» » Allaha qovuşmaq haqda bir neçə nöqtə


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2839
Şərhləri: 1504
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2382
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1920
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2765
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3843
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 494
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 733
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3919

Online Sual-Cavab

Azər77
Azər77
17 Kasım 2025

Salam, hər vaxtınız xeyir olsun in Sa Allah 🤲 bilmək istərdim, Pəleyqambarə ki, Mədinə və Məkkə də nazil olan ayələrin bir birindən nə fərqi var? Niyə məs Məkkədə və mədinədə nazil olub başqa yerdə deyil?? Bunların bir birindən fərqi var, ayələrin deyirem. Ama Məkkə və Mədinə niyə ancaq bu iki şəhərdə nazil olub?? Öncədən təşəkkür edirəm 🙏
Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18470
+0  
Şərhlər: 48501
+2  
İstifadəçilər: 6750

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6734

Qeydiyyatdan keçiblər:
Bu gün: 2
Dünən: 2
Həftə ərzində: 3
Ay ərzində: 3

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Allaha qovuşmaq haqda bir neçə nöqtə
    +5
    Müəllif: Fatimə Nuri Xuda | 30-05-2015, 18:00 | Baxılıb: 5 651
     
     
    Allaha qovuşmaq haqda bir neçə nöqtə 

    Minacatın bu hissəsi ilə bağlı  bir neçə ehtimal olunur:
    1. İnsan Allaha qovuşmaq istəməli və eyni zamanda Ona qovuşmağın yolunu tapmaq üçün Allahı çağırmalıdır;
    2. Allaha qovuşmağın yolları müxtəlifdir;
    3. Ən yaxın yol istəməli və bu yolu adlamalıdır;
    4. Bu yolda təhlükə olduğu üçün layiqli yoldaşlarla səfərə çıxmalıdır.

