Bismillahir-rəhmanir-rəhim
Ustad Füruğinin çıxışı-Xatəmul-ənbiya (s) məscidi, Pərdisan qəsəbəsi, 20/5/2015
Şəbaniyyə münacatı, salikin ürəyinin pıçıltısı
Şəbaniyyə münacatı insanın ürəyinin pıçıltısıdır və zülmətdən hərəkət etmiş və tövhid nuruna çatan bir adamın halıdır. Şəbaniyyə münacatı seyri-süluk yolunu getmiş bir salikin halıdır. Seyyid ibn Tavus "İqbalul-əmal" kitabında yazır: "Bu, Əmir əl-mömininin (ə) və digər imamların (ə) münacatıdır və Şəban ayında mütəmadi olaraq oxuyurdular". ("İqbalul-əmal", c. 2, səh. 685.)
Bu münacat tövbə ilə başlayır və sonda deyir:
"إِلَهِي وَ أَلْحِقْنِي بِنُورِ عِزِّكَ الْأَبْهَجِ فَأَكُونَ لَكَ عَارِفا"
"Ey mənim Məbudum! Məni Öz dəyərli nuruna çatdır ki, Səni tanıyım". ("İqbalul-əmal", c. 2, səh. 687.)
Əgər münacatın hissələrinə diqqət yetirək, görək biz də o yoldayıqmı? Özümüzü tapa bilərikmi?
Yenə deyilir:
"إِلَهِي وَ قَدْ أَفْنَيْتُ عُمُرِي فِي شِرَّةِ السَّهْوِ عَنْكَ وَ أَبْلَيْتُ شَبَابِي فِي سَكْرَةِ التَّبَاعُدِ مِنْكَ "
"Ey mənim Məbudum! Ömrümü Səndən xəbərsiz keçirdim və cavanlığımı Səndən uzaq olmaq (qürur) məstliyində xarab etdim".
İlahi, ömrümü Səndən qafil olmaqla xarab elədim, İlahi, ömrümü hədər etdim, cavanlığımı qürur və məstlliklə Səndən uzaqlaşmaqla itirdim. Cavanlığım həqiqətimi yedi. Elə ki, insan bəndəlik zəlilliyini gördü, onda belə sözlər deyir.
Rəvayətdə gəlib:
"سُكْرُ الْغَفْلَةِ وَ الْغُرُورِ أَبْعَدُ إِفَاقَةً مِنْ سُكْرِ الْخُمُور"
"Şərabdan məst olan ayılır, amma qəflətdən məst olan ömrünün sonuna kimi ayılmır". ("Ğurərul-hikəm və durərul-kəlam", səh. 405.)
Əmir əl-möminin Əliyyibni Əbi Talib (ə) buyurur:
"خُذُوا مِنْ أَجْسَادِكُمْ فَجُودُوا بِهَا عَلَى أَنْفُسِكُم"
"Cisminizdən azaldın və ruhunuza artırın". ("Nəhc əl-bəlağə", səh. 267.)
Yəni, cavanlığınızı həqiqətə çatmaq yolunda xərcləyin.
İnsan öz cavanlığına məğrur olmamalıdır. Həqiqi gözəlliyi yalnız gözəl Xaliqə qovuşanda qazana bilərsən!
İmam Hüseyn (ə) Ərəfə duasında belə münacat edir:
"إِلَهِي مَنْ كَانَتْ مَحَاسِنُهُ مَسَاوِيَ فَكَيْفَ لَا يَكُونُ مَسَاوِيهِ مَسَاوِي"
"İlahi, yaxşılıqları pisliklərdən ibarət olan bir kəsin pisliklərinin pis olmaması mümkündürmü?" ("İqbalul-əmal", c. 1, səh. 348.)
İnsan Mütləq kamala çatmasa, özünün bir şeyi yoxdur və gözəl deyil.
Şəbaniyyə münacatının digər bir hissəsində oxuyuruq:
"إِلَهِي لَمْ يَكُنْ لِي حَوْلٌ فَأَنْتَقِلَ بِهِ عَنْ مَعْصِيَتِكَ إِلا فِي وَقْتٍ أَيْقَظْتَنِي لِمَحَبَّتِكَ"
"Ey mənim Məbudum! Günahı tərk etməyə mənim gücüm yoxdur. Təkcə o vaxt günahı tərk edə bilərəm ki, Sən Öz məhəbbətinlə məni ayıldasan".
Salik, Allah məhəbbətinin oyadıcı zəngi ilə oyanır. Rəcəb, Şəban və Ramazan ayları Allahın məhəbbət zəngidir. Allah Təbarək və Taala bu üç ayda ibadət və əməllərin savabını dən kimi qərar vermişdir ki, bizi ovlaya bilsin. Allah məhəbbəti olmadan bu yolu getmək olmaz. Şair Məcnunun dilincə belə deyir:
Leylinin diyarından keçirəm
Bu divarı, o divarı öpürəm
Leylinin diyarına məhəbbət qəlbimi almayıb
Orada yaşayan məni özünə məftun edib.
Belə bir deyim var ki, hər kəsin nəyəsə sevgisi varsa, onun əsərinə də sevgisi olacaq.
Hər kəsin Allaha sevgisi varsa, o yetişmiş insandır.
Allahın məsti olanlardan başqa hamı uşaqdır
Həvayi-nəfsdən qurtulandan başqa hamı uşaqdır.
Şəbaniyyə münacatının digər bir hissəsində yenə oxuyuruq:
"إِنَّ مَنْ تَعَرَّفَ بِكَ غَيْرُ مَجْهُول"
"Ey mənim Məbudum! Hər kəs Səninlə tanındısa, bütün aləm onu tanıyar".
Elə ki, insan Allaha məhəbbət qazana bildi, bütün aləm onu tanıyacaq.
Hazırladı: Füruği-Tövhid Təhqiqat Qrupu