Şiddətli təngənəfəslik xəstəliyi olan şəxsin orucu
Sual 102 : Şiddətli təngənəfəslik xəstəliyi olan və gündə aerazol pereparatdan istifadə edən şəxsin orucunun hökmü nədir?
İmam Xomeyni, Fazil, Məkarim və Nuri: Xəstəliyi müalicə etmək üçün istifadə edilən (nəzərdə tutulmuş) dərman, yemək və içmək sayılmazsa, orucu batil etmir.
Xamenei: Əgər dərman buxar və ya toz halında boğaza çatarsa, vacib ehtiyata əsasən, orucu batildir. Əgər dərmandan istifadə etmədən oruc tutmağın zəhmət və əziyyəti olarsa, dərmandan istifadə etmək olar. Əgər ramazan ayından sonra dərmandan istifadə etmədən oruc tuta bilərsə, vacib ehtiyata əsasən, qəza etsin.
Safi: Əgər ciyərə hər hansı maddə daxil olarsa, oruc nöqsanlı olur. Əgər ondan istifadə etmədən oruc tutmağın çətinliyi olarsa və il ərzində dərmandan istifadə etməsi zəruridirsə, ramazan ayında oruc tutmalıdır. Vacib ehtiyata əsasən, hər bir gün üçün yoxsula bir mudd təam versin və qəzası yoxdur.
Təbrizi və Vəhid: Boğaza çatmazdan əvvəl dərman hava halındadırsa, orucu batil etmir.
Behcət: Qatı olmayan buxar halında boğaza daxil olarsa, eybi yoxdur və orucu düzdür.
Sistani: Əgər maye halında boğaza çatmazsa, eybi yoxdur, orucu düzdür.
Kitabın adı: Orucun hökmləri (200 sual-cavab)
Müəllif: Seyyid Məhəmmədn Hüseyni