    Birinci nöqtə

    Bu məfhumlar bir qədər zehnimizə uzaqdır. Bəzi şəxslər buna oxşar səhv məfhumlar anlaya bilər. Eyni zamanda bəzi azmış firqələr bu məfhumlardan sui-istifadə edə bilərlər. Bütün bunlara görə uyğun nöqtələr haqda bir qədər söhbət etmək lazımdır.
    Qurani-kərim təlimlərindən məlum olur ki, varlıq aləmində hər bir şey seyr və hərəkətdədir. Aləmdəki mövcudların hər birinin xüsusi məqsədi var. Bu məqsəd isə Allahdır. Qurani-kərimdə buyurulur: "Agah olun ki, hər şey Allaha doğru qayıtmaqdadır.” Başqa bir yerdə buyurulur: "Hər şeyin qayıdışı Allaha doğrudur.” Daha başqa bir yerdə buyurulur: "hər şeyin qayıdışı sənin Allahına doğru olur.”
    Başqa bir tərəfdən buyurulur ki, aləmdə gördüyünüz hər nə varsa onun Allah yanında xəzinələri mövcuddur; sanki heç bir hədd yoxdur və Allah onun yalnız bir miqdarını nazil etmişdir. Demək, hər bir mövcud üçün nəinki bir xəzinə, bəlkə bir çox xəzinələr mövcuddur. Lakin nazil olduqdan sonra müəyyən çərçivədə məhdudlaşır. Çünki məhdudiyyət bu dünyanın xüsusiyyətlərindəndir. Lakin o biri dünyada heç bir məhdudiyyət mövcud deyil. Demək, hər bir yaranmışın yalnız müəyyən bir miqdarı bu dünyaya nazil olur və yenidən Allaha doğru qayıdır.
    Bir sözlə, aləmdə mövcud olan hər bir şey Allah tərəfindən nazil olmuşdur və yenidən Ona doğru qayıdır. 
    Yəni hər mövcudun bir eniş qövsü var; Allah tərəfindən enir, bu aləmə nazil olur və yenidən yüksəliş qövsü ilə ucalır. Bu yalnız insana məxsus deyil. İnsan bu əzəmətli toplumun əzalarından biridir.
    Qurani-məciddə "Həşr” və "liqaəllah” təbirləri işlədilmişdir. Qurani-kərimdə buyurulur: "Ey insan sən sürətlə Allaha doğru gedirsən və Onunla görüşəcəksən.” Ayədəki "kədh” kəlməsi son dərəcə tələsik və son dərəcə çalışmaqla yanaşı hərəkət mənasını bildirir. Bu görüş yalnız imanlı şəxslərdə  mövcud deyil. Elə bir görüş var ki, "Allaha doğru qayıdış” kimi ümumidir. Bu görüş hamıya aiddir. Başqa sözlə desək, təkvinidir. Bu görüşdə heç bir istisna yoxdur, eyni zamanda heç kəs üçün fəxr hesab olunmur.
    Bütün bu hərəkətlərlə yanaşı insanın özünün seçdiyi bir hərəkət də mövcuddur. İnsan öz istəyi ilə bu hərəkətə başlayır. Bu hərəkət insanın dünyaya gəlməsi və qeyd etdiyimiz ümumi görüş kimi məcburi və təkvini deyil. Bu hərəkət sayəsində insanlar və cinlər başqa mövcudlardan, hətta mələklərdən də üstün olurlar. Bu hərəkətdə məqsəd Allahla görüşdür. Yəni ilk öncə Allahdan uzaq olan insan tədricən fasiləni azaldır. Bu yalnız Allaha yaxınlıq məqsədi ilə olan ibadətlərlə gerçəkləşir. Allaha yaxınlaşmaq niyyəti imanın şərtlərindəndir. Başqa niyyətlə ondan heç bir ibadət qəbul olunmur. (Əlbəttə, bütpərəstlər də Allaha yaxınlaşmaq məqsədi ilə bütlərə pərəstiş edirlər. Allah-təala onların dilindən belə nəql edir: "Ma nəbuduhum illa liyuqərribuna iləllahi zulfa”. Lakin onlar azmışlar və bütlərə pərəstiş etməklə Allaha yaxınlaşdıqlarını zənn edirdilər.)
    Beləliklə, əgər iman əhli düzgün yolu seçib, bu yolda qədəm götürsələr tədricən Allaha yaxınlaşacaq və məqsədə çatacaqlar. Yəni bəziləri Allah yanında, rəhmət evində sakin olub hurilər, qəsrlər, ağaclar, çaylar kimi behişt nemətlərindən faydalanmaq üçün Allaha yaxınlaşmaq istəyirlər. Əgər dilə gətirməsələr də, onların qəlblərində bu nemətlərin sevdası mövcuddur. Lakin bəziləri yalnız və yalnız Allahı axtarırlar. Əgər qeyri-mümkün olan bir şeyi yəni, hurilər, qəsrlər və bu kimi nemətlərin olmamasını fərz etsək, yenə də bu şəxslərin məqsədi Allaha yaxınlaşmaq olacaq. Çünki onlar Allahı istəyirlər. Hətta əgər Allahın razılığının onların cəhənnəmə getməsində olduğunu bilsələr, cəhənnəmə üstünlük verərlər.
    Mövzunun aydınlaşması üçün bir misala diqqət edin: Bəzən insan öz sevimli dostu üçün darıxır və onun görüşünə gedir. Lakin mümkündür ki, insan borc almaq, ehtiyaclarının ödənməsi və ya dəvət aldığı üçün dostunun evinə getsin.  Birinci halda dostunun görüşünə gedən şəxs ən yaxşı şəkildə qarşılana bilər. Lakin mümkündür ki, ona şor yemək, dadsız meyvə gətirsinlər, yaxud onu döysünlər. Lakin onun əsas məqsədi dostla görüş olduğu üçün bütün bunları rahat qəbul edir.
    Bu misalla həzrət Səccadın (ə) minacatının mənası aydınlaşır. Həzrət buyurur: "Əgər Sənin razılığın yetmiş dəfə ölüb bədənimin tikə-tikə doğranmasındadırsa, mən onu da sevirəm.”
    Allahın öz dostlarını cəhənnəmdə yox, behiştin ən üstün dərəcəsində qərarlaşdırmasına baxmayaraq, onlar elə bir mərifət əldə etmişlər ki, əgər Allahın onların cəhənnəmə düşməsindən razı qalacağını fərz etsək, yenə də cəhənnəm əzabı bu şəxslər üçün son dərəcə sevimli olacaqdır. "Minactul-muridin”də behişt və cəhənnəmdən heç bir söz açılmayıb. Bu minacatın sonunda deyilir: "Ya nəimi və cənnət”, yəni Sən mənim behiştim və nemətimsən. Biz də Əhli-beyt (ə) maarifi sayəsində təlaşımızı artırıb qəlbimizi nurani etməliyik. Beləliklə, məlum oldu ki, ilahi sirr və Allaha qovuşmaq dedikdə təkvini, bütün mövcudlara məxsus seyr və vüsal yox, ixtiyari seyr və vüsal nəzərdə tutulur. (Qeyd edək ki, bəzi darbaxışlılar Allaha yaxınlaşmağı, Allahın rəhmətinə yaxınlaşmaq mənasında düşünürlər. Çünki onlar bəzi insanların axirət nemətlərindən fərqlənən ayrı bir nemət arzusunda olmasına inanmırlar. Bu şəxslər yalnız hurilər, qəsrlər və müxtəlif nemətlər haqqında düşünürlər. Onlar Allaha yaxınlaşmağı, Allahın rəhmətinə yaxınlaşmaq kimi anlayırlar.)
    İkinci nöqtə

