Həzrət İmam Rza (ə)-ın Allahın izni ilə xəstəyə şəfa verməsi
"Ayətullah Xonsari və Ayətullah Sədr deyir ki, Almaniyadan bir xristian mühəndis Məşhədə gəlmişdi. İş yerlərinin fəaliyyəti ilə maraqlanırdı. Birdən gözü sataşdı İmam Rza (ə)-ın hərəminə. Gördü milyonlarla adam ziyarətə gedir. Soruşdu:
-Bu kimin qəbridir?
Dedilər:
-Bu Xanım Zəhra (s.ə)-nın balası İmam Rza (ə)-ın qəbridir.
Mühəndis dedi:
-Heç bir padşahın görüşünə bu qədər adam getmir. Mənə deyin görüm bu Ağanın (ə) görüşünə ancaq şiələr (tərəfdar) gedir ya başqa əqidədən olanlar da gəlir?
Dedilər:
-Hər kim gəlsə Ağanın (ə) qapısı onun üzünə açıqdır.
Bunlar gəldilər ziyarətə. Gəlib yetişdilər Pəncərəyi-Fulad deyilən yerə. Mərizi (xəstə) olanlar gəlir bir tənab ( ip ) bağlayır pəncərəyə, bir tənab da o mərizin boynuna ya əlinə və dəxil olurlar İmam Rza(ə)-a.
Mühəndis dedi:
-Bunlar niyə belə edir?
Dedilər:
-Bunlar İmam Rza (ə)-a təvəssül edib xəstələri üçün şəfa istəyirlər Allahdan.
Mühəndis dedi:
-Sizin bu Ağanız (ə) yalnız şiələrə baxır ya hər kəsə baxır?
Onlar dedilər:
-Kim sidq qəlblə onun qapısına gəlsə və ona inansa İmam (ə) onun hacətini verir.
Mühəndis dedi:
-Olar mənim əlimə də ondan bağlayasınız?
Dedilər:
-Sənin əlinə niyə?
Mühəndis dedi:
-Məgər demirsiniz bütün xəstələr gəlib burda şəfa tapır? Demirsiz İmam Rza (ə) həkimlər həkimidi? Onda mənim də əlimə bağlayın xəstəm var.
Tənabi bağladılar onun əlinə. Gördülər ki, öz dilində ağlaya-ağlaya deyir:
-Ya İmam Rza (ə)! Bunlara demədim sənə deyirəm Ağa (ə). Mənim də bir oğlum var fələcdi ( ayaqları şikəst ), amma Ağacan (ə) səni and verirəm nənən Zəhra (s.ə)-ya onun şəfasını verməsən də eybi yoxdur. Mən sənə aşiq oldum. Bilirəm ki, böyük adamsan. Çünki bu qədər adam ziyarətinə gəlir.
Bunu deyib ağlayırdı. Bu tərəfdən orada olanlardan biri gəlib deyir:
-Mühəndis, sənin yoldaşın zəng edib səninlə danışmaq istəyir.
Mühəndis deyir:
-Ona deyin ki, mənə mane olmasın. Mən bir Əziz Ağaya (ə) qonağam.
Yenə deyirlər ki, ay mühəndis yoldaşın çox israr edir ki, səninlə danışsın.
Mühəndis deyir:
-Ona deyin mane olmasın, bir fələc oğlum var idi, yəqin o ölüb eybi yoxdu mən indi Ağa (ə)-la danışıram.
Nəhayət əl çəkmədilər. Mühəndis telefonu alıb dedi:
-Bəli Xanım, nə olub, balamız ölüb? Eybi yoxdur.
Xanım dedi:
-Yox uşaq ölməyib, uşağın ayaqları da düzəlib amma mənə de görüm İmam Rza (ə) kimdir?
Mühəndis deyir:
-Sən İmam Rza (ə)-ı hardan tanıyırsan? Nə olub ki?
Xanim deyir:
-Uşağın ayaqları birdən düzəldi, uşaq o tərəfə qaçır səslənir İmam Rza (ə), bu tərəfə qaçır səslənir İmam Rza(ə)...
Ətrafdakılar deyir:
-Bir də gördük mühəndis ağlaya-ağlaya ucadan dedi:
Əşhədu Ənla İlahə İlləllah və əşhədu Ənnə Muhəmmədən (s.ə) Rəsulallah...
Ya Əli ibni Musa-Rza (ə) Ədrikni." !!!!