Balaca bir qızcığaz Məhəmmədi xanım Qurani-kərim hafizidir, bütün Quranı əzbər bilir. Sələfilərə aid bir TV kanalda efirə qoşulan tamaşaçıların suallarını cavablandıran vəhhabi aliminə zəng vasitəsi qoşula bilir. Bu balaca xanım sual verir ki, mən məktəbdə oxuyuram. Sinifkomam. Müəllim dərsdən çıxanda,bir yerə gedəndə, sinifəki şagirdlərə məni tapşırır, deyir ki, bu uşağın sözünə əməl edin. Mənə də sinifdə nizam intizamı yaratmağımı tapşırır. Necə olur ki müəllim bir yerə gedərkən öz yerinə layiqli birini təyin edir,şagirdləri başsız buraxıb getmir amma Əziz İslam Peyğəmbəri (s)bu ümməti başsız buraxıb vəfat edir? Peyğəmbər bizim müəllim qədər də bilmirdi ki, bu ümməti başsız qoymaq olmaz? Peyğəmbərdən sonra nizam intizamın pozulmaması üçün bir layiqli başçı,rəhbər lazım idi,onu da peyğəmbər özü seçməli idi ki, seçdi, təqdim də etdi...Siz niyə bunu qəbul etmirsiz ki Peyğəmbər(s)in özünün tapşırdığı canişinə itaət edilməli, Onu özünə İmam seçməlisən... Vəhhabi "alim" uşağın sözünü kəsib deyir:
-Sənin yanında kim var? Vəlin, yanındadırsa ona ver telefonu.
-Qızcığaz deyir:
Yanımda vəlimdir, (dostumdur).
Vəhabi alim deyir:
-Mən dedim böyüyün lazımdı,Vəli yəni böyüyün, himayədarın, valideynin.
-Qızcığaz deyir:
Allahu əkbər, başqa vaxt deyirsiz "vəli" dostmənasındadı, amma indi deyirsiz böyük, himayədar...
Bundan sonra telefon xətti kəsilir...