    Beləliklə Allaha qovuşmağın ixtiyari olduğunu anladıq. Əgər Allah tövfiq versə, Ona qovuşmaq mümkündür. Allaha  qovuşmağın və ya bu məqsədə çatmağın müxtəlif yolları vardır. Bu yollar bir-birlərindən fərqlidir; bəzi yollar məqsədə daha tez çatdırır, bəziləri isə gecikdirir. Allaha doğru olan bu ana yolun müxtəlif cığırları vardır. (Əlbəttə, bu yolları tanımaq lazımdır. Öz səliqəmizlə əməl etməməliyik. İnsanın bu yolları tanıması Allahın lütfüdür. Bu tanıma Quranda, hədisdə və kitabda oxumaqdan fərqlənir. Tanımaq dedikdə dərin qəlbi inam nəzərdə tutulur. Elə buna görə də bəzi insanlar imam Hüseynə (ə) salamın və ya ilk vaxt namaz qılmağın çox dəyərli olduğunu bildikləri halda süstlük edirlər. Bir halda ki, hansısa bir yerdə maddi nemətin mövcud olduğunu bilsələr, son dərəcə meyillə həmin yerə qaçarlar! Hətta əgər onlara cüzi miqdarda nəsib olacağını ehtimal etsələr özlərini vaxtından tez çatdıracaqlar. Lakin Allahın təkidlə vəd etdiyi nemətlərə görə təlaş etmirlər!
    Beləliklə, bu duanın müqəddiməsində ərz edirik: "İlahi, Sənin yol göstərmədiyin şəxs üçün yollar çox qapalı və dardır. Lakin Sənin hidayət etdiyin şəxs üçün bu yollar çox aşkardır.”
    Həzrət Əli (ə) gecə sübhədək yüz və ya min rəkət namaz qılıb ağlayır və sonda buyurur: "Ah, ah! Azuqənin azlığı, səfərin uzunluğu və yolun uzaqlığı!” həzrət Səccad (ə) Həzrət Əlinin (ə) ibadətlərini xatırlayarkən belə buyurdu: "Mənim ibadətim hara, babam Əlinin (ə) ibadəti hara?!”
    Demək, yol uzun, lakin keçiləsidir. Peyğəmbərlər və imamlar bu yolu bizə göstərmək və bizə istiqamət vermək üçün həmin nöqtəyə doğru gəlmişlər. Hər kəs öz təlaşına görə bu yolu keçir. Bu yolun hər hissəsinin özünəməxsus ləzzəti vardır. Əgər insan ən uca dərəcəyə çatmayıbsa, bu o demək deyil ki, heç bir yol qət etməmişdir. Eyni zamanda insan təlaş etməli və əldə olunmuş mərtəbələrlə kifayətlənməməlidir.
     
