHEMMEDIN VE ALI MUHEMMED

    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Sirli_melek | Status: İstifadəçi Offline | 1 Haziran 2015 20:04 | Sayt nəzarətçisi | Şərh yazdı
    Allah razi olsun ne yalan deyim o qeder susuzluq haqda oxudum ki  susadim:)Allah omrunu su cimi   saf temiz hemiwe axarli edsin   su gordukde Huseynim yadama duwur Ebulfezlim yadima duwur ureyim qemlenir   Allah razi olsun maraqli melumatdi

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.