Sükun
Sükun − Ürfanda Allahın inayəti sayəsində salikin qəlbinin aram, sakit olmasına işarədir.
Allah-taala sükun haqqında buyurur: "O kəslər ki, Allaha iman gətirmiş və qəlbləri Allahı zikr etməklə aram tapmışdır. Bilin ki, qəlblər (mö`minlərin ürəkləri) yalnız Allahı zikr etməklə aram tapar!”("Rə`d”, 28.)
"Sükun” iki növdür:
1. Nöqsan əhlinə məxsus sükun. Bu sükun sülukdan qabaqdır, çünki onun sahibi mətləbdən və kamaldan xəbərsiz olar. Bu növ sükuna "qəflət” deyərlər.
2. Kamal əhlinə məxsus olan sükun. Bu sükun sülukdan sonra, mətləbə çatan zaman hasil olur. Bu növ sükuna "itminan” deyərlər. Bu iki sükun arasında olan hala hərəkət və (ya) seyri-süluk deyərlər. Hərəkət vüsaldan öncə məhəbbətin zərurətlərindən olar və sükun mə`rifətin zərurətlərindən olub vüsalla yanışı olar. Buna görə də demişlər: "Əgər arif hərəkət etsə həlak olar və əgər mühibb ( Mühibb − Aşiq, bir kəsə və ya bir şeyə məhəbbəti olan. ) aram dursa həlak olar. Bundan da mübaliğəlisini demişlər, o budur ki: "Əgər arif danışsa həlak olar, əgər mühibb sükut etsə həlak olar.”
Vüsala çatana qədər salikin əhvalı belə olar. Doğrusunu Allah bilir.
Kitabın adı: Övsafül-əşraf
Müəllif: Xacə Nəsirəddin Tusi