    Üçüncü nöqtə

    Allaha doğru gedən yolun müxtəlif, bəzilərinin yaxın, bəzilərinin uzaq və bəzilərinin daha uzaq olduğunu anladıq. İndi isə Allahdan ən yaxın yolu istəyib ərz edirik: İlahi, uzaq yolları bizə yaxın et. Təbiidir ki, müstəqim yol qeyri-müstəqim yollardan daha yaxındır. Çünki qeyri-müstəqim yolda mövcud olan dolama və qövslər məqsəddən uzaqlaşdırır.

    Dördüncü nöqtə

    İndi isə bu nöqtəyə diqqət edək ki, həmin yaxın yolda da bir çox çətinliklər, yorğunluqlar və təhlükələr mövcuddur. Fərz edək ki, əvvəlki iki duamız qəbul oldu. Yəni həm yolu tanıdıq, həm də daha yaxın olan yolu tapdıq. Lakin məqsədə, yəni Allahla görüşə çatmağımız üçün bu iki iş kifayət etmir. Bir çox təhlükələr olduğu üçün bizim əlavə olaraq layiqli yoldaşa ehtiyacımız var. Bir misala diqqət yetirək:
    Keçmişdə səfərə at, qatır və dəvə ilə gedirdilər. Bəziləri isə piyada səfər edirdi. İnsanlar yaxşı bilirdi ki, hətta qısa yollarda da müsafirlər üçün, xüsusi ilə səfərə piyada çıxmış şəxslər üçün yaxşı yoldaş yolun çətinliklərini və uzunluğunu azalda bilər. Əgər onlarla yanaşı ciddi və əzimli insanlar hərəkət edərsə, müsafirlərdə ruh yüksəkliyi yaranar. Əgər səfərə çıxanlarla tənbəl, bacarıqsız şəxslər yoldaşlıq edərsə, bu yoldaşlıq müsafirlərin ruh yüksəkliyi üçün zərərli olar.
    Beləliklə, səfər zamanı müvəffəqiyyətin sirlərindən biri yol tanıyan və qətiyyətli yoldaş tapmaqdır. Belə bir şəxs ruh yüksəkliyinin artmasına və yol yorğunluğunun azalmasına səbəb olur.
    Buna görə də bu minacatda səfər yoldaşlarını, bu karvanla yanaşı hərəkət edən öncülləri, yolu yaxşı tanıyanları, hərəkətləri, danışıqları və rəftarları bizim üçün nümunə olan şəxsləri yad edib, ərz edirik: İlahi, bizə ən yaxın yolu müyəssər etdin, yaxşı yoldaş da əta et. Yaxşı yoldaşın müəyyən sifətləri və xüsusiyyətləri mövcuddur:
    1. Sürətlə hərəkət edirlər;
    2. Dayanmadan, ardıcıl olaraq bu yolu qət edirlər;
    3. Gecə-gündüz ibadətlə məşğul olanlardandırlar; Allahın əzəməti qarşısında qorxurlar.
    Birinci sifəti, yəni hərəkət zamanı sürət səciyyəsini izah etmək üçün bir misala diqqət yetirin:
    Fərz edin ki, seçim ixtiyarsız olan bir halda bəziləri tələsik və sürətlə, bəziləri aram, bəziləri yıxılıb, duraraq, bəziləri isə çox yavaş hərəkət edən qruplar müşahidə edirsiniz. Bütün qruplar məqsədə doğru hərəkət edirlər. İndi isə siz çox tez bir zamanda məqsədə çatmaq üçün bu qruplardan birinə qoşulmaq istəyirsiniz. Hansı qrupu seçərsiniz?
    Şübhəsiz ki, məqsədə çatmaq istəyirsinizsə məqsədə daha sürətlə və daha düzgün çatan qrupu seçəcək, bu əzəmətli karvanda öncül olan kəslərin xüsusiyyətlərini mənimsəyəcəksiniz.
    Şübhəsiz ki, peyğəmbərlər və imamlar kimi məsum insanlar əzəmətli bəşər karvanı ilə yanaşı hərəkət edirlər. Bu şəxslər səfərdə möhkəm və qətiyyətlidirlər. Onlar o tərəf-bu tərəfə baxmırlar. Şübhəsiz ki, bu insanlar məqsədə daha tez çatacaqlar. Beləliklə ərz edirik: İlahi, məni sənə doğru irəliləyən və hərəkət edən şəxslərə qovuşdur. Yəni onlar sürətli hərəkətlə yanaşı bir-birlərinə öncül olmağa çalışırlar.
    Beləliklə, yaxşı yoldaşların birinci sifəti qətiyyət, sürət və öncüllükdür. Yəni tənbəlliyi, süstlüyü, məsuliyyətsizliyi kənara qoyub, bütün qüvvə ilə yolu adlamağı qəti qərarlaşdıran insanlar!
    Onların ikinci sifəti budur ki, daim Allahın qapısını döyürlər. Bu məcazi bir mənadır. Yəni insan nəyəsə ehtiyac duyduqda, kiminsə qapısına gedib ondan kömək istəməyi qərara alır. Demək, kiminsə qapısını döymək həmin şəxsdən kömək istəməkdir. Başdan ayağa ehtiyac içində olan və özünün heç nəyi olmayan insan bütün varlığı ilə Allahdan kömək istəyir, onun qapısını daha çox döyür. Məsələn, əgər insanın kiçik bir çətinliyi olsa, gündə bir dəfə qonşunun evinə müraciət edir. Lakin ehtiyacı böyük olarsa hər gecə onun yanına gedir. Əgər ehtiyacı bundan da çox olarsa, hər gün və hər gecə ona müraciət edir. Lakin insanın ehtiyacı həddindən çox böyük olsa və bu ehtiyac insanı sıxıntıya salsa, onun heç bir çarəsi olmasa bu halda bir dəfə, iki dəfə və ya on dəfə çağırmır. Əksinə, bütün vücudu ilə fəryad qoparır və kömək istəyir. Bu şəxs anbaan oksigenə ehtiyac duyan xəstəyə bənzəyir. Belə bir insan ehtiyac duyduğu oksigeni hansısa bir yerdən təmin etməlidir. Buna görə də canının təhlükəyə düşməməsi üçün daim ümid etdiyi yerə doğru hərəkətdədir. Bu şəxs müəyyən bir saatda oksigen təminedicisinin yanına gedəcəyini gözləmir və daim ümid etdiyi yerə doğru hərəkətə can atır.
    İnsan Allaha doğru olan uzun yolda anlayır ki, hər bir addımda köməyə ehtiyaclıdır və hər an təhlükəli bir dərəyə süqut etmək ehtimal olunur. Buna görə də daim kömək istəyir. O Allahdan başqa kömək edə biləcək bir şəxs tanımır və daim Allaha doğru əl açır.
    O öncüllər baxmayaraq ki, yemək yeyirlər, xəstələnərkən həkimə müraciət edirlər və ehtiyaclarını təmin etmək üçün maddi vasitələrdən istifadə edirlər, lakin qəlbləri həmişə Allahın yanındadır. Onlar bütün işlərinin Allahın əlində olduğunu anlayırlar. Onlar bilirlər ki, əgər Allah istəsə vasitələr təsirli olacaq, istəməsə təsirsiz. Hətta bəzən vasitələr gözlənilmədən pis təsir edir. Məsələn, həkim müalicə edərkən səhv edib, insanı məhv edir.
    Allah-təala qüdsi hədisdə Həzrət Musaya xitab edir: "Ey Musa yeməyin hazır olandan sonra duza ehtiyacın olarsa, onu da məndən istə.”
    Yəni yemək üçün lazım olan ərzağı və bütün müqəddimələri Məndən istədiyin kimi  onun duzunu da Məndən istə.
    İnsanın hər bir şeyə görə Allahın qapısına getməsi üçün bu ruhiyyəni gücləndirməsi çox mühümdür. Lakin bu o demək deyil ki, vasitələrdən uzaqlaşaq, Allahın ruzi qazanmaq, elm öyrənmək, sağlam olmaq və bu kimi nemətləri əldə etmək üçün verdiyi göstərişlərə əməl etməyək. Çünki Allah hikmət əsasında istəyir ki, bu dünyanı vasitələr yolu ilə idarə etsin. "Allah nəzərdə tutmur ki, işləri vasitəsiz və səbəbsiz həyata keçirsin.”
    Üçüncü sifət budur ki, bu şəxslər gecə və gündüz Allaha bəndəlik edirlər. Əslində bəndəlikdən savayı heç bir işləri yoxdur və onların bütün işləri bəndəlik rəngindədir. Yəni onlar Allahın bəyəndiyi və razılıq verdiyi işləri görürlər. Yaxşı ibadət etmək üçün yatırlar, ibadətə qüvvələri olması üçün yeyirlər, Allahı yaxşı tanımaq üçün dərs oxuyurlar və abırlı, şərafətli yaşamaq üçün işləyirlər. Öz yuxularını, yeməklərini, dərslərini və işlərini elə nizamlayırlar ki, Allah razı olsun. Baba Tahirin dediyi kimi, "xoş halına o kəslərin ki, daim namazdadırlar.”
    Bu şəxslərin dördüncü sifəti onların bütün hallarda Allahdan qorxmasıdır. Allah istəyir ki, bəndələri Ondan qorxsun. Niyə?
    Hər bir şüurlu insan çox əzəmətli bir şəxslə üzləşdikdə onun təsirinə düşür. Bu hal danışarkən dilin dolaşması, əl-ayağın əsməsi və rəngin qaçması kimi əlamətlərlə müşahidə olunur. İnsan qarşısındakı şəxsin əzəmətini və özünün kiçikliyini nə qədər çox dərk etsə, qeyd etdiyimiz hisslər bir o qədər çox özünü biruzə verəcəkdir. Bu hal Quranda "xəşyət” və dualarda "heybət” kimi ifadə olunur. Qurani-kərimdə oxuyuruq: "Mələklər Allahın xəşyətindən qorxudadırlar. Bu duada isə belə oxuyuruq: "Və min həybətikə muşfiqun”, yəni Sənin heybətindən qorxurlar.
    Demək, öncüllər Allahın sonsuz əzəməti qarşısında öz kiçikliklərini dərk edir və qorxu hissi keçirirlər. Əgər hər iki tərəf düzgün dərk olunarsa, insanda belə bir hal yaranar; bir tərəfdə insanın zəifliyi, o biri tərəfdə Allahın əzəməti. Əgər biz hər iki tərəfi xüsusi ilə özümüzə aid tərəfi, yəni zəifliyimizi yaxşı dərk etsək və zahiri qüvvəmizin bizə aid olmadığını anlasaq, təbii olaraq uyğun hala düşəcəyik.
    Məsumlar bəzən yerə sərilib, qəşş edirdilər. Çünki onlar Allahın sonsuz əzəmətini və öz zatlarının heçliyini anlayırdılar. Bəli, insanın Allaha bağlanması izzət və fəxr səbəbidir. Əks-halda insanın zatı kiçiklik və zillətdən savay bir şey deyil. Elə buna görə də "Ərəfə” duasında oxuyuruq: "İlahi, axı necə izzət və fəxr hissi keçirim ki, məni zillətə salmısan. Axı necə izzət və fəxr hiss etməyim ki, sən məni özünə mənsub etmisən.”
    Bəndəlik bir tərəfdən zillət, başqa bir tərəfdən isə Allaha mənsub olmaq, Ona bağlanmaq, fəxr və izzətdir. Beləliklə, insan bir tərəfdən öz fəqirliyini və bəndəliyini, başqa bir tərəfdən isə Allahın sonsuz əzəmətini müşahidə edərək təbii olaraq qorxu, həyəcan və nigarançılıq keçirir. (Qeyd edək ki, mətndə istifadə etdiyimiz qorxu kəlməsi gündəlik həyatda keçirtdiyimiz qorxudan fərqlənir. Burada qorxu dedikdə insanın təhlükə zamanı keçirdiyi qorxu yox, çox böyük əzəmət qarşısında keçirdiyi xüsusi hiss nəzərdə tutulur.)
    "Ya mən huvə ələl-muqbilinə ələyhi muqbilun və bil-ətfi ələyhim aidun mufzilun və bil-qafilinə ən zikrihi rəhimun rəufun və bicəzbihim ila bibihi vədudun ətufun.”
    "Ey o Allah ki, sənə doğru üz tutanları qəbul edirsən və mehribanlıqla öz fəzl və ehsanını onlara yağdırırsan. Səni yad etməyi unudanlarla mehribansan və onları mehribancasına mənzilinə doğru cəzb edirsən.”
    Minacatın bu hissəsində bir çox hacətlər istəyib, söhbət etdikdən sonra Allahın sifətlərinin zikrinə başlayırıq: Ey o Allah ki, Sənə doğru üz tutan bəndələrinə lütflə nəzər salırsan və onları lütf, diqqət, fəzl və ehsanında qərarlaşdırırsan.
     Çox mühümdür ki, insan ona diqqət yetirib nəzər salan kəslə danışdığını anlasın. Əgər insan qarşı tərəfin əvvəldən sonadək onun sözlərinin heç birinə nəzər salmayacağını  bilərsə, bu onun üçün çox çətin və üzücü olar. Lakin Allah Onu unudanlara da nəzər salır və öz lütf, rəhmət və ehsanını onlara şamil edir. Allah bu insanların Onun  dərgahına gəlmələri üçün vasitələr yaradır. Allahın rəhmət və mehribanlığı elədir ki, O hətta xəbərsizlərə qarşı da etinasız deyil və bu şəxsləri müxtəlif üsullarla cəzb edir.
    Allahın cəlal və cəmal sifətlərinin bu sayaq təcəllasını tanımaq insanda iradə yaranmasına, onun Allaha yaxınlıq üçün daha sürətlə hərəkət etməsinə çox təsir göstərir. Əgər insan kiminləsə əlaqə yaratmaq istəsə onun diqqətini cəlb etməlidir. Məsələn, bir tələbə müəllimin diqqətini cəlb edib daha yaxşı cavab əldə etmək üçün müəllimi cəzb edəcək rəftar etməlidir. Eyni zamanda sərvətli bir şəxsin dövlətindən istifadə etmək məqsədi ilə onun diqqətini cəlb etmək üçün xüsusi tərzdə cəlbedici rəftar etməlidir. Əgər ilk qarşılaşmalarda qarşı tərəfin diqqəti cəlb olunarsa bu insan üçün daha asan, daha ləzzətli və daha dəyərlidir. Azacıq diqqətlə cəlb edə bildiyin insan çox sevimli olacaq.
    İndi isə Allahın lütfünün dəyərini anlamaq olur. Çünki heç bir ağır xərcsiz, azacıq diqqətlə bizə nəzər salır, bizi qəbul edir. Allah hətta müxtəlif səbəblərdən Onu unutmuş möminlərə lütf edir. Bəli, Allah dünya cazibələri, nəfs istəkləri, şeytan vəsvəsələri, məqampərəstlik və sair səbəblərdən onu unutmuş şəxsləri rədd etmir.
    Allah bu şəxslərə öz rəhmətini şamil edir və onları müxtəlif vasitələrlə cəzb edir. 

    Kitabın adı: Münacatın əzəməti
    Müəllif: Mishab Yəzdi

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 1
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Ali Ragimov | Status: İstifadəçi Offline | 30 Mayıs 2015 23:36 | Sayt nəzarətçisi | Şərh yazdı

    ALLAH RAZI OLSUN

    ALLAHUMME SALLI ELA MUHEMMEDIN VE ALI MUHEMMED

    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.